Sizin Reklam Burada
Xəbər lenti
13-09-2024
12-09-2024
BÜTÜN XƏBƏRLƏR

Evdə olmayanda işıqpulu gəlir: Qarşısını necə alaq?

Tarix: 27-08-2024 21:56     Baxış: 341 A- / A+
Beş aydan çoxdur ki, mənzilimin qapısı bağlıdır. Özümüz xaricdə olmuşuq, evdə isə heç kim olmayıb. Amma qayıdanda görmüşük ki, hər ay üçün bizə işıq pulu qəbzi gəlib. Biz ilin yalnız bir neçə ayı Bakıda oluruq, gedəndə də sayğacı tam söndürürük. Buna baxmayaraq, hər ay mənzilə işıq pulu üçün qəbz gəlir. Bunun səbəbi nədir?

Azərişıq ASC-nin mətbuat katibi Vaqif Aydınoğlu məsələni bu şəkildə izah edib.

"Əgər vətəndaş uzun müddətə harasa gedirsə, evində olmayacaqsa və sayğacının tam dayanmasını istəyirsə, o zaman evinin sənədi ilə birlikdə "ASAN Kommunal"a yaxınlaşmalıdır. Orada "Azərişıq" bölməsində sayğac kodunun passiv edilməsi haqqında ərizə yazmalıdır.

Bundan sonra onun sayğac kodu passivə düşür və sayğac işləmir. Bu müddət ərzində nə nəzarətçi gəlir, nə də sayğac pul yazır.

Vətəndaş geri döndükdən sonra yenidən "ASAN Kommunal"a yaxınlaşıb sayğac kodunun passivdən aktivə keçirilməsi ilə bağlı ərizə ilə müraciət edir və yenidən sayğacın işi bərpa olunur. Bu xidmət tamamilə ödənişsizdir”, - V.Aydınoğlu bildirib.

Manevr.az 

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Sentyabr 2024    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar