Xəbər lenti
“Bu, 10 minlərlə insanı pensiyasız qoymaq demək olacaq” – Açıqlama
Azərbaycanda pensiyaların artırılması məsələsi sadə xalqda sevinc yaratsa da ekspertlər burda seviniləcək bir halın olmadığını qeyd edirlər. Belə ki, onların ümumi rəyinə əsasən, minimum pensiyanın artırılması pensiyaya çıxış imkanlarının da məhdudlaşdırılmasına gətirib çıxarır.Yəni, pensiyaya çıxmaq üçün lazım olan tələblər də avtomatik olaraq artır. Pensiyaya çıxmaq üçün minimum kapital məbləği 28800 manat olmalıdır.
Ya 25 il iş stajı sənədin, ya da 28800 manat sığorta hesabında pensiya kapitalın olmalıdır. Bu yoxdursa, vətəndaş pensiya əldə edə bilmir. Bu halda qanun 130 manat qocalıq müavinəti nəzərdə tutur. Gələcəkdə minimum pensya qalxsa sığorta kapitalının da tələbi artacaq.
Belə çıxır ki, pensiya artımı məsələsi əslində faktiki olaraq 10 minlərlə insanı pensiyasız qoymaq demək olacaq. Məsələ bundadır ki, pensiyaya çıxmaq üçün minimum pensiya kapitalı minimum pensiya ilə əlaqəlidir. Sabah minimum pensiya 250 manata qalxsa, bu kapital 36 min manat təşkil edəcək. 32 il işləmək lzımdır ki bu kapital dolsun.
İqtisadçı ekspert Rövşən Ağayev hesab edir ki, Azərbaycanda maaş və pensiyaları müxtəlif ölkələrlə müqayisə etmək doğru deyil.“2013-cü ildə Azərbaycanda orta aylıq pensiyanın məbləği pensiyaçıları üçün yaşayış minimumunun 181.4%-nə bərabər olub. Yəni orta pensiya ala bilən şəxs özünün minimum istehakını ödəyəndən sonra aldığı pensiyanın 81.4%-i də cibində qalırmış”. Hökumət belə deyir, reallıq isə başqadır.
“Əslində iqtisadiyyat üzrə ixtisaslaşmış peşəkar medianın xeyli zaman əvvəl hökumətə verməli olduğu bir sual vardı…
Amma xeyli gözlədim, bu sualı eşitmədim – Dünya Bankının Beynəlxalq Müqayisə Proqramı (International Comparison Program – ICP) çərçivəsində hesabladığı Alıcılıq Qabiliyyəti Pariteti əsasında Azərbaycanda maaş və pensiyaları müxtəlif ölkələrlə müqayisə etmək nəzəri və metodoloji baxımdan nə qədər doğrudur?
Bu sualın cavabı ilə bağlı ayrıca bir məqalə yazmışam, bugünlərdə paylaşacam. Amma dostluğumdakı peşəkarların mövqeyi də mənə çox maraqlıdır.
Yenə deyirəm söhbət ümumiyyətlə Alıcılıq Qabiliyyəti Pariteti əsasında müqayisədən getmir – belə müqayisənin problemi yoxdur. Mənim vurğum məhz Beynəlxalq Müqayisə Proqramı çərçivəsində hesablanan Alıcılıq Qabiliyyəti Paritetinə əsasən müqayisədən gedir.
Məlumat üçün deyim ki, 2018-ci ilin yekunlarına görə Dünya Bankı Beynəlxalq Müqayisə Proqramı çərçivəsində AQP əsasında manat-dollar real məzənnəsini 0.42 manat=1 dollar müəyyən edib. İl üzrə orta nominal məzənnə isə 1 dollar=1.7 manat olub. Çox maraqlı, peşəkar müzakirə açılası mövzudur.
Hətta artıq ölkə prezidentinin çıxışlarında bu müqayisə yer alır”- deyə o bildirib. Müqayisə üçün deyək ki, Azərbaycanda 1000 nəfərə 129 pensiyaçı düşür, bu Ermənistanda 154, Rusiyada 296, Belarus 273 təşkil edir. (bizimyol.info)
Manevr.az
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər
Axtarış
Reklam
İqtisadiyyat
Yazarlar
Sevinc QƏRİB
KƏRAMƏT
KƏRAMƏT
Emil Rasimoğlu
KƏRAMƏT
Aydın Canıyev
Aydan Ay
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar