Xəbər lenti
İsrail “Əsrin sövdələşməsi” ilə əlaqədar fələstinlilərlə danışıqlara hazırdır

İsrailin Baş naziri Benyamin Netanyahu İsrailin fələstinlilərlə ABŞ-ın Yaxın Şərq Sülh planı - “Əsrin sövdələşməsi” üzrə danışıqlar aparmağa hazır olduğunu söyləyib.
Manevr.az RİA Novosti-yə istinadən verdiyi xəbərə görə, Netanyahu bunu ABŞ Prezidenti Donald Trampla keçirdiyi birgə mətbuat konfransında açıqlamasında deyib.
"İsrail sülh danışıqlarına başlamağa hazırdır. Fələstinlilərin nə qərar verməsindən asılı olmayaraq, İsrail növbəti dörd il ərzində sülh yolunu davam etdirəcək”, - deyə Baş nazir əlavə edib.
Qeyd edək ki, ABŞ-ın hazırkı administrasiyası tərəfindən hazırlanmış Yaxın Şərq Sülh planı Fələstin-İsrail münasibətlərinin nizamlanmasını nəzərdə tutur. Təxminən üç il əvvəl sülh təşəbbüsü ilə ortaya atılmış plan Taumpın müşaviri Jared Kuşner və ABŞ liderinin köməkçisi Jeyson Qrinblatt tərəfindən hazırlanıb.
Xəbəri paylaş
Çox oxunanlar



Son yüklənənlər



Axtarış
Reklam

İqtisadiyyat
Şou-biznes
Yazarlar
Emil Rasimoğlu
Emil Rasimoğlu
Fərasət Babazadə
İttifaq MİRZƏBƏYLİ
Emil Rasimoğlu
Sevinc QƏRİB
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar