Sizin Reklam Burada
Xəbər lenti
13-09-2024
BÜTÜN XƏBƏRLƏR

"Artsax günü" İsa bulağında restoran tikdirmiş Rubenin obyektində qeyd ediləcək

Tarix: 29-08-2024 22:43     Baxış: 349 A- / A+
"Artsax günü" İsa bulağında restoran tikdirmiş Rubenin obyektində qeyd ediləcək"O, hazırda törətdiyi cinayətlərə görə Ermənistan hökuməti tərəfindən axtarışa verildiyindən Moskvada gizlənir. Onun Rusiya paytaxtında böyük biznesi var. Təbii ki, on illərlə Qarabağda Azərbaycana qarşı separatçı-terrorçu duyğuları qızışdırmış, oradakı kriminal rejimə dəstək vermiş bu oliqarxa şərait yaradan Rusiya dövlətidir. Belə ki, 2024-cü il yanvarın 10-da R.Ayrapetyanın bina tikintisi və s. ilə məşğul olan "RRR" MMC adlı şirkəti dövlət qeydiyyatına alınıb..."

"Məlum oldu ki, İrəvanda sentyabrın 2-də keçiriləcək artsax günü tədbiri üçün zal tapmaq mümkün deyil - hamı bundan imtina etdi və sonda "Daşnaksütyun" partyası idarə heyətinin üzvü Ruben Ayrapetyana məxsus "Harsnakar" restoranının zalı alınmalı oldu və buraya təxminən 1400 nəfər dəvət olundu".

Bu barədə "Hraparak" nəşri yazır.

Məlum olur ki, 1991-2023-cü illər ərzində Kremlin dəstəyi ilə Azərbaycan ərazisində qondarılmış və himayə edilmiş separatçı-terrorçu rejimin "müstəqillik bəyannaməsi"nin qəbulunun 33-cü ildönümünə həsr olunmuş "bu genişmiqyaslı tədbir"ə məkan verməkdən Karen Dəmirçyan adına idman-konsert kompleksinin direktoru Karen Qazaryan, daha sonra isə Rusiyadan Ermənistana gələn "Dvin" otel kompleksinin sahibi Artak Tovmasyan imtina edib.

Xəbərdə bildirilir ki, "qərarı bu adamlar deyil, artsaxın təslim olmasından sonra "artsax" sözünü tamamilə silmək üçün hər şeyi edən" Paşinyan hökuməti verib...

"Tədbirin təşkilatçıları artsaxa həsr olunmuş qısametrajlı film çəkiblər və çıxışlar hazırlayıblar. Artsaxın bütün deputatları, prezidenti, hökumət üzvləri dəvətlidir", -deyə məlumatda bildirilir.

Araşdırmamızdan o da bəlli oldu ki, öz obyektində "artsax günü"nün keçirilməsinə icazə vermiş Ermənistan parlamentinin keçmiş deputatı, respublika Futbol Federasiyasının sabiq prezidenti, tanınmış oliqarx Ruben Ayrapetyan hazırda törətdiyi cinayətlərə görə Ermənistan hökuməti tərəfindən axtarışa verildiyindən Moskvada gizlənir. Onun Rusiya paytaxtında böyük biznesi var. Təbii ki, on illərlə Qarabağda Azərbaycana qarşı separatçı-terrorçu duyğuları qızışdırmış, oradakı kriminal rejimə dəstək vermiş bu oliqarxa şərait yaradan Rusiya dövlətidir. Belə ki, 2024-cü il yanvarın 10-da R.Ayrapetyanın bina tikintisi və s. ilə məşğul olan "RRR" MMC adlı şirkəti dövlət qeydiyyatına alınıb...

2014-2015-cı və 2014-2016-ci illərdə Şuşada biznes layihələri icra edən, villalar ucaldan Ruben Ayrapetyanın İsa bulağı üzərində restoran-kompleksi tikdirdiyi də sosial şəbəkədə yayılmışdı. moderator.az 

Manevr.az 


Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Sentyabr 2024    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar