Sizin Reklam Burada
Xəbər lenti
19-01-2025
18-01-2025
BÜTÜN XƏBƏRLƏR

3500 illik balzamın orijinal ətri təkrar istehsal edilib

Tarix: 01-09-2023 18:27     Baxış: 3208 A- / A+
 
Alimlər eramızdan əvvəl 15-ci əsrdə (e.ə.) Qədim Misirdə mumiya üçün istifadə edilən balzamın orijinal qoxusunu tapıblar.

Manevr.az xəbər verir ki, bu barədə  CNN məlumat yayıb. Məlumata görə, ruhun axirətdə bədənə qayıdacağına inanan Qədim Misirlilərin mumiyalama proseslərinin sirlərini işıqlandırmaq üçün yeni bir araşdırma aparılıb.

Alimlər balzamın tərkibini qədim misirlilərin mumiyalamadan əvvəl bədəndən ayırdıqları ağciyər, qaraciyər, mədə və bağırsaqları saxladıqları “kanopik” adlı bankalarda araşdırıblar.

Bu çərçivədə Almaniyanın Avqust Kestner Muzeyində qorunan zadəgan Senetnayın ağciyərləri və qaraciyərinin olduğu iki kanopinin altındakı balzam qalıqları laboratoriyada analiz edilib.

Təhlillər nəticəsində qədim Misir mətnlərində məzmunu təfərrüatlı şəkildə açıqlanmayan balzamın tərkibində bal mumu, üyüdülmüş saqqız, qatran, bitki və heyvan yağlarının olduğu müəyyən edilib. Kanopiyalar qorunub saxlanılan orqanın xüsusiyyətlərinə görə cüzi fərqlərlə hazırlanmışdır.

Balzamda ağac və kolların saqqızında və qatranında olan benzoik turşusu, noxud və darçının tərkibində vanilə bənzər qoxu verən “kumarin” kimyəvi maddəsi aşkar edilib.

Senetnayin ağciyərlərinin saxlandığı qabda ətirli qatranlar tapılıb ki, bunlar Cənub-Şərqi Asiya və Hindistan yarımadasında yetişən "Pistacia" cinsinə aid ağaclara və ya "dammar" qətrana aid ola bilər.

Tədqiqatçılar vurğulayıblar ki, balzamın tərkibindəki birləşmə “dammar” qatranından əldə edilirdisə, qədim misirlilərin eramızdan əvvəl 15-ci əsrdə istifadə etdikləri ticarət yolları əvvəlki təxminlərdən daha inkişaf etmiş ola bilər.

Ətir istehsalçıları ilə işləyən tədqiqatçılar inqrediyentləri təhlil etdikdən sonra balzamın "əbədi həyatın qoxusu" kimi təsvir etdikləri orijinal qoxusunu geri qaytarıblar.

Mumiyası Hovard Karter tərəfindən 1900-cü ildə Luksordakı Krallar Vadisində tapılan Senetnay II Fironun adını daşıyır. O, Amenhotepin süd anası idi və eramızdan əvvəl 1450-ci ildə yaşamışdır.

Danimarkadakı Moesgaard Muzeyi ziyarətçilərinə qarşıdan gələn sərgisində balzam qoxusunu hiss etməyə imkan verəcək.

Araşdırmanın nəticələri “Scientific Reports” jurnalında dərc olunub.

Sevinc
Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Yanvar 2025    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar