"Hindistan və Fransa silah-sursat və hərbi texnika alışları sahəsində Ermənistanın əsas tərəflaşları sırasına daxil olub. Sentyabr hadisələrindən sonra bazarların və imkanların qapandığını, Ermənistanın yerində saya biləcəyini anlayanda silah-sursat və hərbi texnika alışlarının diversifikasiyasına qərar verdik".
Ermənistanın müdafiə naziri Suren Papikyan ölkənin İctimai Televiziyasına verdiyi müsahibəsində belə deyib.
Onun sözlərinə görə, bəhs etdiyi istiqamətdə artıq ciddi inkişaf müşahidə olunur: "Çünki başlanmış proseslər və imzalanmış müqavilələr ordumuzun silah və texnika təminatının keyfiyyətini əhəmiyyətli dərəcədə dəyişəcək".
S.Papikyan artıq imzalanmış müqavilələr barədə konkret məlumat verməsə də, Ermənistanın "böyük dövlətlər arasında yeni tərəfdaşlarla dostlar qazandığını" vurğulayıb.
Ermənistanın müdafiə naziri onu da vurğulayıb ki, İrəvan Fransa ilə yanaşı, başqa dövlətlərlə də hərbi təlimlər keçirməyə hazırdır.
Suren Papikyan müsahibəsində üstüörtülü olsa da, Ermənistanın sürətlə silahlanmaya yönəlmiş strategiyası ilə bağlı bir sıra məqamlara toxunub.
Azərbaycan ərazilərinin 20 faizini işğalda saxladığı, şəhər və kəndlərimizi viran edərək, təbii sərvətlərimizi quldurcasına taladığı 30 il ərzində Ermənistanın hakimiyyət dairələri ölkənin silahlı qüvvələrini "Cənubi Qafqazın ən güclü ordusu" kimi təqdim edirdilər.
Müxtəlif ölkələrdəki erməni diasporunun maliyyələşdirdiyi mass-media isə Azərbaycan ordusunun sadəcə silahlı dəstələrdən ibarət, pis idarə olunan "toplu" olduğunu vurğulayırdı.
Ermənistanın sabiq müdafiə naziri Seyran Ohanyanın "dahi strategiya"sının məhsulu kimi Azərbaycanın işğal edilmiş Ağdərə rayonundan başlayaraq Cəbrayıl və Zəngilan rayonlarınadək uzanan, 6 müdafiə xəttindən ibarət dərin eşalonlaşdırılmış zona da yaradılmışdı.
Ermənistan hər il milyardlarla dolları ordusuna xərcləməklə yanaşı, işğal edilmiş ərazilərdə yerləşdirilmiş ekspedisiya korpusunu və xüsusilə də Xankəndidəki separatçı rejimin "özünümüdafiə ordusu" adlanan silahlı dəstələrini idarə edirdi.
Sonradan Nikol Paşinyan hakimiyyətə gətiriləndə müdafiə naziri təyin olunmuş David Tonoyan isə "yeni müharibə yeni ərazilər deməkdir!" söyləyərək, Azərbaycanı hədələməyə cəhd etmişdi.
2020-ci ilin sentyabrında Ermənistan daha bir silahlı təxribat törədərək işğalı davam etdirməyə cəhd etdi, lakin aldığı cavab çox ağır oldu. Azərbaycan ordusu əks-hücuma keçdi, 44 günlük İkinci Qarabağ Müharibəsi başladı.
Müharibə Ermənistanın tam kapitulyasiyası və Azərbaycan ərazisindəki hərbi birləşmələrinin darmadağın edilməsi ilə başa çatdı.
Sonrakı üç il ərzində Ermənistan ordusunun qalıqlarını nizamlı silahlı qüvvələrə çevirmək və müasir silah-sursat, habelə hərbi texnikanı əldə etmək üçün bir sıra ölkələrə müraciət ünvanlamışdı.
Nikol Paşinyan administrasiyasının məqsədi ən müasir hərbi texnika və silahlarla təchiz edilmiş Azərbaycanla paritetə nail olmaqdı.
Məhz bu səbəbdən Ermənistanın dövlət büdcəsindən hərbi məqsədlərə ayrılan xərclər də dəfələrlə artırılıb. Belə ki, 2024-cü il üçün bu xərclərin ümumi məbləği 1,4 milyard dollar təşkil etməlidir.
Xəbər lenti
Ermənistan niyə sürətlə silahlanır?
Rəsmi İrəvan hərbi xərcləri artırsa da, aldığı və ya almağa hazırlaşdığı silahlarla texnikanın keyfiyyəti, real döyüş şəraitində funksionallığı və s. məsələlər erməniləri çox ciddi problemlərlə üzbəüz qoya bilər.
2020-ci ildə Ermənistandan Hindistandan 4 ədəd sursat aşkarlayan "Swathi Weapon Locating Radar" (Swathi) aldı, 2022-ci ildə isə "Pinaka" reaktiv yaylım atəşi sistemləri, tank əleyhinə raket qurğuları və müxtəlif növ sursatların alınmasını nəzərdə tutan 245 milyon dollarlıq müqavilə imzaladı.
Daha sonra ermənilər Hindistandan 155 mm çaplı MarG özüyeriyən haubitsaların almaq niyyətlərini açıqladılar.
Sonda isə İrəvan Dehlidə 41,5 milyon dollarlıq "Zen Anti-Drone System" (ZADS) antidron sistemləri alacağını bəyan etdi.
Ümumiyyətlə, imzalanmış sənədlərə görə, Hindistanın Ermənistana tədarük edəcəyi sursat və hərbi texnikanın ümumi həcmi 440 milyon dollara yaxındır.
Hindistanın Ermənistana satdığı və ya bundan sonra tədarük etməyə hazırlaşdığı sursatlarla hərbi texnikanın total əksəriyyəti real döyüş şəraitində sınanmayıb. Bir sıra hərbi texnikaya gəldikdə, onların Hindistandan ilk ixrac olunduğu ölkə Ermənistandır.
Ən müasir döyüş texnikası kimi təriflənən və Ermənistana satılan bu silahlar, əslində, dünyanın inkişaf etmiş ölkələrinin, habelə Türkiyənin silahlı qüvvələrində illərdən bəri istismar edilən texnikaların Hindistanda lisenziyalar nəticəsində istehsal olunan, keyfiyyətcə originallardan geri qalan surətləridir.
Keyfiyyət baxımından həmin silahlar və hərbi texnika ABŞ, Avropa İttifaqı ölkələri, hətta Rusiya və Çində istehsal edilən analoqlarından xeyli geri qalır.
Fransanın Ermənistana satdığı, daha doğrusu, qismən hədiyyə etdiyi silah-sursat və hərbi texnika barədə də eyni sözləri demək olar. Məsələn, Ermənistana "tank əleyhinə ən müasir raket komplekslərindən biri" kimi təriflənərək verilən "Milan-2" ( Missile d´infanterie léger antichar) komplekslərinin istehsalına hələ 1962-ci ildə Almaniyada başlanmışdı. 60 il əvvəl alman bundesverinin təchiz olunmağa başlandığı, sonradan bir neçə dəfə təkmilləşdirilən kompleksləri, əslində, Parisdən əvvəl Yunanıstan hələ İkinci Qarabağ Müharibəsindən əvvəl ermənilərə satmağa başlamışdı.
Fransa istehsalı olan "Bastion" zirehli transportyorları da döyüş şəraitində çox qısa müddətdə və asanlıqla sıradan çıxarılaraq zərərsizləşdirilə bilən texnikadır.
Ermənistan da bilir ki, ona satılan, habelə tədarükü vəd olunan silahlarla hərbi texnikanın istisnasız olaraq hamısı müasir deyil, əvvəlki və daha öncəki nəsildən olan istehsallardır.
Buna rəğmən, İrəvan mümkün qədər çox dövlətdən hərbi texnika, silah və sursat almağa çalışır.
Baş nazir Nikol Paşinyan hakimiyyətinin əsas məqsədi, sadəcə, silah və hərbi texnika təminatı müstəvisində Rusiya Federasiyasından asılılıqdan qurtulmaqla yanaşı, ümumiyyətlə, Rusiyadan silah almamağa çalışmaqdır.
Elə bu səbəbdən də İrəvan ucuz qiymətə, Rusiya istehsalı olmayan silah-sursat və hərbi texnika əldə etməyə can atır.
Ermənistanın sürətlə silahlanması ölkə daxilindəki revanşist və qisasçı qüvvələri, xüsusilə də müxalifət düşərgəsindəki radikallarla yanaşı, müxtəlif ölkələrdəki erməni icmalarının diespor təşkilatlarını Azərbaycana qarşı yeni müharibənin mümkünlüyü ilə bağlı illüziyalar qapılmağa sövq edib.
Belə hərbi əməliyyatlarsa Ermənistanın dövlət mövcudluğuna son qoya bilər, çünki Azərbaycan və Ermənistanın silahlı qüvvələri, müdafiə potensialı, imkanları və s. kimi nüanslar müqayisəedilməzdir.
Elçin Alıoğlu
TREND

Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər
Axtarış
Reklam
İqtisadiyyat
Yazarlar
Sevinc QƏRİB
KƏRAMƏT
KƏRAMƏT
Emil Rasimoğlu
KƏRAMƏT
Aydın Canıyev
Aydan Ay
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar