Sizin Reklam Burada
Xəbər lenti
23-11-2024
22-11-2024
BÜTÜN XƏBƏRLƏR

Cərrah Piroqovun MUMİYASININ SİRRİ, yaxud ÖLÜMDƏN SONRAKI HƏYAT

Tarix: 12-08-2017 17:00     Baxış: 3407 A- / A+
Cərrah Piroqovun MUMİYASININ SİRRİ,


Ukraynanın Vinnitsa yaxınlığında yerləşən Vişnya kəndində qeyri-adi bir məqbərə (mavzoley) var: belə ki, miras sərdabəsində, Müqəddəs Ecazkar Nikolayın kilsə-türbəsində dünya şöhrətli alim, əfsanəvi hərbi cərrah Nikolay Piroqovun V.İ.Leninin mumiyasından 40 il artıq ömrü olan mumiyası saxlanılır. Alimlər hələ də Piroqovun bədəninin mumiyalaşdırılması reseptinin sirrini açmağa nail olmayıb, ilahi qüdrət kimi ona təzim eləyib, ondan yardım istəməyə gələnlərin sayı isə durmadan artmaqdadır. Vinnitsa nekropolu (qədim şəhərin kənarında böyük qəbiristanlıq) unikaldır: dünyanın heç bir məqbərəsində mumiyalar yüz ildən artıq bu vəziyyətdə qalmır.
Manevr.az publika.az-a istinadən mükəmməl vəziyyətdə günümüzə qədər qalan bu unikal tibb nümunəsi haqda oxuculara məlumat verir.

Cərrah Piroqovun MUMİYASININ SİRRİ,


Yerli sakinlər mumiyanın mükəmməl vəziyyətdə qalmasının əsas sirrinin onların kollektiv dualarında, ibadətində və mərhuma düzgün münasibətlərində gizləndiyini bildirirlər: sərdabədə danışmaq olmaz, məbəddəki ibadət aşağı səs tonunda keçirilir, həkimin mumiyasını ziyarət etməyə gələnlər bir ilahi qüdrət kimi ona sitayiş edir, ondan sağlamlıq istəyirlər.

Cərrah Piroqovun MUMİYASININ SİRRİ,


İnsanlar hələ sağlığında ikən Piroqovun loğmanlığının ilahi bir qüdrət tərəfindən idarə olduğunu hesab edirdilər. Piroqovun Milli muzey-malikanəsinin elmi əməkdaşı M.Yukalçuk aşağıdakıları söyləyir: «Piroqov əməliyyatlar keçirdiyi vaxtlarda, xəstələrin qohumları onun kabinetinin qarşısında dizi üstə dayanırdılar. Bir dəfə isə, Krım müharibəsi zamanı, cəbhə xəttində döyüşən əsgərlər bir nəfər əsgər yoldaşlarını ölümcül vəziyyətdə hospitala gətirmişlər. Belə ki, həmin əsgərin başı bədənindən ayrılmışdı. «Həkim Piroqov tikəcək», – deyə kimsənin şübhəsi yox idi».

Cərrah Piroqovun MUMİYASININ SİRRİ,


Görkəmli cərrah Nikolay Piroqov həyatı boyunca təqribən 10 000-ə yaxın əməliyyat keçirmiş, Krım, Fransa-Prussiya və Rusiya-Türkiyə müharibələri dövründə yüzlərlə yaralının həyatını xilas etmiş, hərbi səyyar cərrahiyyə və Qırmızı Xaç Cəmiyyəti yaratmış, yeni bir elmin – cərrahi anatomiyanın əsasını qoymuşdu. Əməliyyat zamanı efir narkozdan istifadə edən ilk alim məhz Piroqov olmuşdu. Həyatının son illərini Vişnya kəndində keçirmiş alim-həkim pulsuz klinika açmış və xəstələrin qəbulu ilə ilə məşğul olmuşdu.

Cərrah Piroqovun MUMİYASININ SİRRİ,


Mumiyalaşdırma mövzusu Piroqovu sağlığında son dərəcə maraqlandıran bir mövzu idi. Öləndən sonra bədəninin mumiyalaşdırılmasını həkimin özünün vəsiyyət etdiyinə dair bir fikir formalaşsa da, bu, heç də həqiqətə uyğun deyil. Nikolay Piroqov üst çənəsinin xərçəngi xəstəliyindən vəfat edib, o, öz diaqnozunu və tezliklə öləcəyini bilirdi. Lakin vəsiyyət və ya ona bənzər hansısa bir sənəd tərtib etməmişdi. Mərhumun xatirəsini əbədiləşdirmək məqsədilə bədəninin mumiyalaşdırılması onun həyat yoldaşı Aleksandra Antonovnanın qərarı idi. Bu məqsədlə o, Müqəddəs sinoda (1. Pravoslav məzhəbinin baş idarəsi; 2. Protestant kilsəsində: ruhanilə məclisi) məktub ünvanlamış və oranın razılığını aldıqdan sonra, yardım üçün Piroqovun şagirdi – mumiyalaşdırılma haqqında elmi əsərin müəllifi D.Vıvodsevə müraciət etmişdi.

Cərrah Piroqovun MUMİYASININ SİRRİ,


Piroqovun bədəninin mumiyalaşdırılması sirrini dəfələrlə, təkrar-təkrar araşdırmağa çalışan alimlər həqiqətə yalnız bir qədər yaxınlaşmağa nail olub. Vinnitsa Mili Tibb Universitetinin professoru Q.Kostyuk belə deyir: «Piroqovun bədənini uzun illər çürümədən qorunub-saxlanmasının səbəbkarı olan Vıvodsevin dəqiq resepti hələ də məlum deyil. Bunu edərkən spirtdən, timoldan (dezinfeksiya maddəsi), qliserindən və distillə edilmiş sudan istifadə etməsi bəlliidir. Onun üsulunun maraqlı tərəfi odur ki, prosedur zamanı cəmisi bir neçə çərtmə həyata keçirilmişdi, daxili orqanların bir hissəsi isə – beyni, ürəyi – mərhumun bədənində saxlanılmışdı. Cərrahın bədənində piy qatlarının qalmaması da əhəmiyyətli rol oynamışdı – ölümqabağı Piroqov son dərəcə arıqlamış, ərimiş, sanki qurumuşdu».

Cərrah Piroqovun MUMİYASININ SİRRİ,


Cərrah Piroqovun MUMİYASININ SİRRİ,


Mumiya günümüzə gəlib çatmaya da bilərdi: belə ki, XX əsrin birinci yarısında baş verən tarixi hadisələrlə əlaqədar olaraq, mumiya bir müddətliyinə unudulmuşdu. 1930-cu illərdə soyğunçular onun tabutunun germetik qapağını sındırmış və Piroqovun üstündə olan xaçla qılıncı oğurlamışlar. Sərdabənin mikroiqlimi pozulmuş və 1945-ci ildə mumiyanı müayinə edən xüsusi komissiya onun bərpaya yararlı olmadığı nəticəsini çıxarmışdı. Buna baxmayaraq, V.İ.Lenin adına Moskva laboratoriyası bərpa (rebalzamasiya) işlərini öz öhdəsinə götürdü. Muzeyin zirzəmisində mumiyanın bərpası istiqamətində aparılan gərgin iş beş aya yaxın davam etdi. O vaxtdan bəri mumiyanın rebalzamasiyası hər 5-7 ildə bir dəfə keçirilir. Nəticə etibarilə, dünya şöhrətli alim Piroqovun mumiyasının vəziyyəti V.İ.Leninin mumiyasından əhəmiyyətli dərəcədə yaxşıdır.

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Noyabr 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar