Sizin Reklam Burada
Xəbər lenti
17-09-2024
16-09-2024
BÜTÜN XƏBƏRLƏR

Pezeşkian paytaxtı niyə Fars körfəzi sahillərinə köçürmək istəyir?

Tarix: 12-09-2024 12:59     Baxış: 332 A- / A+
Pezeşkian paytaxtı niyə Fars körfəzi sahillərinə köçürmək istəyir?
"İran hökuməti paytaxtı dəniz sahilinə köçürməklə iqtisadi xərcləri azaltmağa, dünya okeanına çıxışı olan yeni şəhərin iqtisadi imkanlarının geniş olmasına üstünlük verir".

Manevr.az
bildirir ki, bunu qaynarinfo-ya açıqlamasında siyasi şərhçi Kənan Rövşənoğlu İran prezidenti Məsud Pezeşkianın ölkə paytaxtını cənuba köçürmək niyyətini şərh edərkən deyib.

"Tehran şəhəri həddən artıq böyüyüb, dünyanın ən çirkli havası olan şəhərlərindən birinə çevrilib. Əhalinin sayı da çoxdur. Hələ uzun illər əvvəl paytaxtın Tehrandan köçürülməsi təklifləri var idi. Əvvəlki prezidentlərin - Əhmədinejadın, Ruhaninin dövründə belə planlar və təkliflər gündəmə gətirilirdi. Çünki şəhər artıq paytaxt olmaq üçün uyğun deyil. Həddən artıq sıxlıq var. Ancaq paytaxtın məhz cənuba - Hind okeanı sahillərinə köçürülməsi yeni təklifdir", deyə Kənan Rövşənoğlu bildirib. 
 


Ekspertin fikrincə, bu ideyada əsas məqsəd iqtisadi dividentdir:

"İran artıq Çabaharda böyük liman inşa edir. Bu liman Şərqi Asiyadan yüklərin Avropa və Qərbi Asiyaya çıxarılmasında mühüm mərkəz rolunu oynayacaq. Eyni zamanda Şimal-Cənub dəhlizi də bura bağlanacaq. İranın yeni hökuməti paytaxtı dəniz sahilinə köçürməklə iqtisadi xərcləri azaltmağa, dünya okeanına çıxışı olan yeni şəhərin iqtisadi imkanlarının geniş olmasına üstünlük verir. Yəni yeni paytaxt liman şəhəri olacaq, bu əsasda da sənaye və ticarət üçün əlverişli olacaq. Ancaq bu təklifin nə qədər dəstək görəcəyi, Hind okeanı sahilində və yaxınlığında yeni şəhər inşa olunub-olunmayacağı Pezeşkiyandan da yuxarı instansiyaların rəyinə bağlıdır".

Qeyd edək ki, İran prezidenti Məsud Pezeşkian ölkə hakimiyyətinin paytaxtı daha cənuba köçürmək niyyətini açıqlayıb. Bu barədə xarici KİV-lər məlumat yayıb.

Pezeşkianın sözlərinə görə, iqtisadi səbəblərdən Tehranın respublikanın əsas şəhəri kimi qalması artıq mümkün deyil. Prezident aydınlaşdırıb ki, yeni paytaxtın Fars körfəzi sahillərinə yaxın yerləşməsi daha düzgün olar.

Xatırladaq ki, hazırkı paytaxt Tehran şəhəri İranın şimalında, Elbrus dağ silsiləsinin ətəyində, Xəzər dənizi sahilindən 90 km cənubda yerləşir. Tehran 1786-cı ildən ölkənin əsas şəhəridir.

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Sentyabr 2024    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar