Xəbər lenti
“Qəzetlərdən başsağlığını yox, pulu yığışdırmaq lazımdır...” - İLAHİYYATÇI

Xəbər verdiyimiz kimi qəzetlərdən başsağlığının yığışdırılmasını təklif edən deputat Siyavuz Novruzova “Azərbaycan” qəzetinin baş redaktoru Bəxtiyar Sadıqov etiraz edir. Deputat isə bildirir ki, başsağlığı yazmaqla kiməsə maaş vermək olmaz.
Məsələyə münasibət bildirən ilahiyyat üzrə fəlsəfə doktoru, dosent Əkrəm Həsənov da moderator.az-a açıqlamasında başsağlığının pulla yazılmasının yolverilməz olduğunu bildirdi:
“Dində başsağlığı vermək var, yəni bu Peyğəmbərin metodudur. Bunu da üç gün müəyyən ediblər və bununla da məsələ bitir. Qaldı ki, mediada başsağlığı vermək ənənəsi çoxdan var. Bunun qəzetlərdən yığışdırılmaması daha yaxşıdır, amma başsağlığını pulla yazdırmaq düzgün deyil. Ona görə də qəzetlərdən başsağlığını yox, pulu yığışdırmaq lazımdır. Amma başsağlığını qəzetdə yazdırmaq elə də vacib deyil. Bu İslam dinində yoxdur və şifahi şəkildə ölü sahibinə başsağlığı vermək daha məqbuldur”.
Manevr.az
Xəbəri paylaş
Çox oxunanlar



Son yüklənənlər



Axtarış
Reklam

Şou-biznes
Yazarlar
Emil Rasimoğlu
Emil Rasimoğlu
Fərasət Babazadə
İttifaq MİRZƏBƏYLİ
Emil Rasimoğlu
Sevinc QƏRİB
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar