Sizin Reklam Burada
Xəbər lenti
21-11-2024
BÜTÜN XƏBƏRLƏR

56 ildir görməyən müəllim: "Şagirdlərimi səsindən tanıyıram"

Tarix: 16-05-2017 15:36     Baxış: 5656 A- / A+
56 ildir görməyən müəllim:


“İnsanlara çox maraqlı gəlirəm. Onları ən çox təəccübləndirən isə görmədən hər şeyi necə yadımda saxlamağımdır. İşdən sonra kənd camaatı ilə yığışıb domino-filan oynayırıq. Çox rahat oynayıram, hələ udduğum anlar da olur. Hamı təəccüblə soruşur ki, bu qədər şeyi necə yadında saxlaya bilirsən?!”.

Lent.az-ın müsahibi gözdən əlil, 56 yaşlı tarix müəllimi Beydulla İsgəndərovdur. O, Zaqatala rayonunun Suvagil kənd tam orta məktəbində işləyir. Artıq 27 ildir, pedaqoji fəaliyyətlə məşğul olan Beydulla müəllim "Brayl" əlifbası vasitəsilə yazır və oxuyur.

Təhsil Nazirliyi tərəfindən 12-16 may tarixlərində keçirilən müəllimlərin bilik və bacarıqlarının diaqnostik qiymətləndirilməsində 53 bal toplayaraq yüksək nəticə göstərib. İmtahanda gözləri görməyən müəllimə köməkçi təyin edilib və köməkçi vasitəsilə sualları dinləyib.

Anadangəlmə hər iki gözünün də görmədiyini deyən Beydulla İsgəndərov orta məktəbi bitirəndən 7 il sonra müəllim olmaq qərarına gəlib.

- Bakıda gözdən əlillər üçün internat məktəbini bitirmişəm. Orta məktəbi bitirdikdən sonra masajist üzrə peşə məktəbini oxudum. Bir müddət kənd xəstəxanasında işlədim, amma bu sahəyə maraq az olduğundan, həm də maaş qane etmədiyi üçün özümə başqa peşə seçmək qərarına gəldim və müəllimliyə hazırlaşdım. Düz bir il qəbul imtahanlarına hazırlaşdım. Bizim vaxtımızda 3-4 şifahi imtahan keçirilirdi. İmtahanları müvəffəqiyyətlə verib, Bakı Dövlət Universitetinin Tarix fakültəsinə qəbul oldum. 27 ildir də müəllimlik fəaliyyəti ilə məşğulam.

İşinin çətinliyindən danışan Beydulla müəllim deyir ki, işlə bağlı əsas qarşılaşdığı problem şagirdlərin dərsə soyuq münasibətidir.

- Düşünürəm ki, yeni kurikulum üsulu tətbiq olunduqdan sonra uşaqların dərsə maraqları da artacaq və bu problem həll olunacaq. Dərs deməkdə çətinliyim yoxdur. Bütün tədris proqramlarını, metodik vəsaitləri “Brayl” əlifbası ilə çevirmişəm. Əlimdə bütün kitablar, metodik vəsaitlər var. Telefonla, internet vasitəsilə də lazımi materialları əldə edirəm. Telefona elə bir proqram yükləmişəm ki, internetdə olan bütün materialları səsli oxuyur. Buna görə yutub, feysbukdan istifadə etmək də çox asandır. Məktəbdə direktor və müəllim heyəti tərəfindən də hər zaman özümə qarşı xüsusi hörmət, diqqət hiss edirəm".

Beydulla müəllim deyir ki, şagirdlərini onların səsindən tanıyır.

- Sinif uşaqları ilə ünsiyyət qurmaqda çətinliyim yoxdur. Alınır. Azdan-çoxdan uşaqların psixologiyasına bələdəm. Əksinə, uşaqlarla daha sıx və mehriban münasibətlərim var. Uşaqlarımı səsindən, bir də oturduqları yerə uyğun tanıyıram. Hərdən görmə problemimdən istifadə edib dərsdən qaçanlar, səs salanlar olur. Ancaq onları başa salmaqla doğru yola çəkməyə çalışıram.
Müəllim üçün ən böyük sevinc onun şagirdlərinin qəbul imtahanlarında uğurudur. Tələbə adını qazanan, o sevinci yaşayan uşaqların mənə xüsusi təşəkkürü məni çox sevindirir. O uşaqların həyatda müəyyən yol tapmasında sənin də əməyinin olması qürurvericidir.

Müsahibimiz deyir ki, kənddə camaat arasına çıxanda yolla hərəkət etməyinə çox fikir verirlər.

- Kəndə çıxanda hiss edirəm ki, yol getməyimə çox fikir verirlər. Heyrətlə baxırlar. Kənd əhalisinin ümumi toplaşdığı yerlərə gedirəm. Hamı baxır, yaddaşıma və görmədən bütün şeyi necə etdiyimə təəccüblü qalırlar. Mənə heyranlıqla baxanlar çox olur. Çox maraqlı gəlirəm insanlara. Ən çox soruşurlar ki, bunların hamısını necə yadda saxlaya bilirsən? Deyirəm ki, bu, Allahdan mənə verilən bir istedaddır. Bunun sayəsində bacarıram. Başqa əlahiddə bir şey yoxdur. Sadəcə olaraq, diqqətli olmaq lazımdır.

Beydulla müəllim 31 ildir, evlidir və iki övladı da var. Müəllimin qızında da anadangəlmə görmə problemi var.

- Xanımımla bir yerdə işləmişik. Ünsiyyət qurduq və evlənməyə qərar verdik. Adı Gülşəndir. Düzdür, onu görməmişəm, amma məncə, bütün qadınlar gözəldir. Əsas odur, bu gözəlliyi duya biləsən, ondan sonra müəyyən münasibətlər yaşanır. Bir qızım və bir oğlum var. Nigar və Vüqar. Hər ikisi də Mədəniyyət və İncəsənət universitetini bitirib. Təəssüf ki, qızım da mənim kimi anadangəlmə görmə əlillidir. Ancaq universiteti fərqlənmə diplomu ilə bitirib. Ancaq ali məktəbi fərqlənmə diplomu ilə bitirsə də, onu heç cür işə düzəldə bilmədim. Heç kim kömək etmədi. Oğlum da indi təsərrüfat işlərində mənə kömək olur.

Beydulla müəllim görmə əngəlli insanlara da hər zaman həyatda nədənsə stimul almağı məsləhət görür.

- Tövsiyə edirəm ki, öz gələcəkləri haqda düşünsünlər. Uşaqlıqdan çalışmışam ki, kiməsə yük olmayım, öz problemlərimi özüm həll edim. Bu istək də məni bu səviyyəyə gətirib. Həyatda mənə verilən hörmət və diqqətdən stimul alıram. Bu, adamın məsuliyyətini artırır.

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Noyabr 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar