Manevr.az xəbər verir ki, bu barədə "Science Alert” nəşri yazır.
Nəşr yazır ki, Quansi Universiteti və Çin Elmlər Akademiyasının tədqiqatçıları digər metodlardan beş dəfə az işıq itirməklə yanaşı, işığı 10 min dəfə yavaşladan bir üsul hazırladıqlarını iddia edirlər.
Onların metodu elektromaqnitlə induksiya olunan şəffaflığa (EIT) əsaslanır. Bu proses vakuumda saxlanılan qazın içindəki elektronları manipulyasiya etmək və əslində onu şəffaflaşdırmaq üçün ağıllı bir hiylədən istifadə edir. Lazer işığı bu mühitdən keçə bilər, lakin onu manipulyasiya etməklə yavaşlatmaq olar. Bu yanaşma prosesdə çoxlu işıq və enerjinin itirilməsini nəzərdə tutur. Tədqiqatçılar itkiləri azaltmaq üçün müasir kompüter çiplərində olduğu kimi nazik silikonlu qatdan xüsusi material - metasəth yaradıblar və ondan istifadənin nəticələri müsbət olub.
Alimlər ehtimal edirlər ki, onların kəşfi bəşəriyyəti işığın əsas rol oynadığı müxtəlif fəaliyyət sahələrində - genişzolaqlı internetdən tutmuş kvant hesablamalarına qədər inkişaf etdirə biləcək.(qaynarinfo)