Sizin Reklam Burada
Xəbər lenti
04-05-2024
BÜTÜN XƏBƏRLƏR

Fədayənin bacısı canlı efirə qoşuldu, Tacirə nələr dedi - VİDEO

Tarix: 07-11-2017 19:16     Baxış: 6704 A- / A+
Fədayənin bacısı canlı efirə qoşuldu, Tacirə nələr dedi
Müğənni Tacir Şahmalıoğlunun həbs olunan həmkarı Fədayə Laçın barədə dediyi sözlər cavabsız qalmayıb.

F.Laçının bacısı, müğənni İlahə Fəda “APA TV”-nin “Show time” verilişinə qoşularaq, T.Şahmalıoğluya cavabını verib:

“İlk öncə deyim ki, Tacir Şahmalıoğlu gözəl musiqiçidir. Bunu bir kənara qoyduq. Mənə təsir edən odur ki, Tacir deyib ki, mən Fədayənin müəllimiyəm. Özünü bir müəllim kimi təqdim edir. Mən də ona cavab olaraq deyirəm ki, Tacir heç vaxt Fədayənin müəllimi ola bilməz. Fədayənin müəllimi ilk öncə xalqdır. O xalqın yetirdiyi Üzeryir Hacıbəyovdur. Sonra Fədayənin özü də, mən də xalq artisti Zeynəb Xanlarovaya qulaq asmışıq. Bizim müəllmimiz Zeynəb xanımdır. Sonra incəsənətdə oxuyanda onun müəllimi Arif Babayev, Canəli Əkbərov olub. Və bəhrələnə-bəhrələnə böyük sənətkarlardan biz dərs almışıq. Əbülfət Əliyevin, Şövkət Ələkbərova, Qulu Əsgərov, Rübabə Muradovanın da adını çəkə bilərəm. Yəni bunlar Fədayənin müəllimidir. Tacir müəllim ola bilməz. Onun musiqi fəaliyyətinə nəzər salaq. Murad müəllimin sayəsində “Qarabağ bülbülləri”ndə bir parça “Bayatı şiraz” oxuyub. Və bununla da qızıl fonda düşüb. Onun elə uğuru bircə bu olub. Ondan sonra nə oxuyub ki? Hansı mahnısı yadınızda qalıb? Tacir Fədayə ilə duet oxuyandan sonra tanınıb. Fədayə ilə birgə Tahir Əkbərin və başqa bəstəkarların mahnısını oxuyub, birgə mahnıları alınıb. İndi Tacirlə Fədayə bir yerdə oxumur. Tacirin bir mahnısını xatırlayın. Yoxdu. Çıxıb açıqlama verir ki, Fədayənin müəllimiyəm. Mən də deyirəm ki, sən elə yaxşı müəllimlik eləmisən ki, Fədayə indi həbsdədir”.

Qeyd edək ki, T.Şahmalıoğlu “Fədayə Laçına zamin durardınızmı?” sualına bu cür cavab vermişdi: “Bir eloğlu, müəllim, həmkar kimi nə kömək lazım olarsa, etməyə hazıram. Biz bir yerdə çörək kəsmişik. Fədayə mənim tərəf-müqabilim olub, yaxşı insandır, xətrini çox istəyirəm. Köməkliyimi bu cür edərəm. Amma zamin durmaq mənim xoşuma gələn iş deyil”.

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    May 2024    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar