Xəbər lenti
Cümə günü, ayın 13-ü niyə nəhs gündür? – Din xadimi: “Həzrəti Əlinin doğum günü…”
Bu gün ayın 13-ü, cümə günüdür. Əslində bir çoxları bu təqvim gününü nəhs, qara gün sayır. Bir çoxları bu günün bitməsini səbrsizliklə gözləyir. İnanca əsasən, 13 rəqəmi nəhs olduğundan uğursuzluq gətirir. Əsasən də cümə günü təqvimdə ayın 13-nə təsadüf edirsə, evindən çıxmayan insanlara da rast gəlmək olur. Əslində reallıq nədir? Doğrudanmı, 13 rəqəmi nəhsdir? Belə məsələlərə inanmaq nə dərəcədə doğrudur?
Manevr.az xəbər verir ki, mövzu barədə ilahiyyatçı Hacı Şahin Həsənli modern.az-a danışıb. O bu inancı xurafat sayıb.
“Dinimizdə nəhs anlayışı yoxdur, yəni nəyinsə pis bir şeyə yozulması xurafat hesab olunur. Çünki insan nəyəsə köklənirsə, necə yanaşırsa, hadisələr də o cür cərəyan edir. Dində hansısa bir rəqəmin nəhs hesab edilməsi anlayışı yoxdur. Ümumiyyətlə, dinimiz İslam rasionallıq tərəfdarıdır, bu məsələlərə əqli və elmi yanaşma tərəfdarıdır. Dinimiz bu kimi şeyləri qəbul etmir, bunlar birmənalı olaraq xurafatdır. Bundan əlavə, qara pişiyin insanın qarşısından keçməsiylə uğursuzluq yaranması, tək səbir-cüt səbir anlayışları elmi və əqli əsası olmayan məsələlərdir”.
Hacı Şahin ayın 13-nün cümə gününə düşməsini uğursuzluq sayanlara da cavab verib.
“Deyirləri ki, ayın 13-ü cüməyə düşür, uğursuzluq olacaq. Bunlar yenə qeyd edirəm ki, xurafatdır. Belə şeylərə inanmaq düzgün deyil. Dinimiz hər bir şeyi xeyirə yozmağı məsləhət görür, pozitiv ruhlu olmaq yaxşıdır. Məsələn, Peyğəmbərimiz (s.a.s) hansısa bir işi görmək üçün bir dəstəylə evdən çıxırdı, bu zaman bir xanım Peyğəmbəri “ey səyid” deyə çağırır. “səyid” ərəbcə-xoşbəxt deməkdir. Peyğəmbərimiz bu zaman deyir ki, “bu işimiz uğurlu olacaq, xoş söz eşitdik”. Hər şeydən xeyir gözləmək yaxşıdır, amma nəhs anlayışı yoxdur”.
İlahiyyatçı 13 rəqəmi ilə bağlı fikirlərin İmam Əlinin rəcəb ayının 13-də dünyaya gəlməsi ilə bağlı ola biləcəyini də fikirlərinə əlavə edib.
“Həzrəti Əlinin doğum günü rəcəb ayının 13-nə və cümə gününə təsadüf edir. Ondan sonra Əməvilər xilafəti dövründə bu gün əleyhinə təxribat aparılıb ki, bu gün nəhs gündür. Çünki Əməvilər xilafətinin onlarla tarixi bir düşmənçiliyi olub. Bu günün nəhs gün kimi təbliğ edilməsi daha sonra dünyaya yayılıb. Bu da əslində versiyalardan biridir”.
Manevr.az
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər
Axtarış
Reklam
İqtisadiyyat
Yazarlar
Sevinc QƏRİB
KƏRAMƏT
KƏRAMƏT
Emil Rasimoğlu
KƏRAMƏT
Aydın Canıyev
Aydan Ay
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar