Sizin Reklam Burada
Xəbər lenti
15-09-2025
BÜTÜN XƏBƏRLƏR

Təranə Qumral Nazənini ölümlə hədələdi: “Məni aradan götürmək üçün…”

Tarix: 27-06-2018 09:50     Baxış: 4144 A- / A+
Təranə Qumral Nazənini ölümlə hədələdi: “Məni aradan götürmək üçün…”

Təranə Qumralla Nazənin arasında məhkəmə çəkişməsi kritik həddə çatıb. Məhkəmə qətnaməsini icra etməməkdə israrlı olan Təranə qarşı tərəfi ölümlə hədələyərək aradan götürdəcəyini bildirib.

Yenicag.az-a açıqlama verən Nazənin həyatının təhlükə altında olduğunu və buna görə də hüquq mühafizə orqanlarına müraciət etdiyini bildirib:

“Məhkəmə qətnaməsini icra etməyən Təranə İbrahimova barəsində cinayət işi başlasa da, o qərəzli olaraq, Bakı Appelyasiya Məhkəməsinin iki qərarını icra etməyib. Bu ilin mayında Nərimanov rayon Məhkəməsində məhkəmə prosesi başlayıb, məhkəmənin humanistliyindən istifadə edən T.İbrahimova proseslərdə açıq-aşkar qərarı icra etməyəcəyini bildirib. Hesab edirəm ki, bu məsələyə məhkəmə tərəfindən çox ciddi hüquqi qiymət verilməlidir. Çünki məhkəmə qərarı dövlət adından çıxarılır və bu qərarı icra etmək hər bir şəxsin borcudur. Məhkəmə hüquq şurasının sədri cənab Fikrət Məmmədovdan xahiş edirəm ki, bu məsələni nəzarətə götürsün. T.İbrahimova cəzalandırılmadığı üçün, mənə təzyiqlər göstərməyə başlayıb, məni şantaj edir. Mobil telefonuma zənglər gəlir, məni ölümlə hədələyir, işin geri götürülməsini tələb edir. Məni aradan götürmək üçün arxamca adam saldırıb. Avtomobilim tanımadığım şəxslər tərəfindən izlənilir. Təranə İbrahimova yaxınlarıma bildirib ki, yuxarı dairədən olan adamlarının köməyi ilə məsələ həllini tapıb, ona həbs istisna olmaqla digər cəza veriləcək”.

Xatırladaq ki, Təranə Qumral məhkəmə qərarını icra etməyəcəyini, zərərçəkmiş şəxs Nazənindən üzr istəməyəcəyini və təkzib verməyəcəyini bildirib.

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Sentyabr 2025    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar