Sizin Reklam Burada
Xəbər lenti
18-09-2024
17-09-2024
BÜTÜN XƏBƏRLƏR

Vaqif Yusiflinin “Məmməd Araz dünyası” kitabı işıq üzü görüb

Tarix: 14-09-2024 10:46     Baxış: 370 A- / A+
Azərbaycan Milli Elmlər Akademiyası Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun Ədəbi tənqid şöbəsinin müdiri, filologiya elmləri doktoru Vaqif Yusiflinin “Məmməd Araz dünyası” (həyatı və yaradıcılığı) kitabı işıq üzü görüb.
“Sənətkarın elmi pasportu - 55” seriyasına daxil olan tədqiqat Ədəbiyyat İnstitutunun Elmi Şurasının 24 iyun 2024-cü il tarixli 4 saylı qərarı ilə nəşr edilib. Kitabın elmi redaktoru AMEA-nın prezidenti, akademik İsa Həbibbəylidir. 1994-cü ildə yazılmış “Yaddaş poeziyası” sərlövhəli Ön söz AMEA-nın müxbir üzvü, mərhum alim Yaşar Qarayevə məxsusdur. Rəyçiləri filologiya elmləri doktoru Yaşar Qasımbəyli, filologiya üzrə fəlsəfə doktoru Aygün Bağırlıdır. 220 səhifəlik kitab “Elm və təhsil” nəşriyyatında çap olunub. Qeyd edək ki, ilk dəfə 1994-cü ildə nəşr olunan tədqiqat Məmməd Arazın anadan olmasının 90 illiyi münasibətilə yenidən hazırlanmış, yeni fəsillər əlavə edilmişdir.

Gülnar Səma Nizami Gəncəvi adına
Ədəbiyyat İnstitutu, İctimaiyyətlə əlaqələr şöbəsi

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Sentyabr 2024    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar