Sizin Reklam Burada
Xəbər lenti
13-09-2024
12-09-2024
BÜTÜN XƏBƏRLƏR

Eldar Əzizov nazir postuna gətirilir - KİV

Tarix: 27-08-2024 13:37     Baxış: 3167 A- / A+
Eldar Əzizov nazir postuna gətirilir - KİV
Azərbaycan hökumətində ciddi dəyişiklik gözlənilir. Sentyabrın 1-də keçiriləcək növbədəkənar parlament seçkilərindən sonra nazirlərdən biri istefaya göndəriləcək.

Manevr.az
-ın məlumatına görə, bu barədə “Yeni Sabah” saytı bildirir ki, mədəniyyət naziri Adil Kərimli hakimiyyət komandasını tərk etmək ərəfəsindədir.

Onun sentyabr ayının sonuna kimi tutduğu vəzifədən uzaqlaşdırılacağı bildirilir. 

Adil Kərimlinin “vurulmasına” səbəb kimi ölkənin mədəniyyət ictimaiyyəti ilə dil tapa bilməməsi göstərilir. Azərbaycanın tanınmış mədəniyyət və incəsənət xadimlərinin, titullu sənətkarların nazirin fəaliyyətindən narazı olduğu, hətta bununla bağlı hakimiyyətin müxtəlif sturukturlarına şikayət məktubları göndərdikləri deyilir. İxtisasca hüquqşünas olan Adil Kərimlinin mədəniyyət sektoruna yad adam olduğu üçün sənət adamları ilə təmas qurmağa çətinlik çəkdiyi bildirilir. 
Mətbu orqanı Azərbaycanın yeni mədəniyyət nazirinin kim olacağını öyrənə bilib. 

“Bu məsul vəzifəyə Bakı şəhər icra hakimiyyətinin başçısı Eldar Əzizov gətiriləcək. Bununla bağlı Mədəniyyət Nazirliyinin rəhbər şəxslərinin məlumatlandırıldığı iddia olunur”, - deyə qeyd edilir. 

Qeyd edək ki, Eldar Əzizov uzun illərdən bəri icra orqanlarına məsul vəzifələrdə çalışsa da, mədəniyyət sferası üçün yad adam sayılmır. O, dövlət başçısı tərəfindən sənət adamlarına verilən evləri sahiblərinə şəxsən təqdim etdiyi üçün bu sektorun tanınmış simaları ilə yaxşı əlaqələrə malikdir. Sənət adamları mənzillərin seçimi, təmiri və oxşar problemlərlə bağlı Bakı merinə tez-tez müraciət edirlər. Eldar Əzizovun bütün müraciətləri müsbət cavablandırdığı üçün bu cameədə hörmət sahibi olduğu deyilir.



Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Sentyabr 2024    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar