Sizin Reklam Burada
Xəbər lenti
13-09-2024
BÜTÜN XƏBƏRLƏR

Harvard məzununa PA-da vəzifə verildi

Tarix: 30-08-2024 15:49     Baxış: 450 A- / A+
Harvard məzunu PA-da işə qəbul edildi
Harvard Universiteti hüquq fakültəsinin məzunu Əli Azər oğlu Ələkbərli Azərbaycan Respublikası Prezidenti Administrasiyasının Qanunvericilik və hüquq siyasəti şöbəsinin Qanunvericiliyin inkişafı sektoruna işə qəbul edilib.
Manevr.az xəbər verir ki, Əli Ələkbərli Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının bakalavr pilləsini hüquqşünaslıq ixtisası üzrə prezident təqaüdçü kimi fərqlənmə diplomu ilə, 2020-ci ildə respublika birincisi olaraq daxil olduğu Bakı Dövlət Universitetinin magistr pilləsini “Kommersiya hüququ” ixtisası üzrə fərqlənmə diplomu ilə,  2023—2024-cü illərdə isə Harvard Universitetində hüquq üzrə magistr pilləsini (LLM) bitirib.
Əli Ələkbərli 2021-ci ildə Bakı Dövlət Universitetinin Hüquq fakültəsinin “Mülki hüquq, sahibkarlıq hüququ, ailə hüququ, beynəlxalq xüsusi hüquq” iştisası üzrə doktorantura pilləsinə qəbul olunmuş, Stanford Universiteti və Yale Universiteti tərəfindən təşkil edilən akademik proqramlarda iştirak edib.
Əli Ələkbərli əmək fəaliyyətinə 2019-cu ildə “AZİP Hüquq Firması” MMC-də hüquqşünas kimi başlayıb, 2022-ci ilin avqust ayından 2023-cü ilin iyun ayınadək isə Hüquqi Ekspertiza və Qanunvericilik Təşəbbüsləri Mərkəzində aparıcı mütəxəssis kimi fəaliyyət göstərib.
Xatırladaq ki, 2023-cü ildən etibarən Qanunvericilik və hüquq siyasəti şöbəsinin Qanunvericiliyin inkişafı sektorunun müdiri Harvard Hüquq Məktəbinin məzunu Araz Poladovdur.



Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Sentyabr 2024    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar