Xəbər lenti
Bu ölkələrdə kişilərə təcavüz edilir – Bəs Azərbaycanda vəziyyət necədir?
Qadınlara yönələn şiddətin ən qorxulu vasitələrindən biri təcavüzdür.
Təcavüzün daha çox qadınlar üzərində olduğu söylənilsə də, dünyada kişilər də cinsi təcavüzün qurbanına çevrilir. Araşdırmaçı Vill Strore mövzu üzərindəki axtarışları və Uqandanı ziyarət etdiyi zaman ağlında qalanları belə nəql edir:
“Müharibənin bütün sirrləri arasında bir “sirr” var ki, o yalnızca “rəvayət”olaraq xatırlanır. Bu təkcə təcavüz edənlər tərəfindən deyil, eyni zamanda təcavüzə məruz qalanlar tərəfindən də gizli saxlanılır. Dövlətlər, insan haqları müdafiəçiləri, Birləşmiş Millətlər Təşkilatı da bu “sirr”in üzərində dayanmır.
Rəqəmlər aysberqin görünən tərəfidir.
Elm sahəsində də səssizlik hökm sürərkən Kaliforniya Universitetindən Lara Stemple “Male Rape and Human Rights” adlı araşdırması ilə mövzuya diqqət çəkir. Stemplenin araşdırmasına görə, kişiyə yönələn cinsi şiddət Cənubi Afrika ölkələri, Çili, Yunanıstan, Xorvatiya, İran, Küveyt, kimi bir çox ölkələrdə savaş və ya siyasi təzyiq olaraq istifadə olunub.
Bu siyahıya postsovet məkanı və keçmiş Yuqoslaviya ərazisi də daxildir.
Müharibə ilə yanaşı həbsxanalar, qaçqın düşərgələri və sosial münaqişələr dövrünə də diqqət çəkən araşdırmaya görə, Londondakı İşgəncə Müalicə Mərkəzində nəzarətdən keçirilən şri-lankalı kişilərin 21%-i məhbus olduqları zaman cinsi təcavüzə məruz qalıb. 1980-ci illərdə El Salvadordakı kişi məhbusların 76%-i məhkumluq boyunca ən azı 1 dəfə cinsi istismara məruz qalıb.
Amerika Birləşmiş Ştatlarında hər il 92 min 700 kişi təcavüzə uğrayır. İngiltərədə təcavüz hadisələrinin 7,5%-i kişilərə yönəlib. Bosniya və Hersoqavinada 6 min düşərgədə aparılan araşdırmada isə kişilərin 80%-nin təcavüzə məruz qaldığı ifadə edilir.
Amerika tibb jurnallarında yayımlanan bir digər araşdırmada Konqoda qadınlarının 30%-nin, kişilərin isə 22%-nin sosial qarşıdurmalar sırasında cinsi şiddətə məruz qaldığı bildirilir. Ancaq yeni bir araşdırmaya görə isə bu buzdağının sadəcə görünən tərəfidir.
Araşdırmaçı Storr cinsi şiddətə məruz qalan kişilərin hekayələrini dinləyib. 53 ərəb ölkəsindən 38-də olduğu kimi, Uqandada da “gey”lik şübhəsiylə həbs olunan və təcavüzə məruz qalan kişilərin ailələri, dostları tərəfindən təcrid edilmə qorxularıyla səssiz qaldıqları bildirilir. Patriarxal cəmiyyətlərdə təcavüzə məruz qaldığı öyənilən kişilər, toplumdan təcrid olunma təhlükəsi ilə üz-üzə qalır.
Storr, Makerere Universitetinin “Refugees Law” Proyektinin dəstəyi ilə bəzi qurbanlarla görüşmə fürsəti tapdığını və proyekt sayəsində Uqandada 200 minə qədər qaçqın nüfuzunda olan və təcavüzə uğrayan kişi qaçqınların həmrəylik içinə girməyə başladıqları bildirib.
Səssizlik patriarxal sistəmə xidmət edir
Stemplenin araşdırması kişiyə yönələn cinsi təcavüzü müharibənin tamamlayıcısı olaraq göstərir. Eyni zamanda beynalxalq yardım təşkilatlarının kişilərə edilən cinsi şiddətə önəm vermədiyi məsələsi qabardılır.
Araşdırmaya görə, savaş zamanı cinsi şiddət mövzusunda çalışması olan 4076 sivil toplumun sadəcə 3%-i təcavüzə uğrayan kişilər mövzusuna toxunur.
İnsan hüquqları ilə bağlı beynəlxalq sənədlərdə də kişiyə yönələn cinsi şiddət mövzusu aktual deyil.
Stemple: “Kişi təcavüzünü görməzdən gəlmək yalnızca kişiləri unutmaq mənasına gəlmir, eyni zamanda qadını “zəif” anlayışı ilə bərabərləşdirərək onlara da zərər verir”.-deyə bildirir.
Fiziki güc baxımından bir kişi bir qadından önəmli dərəcədə güclüdür. Amma bütün kişilərin bütün qadınlardan güclü olduğu fikri yanlışdır.Təcavüz sadəcə fiziki güc işlədərək edilmir. Birinə şiddət edərkən psixoloji basqı fiziki güc qədər önəmlidir. Fiziki olaraq özünü müdafiə edə bilən biri, psixoloji cəhətdən heç də hər zaman bunu edə bilmir.
Bir neçə il əvvələ qədər kişilərə edilən təcavüzlər konstitusiyalara daxil edilməmişdi və bunun üçün cəza nəzərdə tutulmamışdı. Hətta insanlar kişilərin bundan sadəcə zövq alacağını düşünürdülər.
Daha gənc yaşlarında təcavüzə uğrayan oğlanlarla daha yaşlı kişilərin təcavüzə uğramasından sonra görülən nəticə fərqli olur. Aşağıdakı siyahı cinsi təcavüzdən yaxa qurtaran kişilərin ortaq özəlliklərini əks etdirir:
Qayğı, depressiya, qorxu ya da travma sonrası stress
Təcavüzlə əlaqədar insanlardan və tünlük yerlərdən qaçmaq
Cinsi həyatla bağlı narahatlıq və suallar
Gələcək həyatla bağlı qorxular
Öz bədəni üzərində nəzarətə sahibi ola bilməmək kimi düşüncələr
Yuxu rejiminin pozulması
Münasibətləri və dostluqları bitirmək
Dünyada hər 6 kişidən 1-i təcavüzə məruz qalsa da, Azərbaycanda belə hallar nadir olaraq görülür. Maraqlı fakt budur ki, İran və BƏƏ İslam ölkələri olsalar da kişilərin təcavüzə uğradığı yerlər siyahısında bu dövlətlərin adları da yer alır.
Azərbaycanda təcavüzə daha çox qadınlar uğrayır. Statistika qadınların 60%-nin öz ailələri tərəfindən zorakılığa məruz qaldığını, onların sağlamlıqlarına xələl yetirildiyini göstərir, əksər hallarda isə zorakılığın baş verməsi faktı gizli saxlanılır. Dünyada 42% qadın cinsi və fiziki zorakılığa məruz qalaraq zədə və travma alır:
“Zorakılığa məruz qalan 16 faiz qadında döl düşməsi, vaxtından əvvəl uşaqların doğulması baş verir. Azərbaycanda zorakılığa məruz qalmış qadınlar zorakılıq hallarını gizlətməyə çalışırlar. Qadınlar məruz qaldıqları zorakılıqla bağlı heç kimin məlumat almasını istəmirlər. Sorğu-tədqiqatlarının nəticələrinə görə, 15-19 yaşlı qızların 87,9 faizi qeyd edir ki, ailə sirrini başqalarına danışmaq düzgün deyil”.
Hüquqşünas Vüqar Səfərli modern.az–a deyib ki, Azərbaycanda kişilər demək olar ki, təcavüzə uğramır.
“Kişilərin təcavüzə uğraması ilə bağlı ölkəmizdə statistika varsa belə say olduqca azlıq təşkil edəcək. Azərbaycan müsəlmanların üstünlük təşkil etdiyi ölkədir. Bizim mentalitetimiz var. Bəzi ölkələrə nisbətdə belə şeylər cəmiyyət tərəfindən qəbul olunmur. Ona görə bizdə belə bir statistikanın olmasına inanmıram”.
Manevr.az
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər
Axtarış
Reklam
İqtisadiyyat
Şou-biznes
Yazarlar
Sevinc QƏRİB
KƏRAMƏT
KƏRAMƏT
Emil Rasimoğlu
KƏRAMƏT
Aydın Canıyev
Aydan Ay
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar