Sizin Reklam Burada
Xəbər lenti
13-09-2024
BÜTÜN XƏBƏRLƏR

Sevgilisinin çılpaq fotolarını ərinə göndərdi

Tarix: 29-08-2024 23:14     Baxış: 441 A- / A+
Naxçıvan Ali Məhkəməsində pornoqrafik materialları qanunsuz yaymada təqsirləndirilən Ömər Əsədovun (şərti) barəsindəki qərardan verilən kassasiya şikayəti üzrə məhkəmə iclası yekunlaşıb.

Hakim Əsgər Novruzovun sədrliyi ilə keçirilən prosesdə qərar elan olunub. 

Qərara əsasən, şikayət təmin edilməyib.

İttihama görə, Ömər Əsədov Şərur rayonunda yaşadığı müddətdə başqa şəxslə evli olan, sevgi münasibətlərində olduğu zərərçəkmiş Maya İmanova (şərti) ilə “Whatsapp” vasitəsilə danişarkən ondan çılpaq halda video və foto şəkillərini telefonla çəkib göndərməsini deyib. Qadın da təqsirləndirilən şəxsin dediklərinə 01 iyun 2023-cü il tarixdən başalayaraq əməl edib. 

Bir müddət sonra Ömər zərərçəkmiş şəxsə ərindən rəsmi qaydada ayrılıb onunla xarici ölkəyə gedərək, birgə yaşamasını tələb edib. Lakin Maya bunun mümkün olmayacağını bildirib tələbini yerinə yetirməyib və aralarında olan münasibətə son qoymalarını söyləyib. Bundan sonra təqsirləndirilən şəxs telefonun yaddaşında saxladığı qadına aid pornoqrafik materiallar hesab edilən və şəxsi həyatın sirri olan video və fotoları 10 noyabr 2023-cü il tarixdən başlayaraq müxtəlif vaxtlarda onun ərinə, qaynına və digər qohumlarının “Whatsapp”ına göndərməklə yayıb.

Hadisdən sonra Ömər Əsədov saxlanılaraq istintaqa cəlb edilib.

Şərur Rayon Məhkəməsinin hökmü ilə o, 1 il müddətinə azadlıqdan məhrum edilib və məhkəmə iclas zalından həbsə alınıb. Hökmlə razılaşmayan təqsirləndirilən şəxs apellyasiya şikayəti verib. pravda.az

Manevr.az 


Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Sentyabr 2024    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar