Xəbər lenti
Orta məktəb dərslikləri dəyişdirilməyəcək - Nazirlikdən açıqlama
Bir sıra ölkələrdə isə tədris proqramının ağırlaşdırılmaması üçün fənlərdə ixtisarlar belə edilir. Məsələn, Fransada “Ədəbiyyat” fənn kimi tədris edilmir. Bununla bağlı xüsusi proqram olmasa da, müəllimlər tərəfindən oxunmalı olan bədii əsərlər şagirdlərə təqdim olunur. Böyük Britaniyada isə ədəbiyyat dərslərinin əsasını klassiklərin oxuması təşkil edir.
Məsələ ilə bağlı Metbuat.az-açıqlama verən Təhsil Nazirliyinin mətbuat xidmətinin rəhbəri Cəsarət Valehov dərsliklərin proqramını çətin hesab etmədiyini bildirib:
“Dərslikdə hər hansı uşağın başa düşə bilməyəcəyi tapşırıq verilə bilər. Amma bu, o demək deyil ki, dərslik bütün uşaqlar üçün çətin dildə yazılıb və proqramı çətindir. Valideynə hər hansı söz çətin gələ bilər. O, "mən bunu başa düşə bilmirəmsə, uşaq necə başa düşsün" deyə fikirləşə bilər. Lakin bu normal haldır. Çünki valideynlərin əksəriyyəti Sovet təhsil sistemi ilə oxuyub. Valideynlər bilməlidir ki, dərsliklər hər 4 ildən bir çap olunur. Milyonlarla dərsliyi hər il çap etmək olmaz. Yeni çap zamanı təhlillər aparılaraq mövcud nöqsanlar aradan qaldırılır. Hazırki dərsliklər yeni təfəkkür mexanizminə uyğun olaraq daha çox məntiq, təfəkkür və təhlilə əsaslanır. Dərsliklərə bəzi çətin hesab edilən söz və tapşırıqların daxil edilməsi uşaqları yeniliklərlə tanış etmək məqsədi daşıyır. Dərsliklərlə bağlı valideynlərin hansısa iradı olarsa, yazılı şəkildə Təhsil Nazirliyinin dərslik və metodik vasitələrin ictimai müzakirəsi bölümünə www.trims.edu.az yazmaqla daxil olub müraciət edə bilərlər. Sayta daxil olaraq, шctimai müzakirə bölməsində yerləşdirilmiş istənilən dərsliyin, metodik vəsaitin PDF variantı ilə tanış olmaq, eyni zamanda xüsusi ayrılmış sahədə irad və təklifləri yazmaq mümkündür".
Manevr.az
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər
Axtarış
Reklam
İqtisadiyyat
Yazarlar
Sevinc QƏRİB
KƏRAMƏT
KƏRAMƏT
Emil Rasimoğlu
KƏRAMƏT
Aydın Canıyev
Aydan Ay
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar