Sizin Reklam Burada
Xəbər lenti
24-11-2024
23-11-2024
22-11-2024
BÜTÜN XƏBƏRLƏR

Qonşu haqqı o qədər ciddidir ki...

Tarix: 02-11-2017 23:04     Baxış: 3494 A- / A+
Qonşu haqqı o qədər ciddidir ki...
"Allaha ibadət edin və Ona heç bir şeyi şərik qoşmayın! Ata-anaya qohum-əqrəbaya, yetimlərə, yoxsullara, yaxın və uzaq qonum-qonşuya, yaxın (yoldaş və) dosta, (pulu qurtarıb yolda qalan) müsafirə (yolçulara), əlinizin altında olana (sahib olduğunuz qul və kənizlərə) yaxşılıq edin! Həqiqətən, Allah özünü bəyənənləri, lovğalıq edənləri sevməz!" (Nisa, 36).

Manevr.az islam.az-a istinadən bildirir ki, bu mübarək ayədə Allah qonşuları iki dəstəyə bölür və onların hər ikisini ayrı-ayrılıqda xatırladır: cari zi-l-qurba (yaxın qonşular) və cari-l-cünüb (uzaq qonşular). Bəzi təfsirçilər bu iki dəstəni qohum olan qonşular və yad qonşular kimi təqdim etmişlər. Bəzi alimlər birinci dəstəyə İslam dinində olan müsəlman qonşuların, ikinci dəstəyə başqa dində olan qonşuların aid olduğunu yazmışlar. Bəzi təfsirlərdə isə göstərilib ki, birinci dəstəyə səninlə eyni əqidə və fikri bölüşən qonşular aiddir, ikinci dəstə isə səninlə fərqli əqidəyə və düşüncəyə sahib olan qonşulardan ibarətdir.
Kimlər qonşu sayılır? Bu sualın cavabı Həzrət Mühəmməd Peyğəmbərin (s) bu hədisində verilib: "(Adamın evinin) həm qabaq, həm arxa tərəfindən, həm sağından, həm də solundan 40 evin hər biri qonşu sayılır" (əl-Kafi, 2-ci cild, səh. 669).

İmam Cəfər Sadiqin (ə) də sözü bunu təsdiq edir: "Qonşuluğun hüdudu hər istiqamətdən qırx ev qədərdir: evin qarşısından və arxasından, sağından və solundan" (əl-Kafi, 2-ci cild, səh. 669).

Həzrət Əmirəlmöminin Əli (ə) qılınc zərbəsi ilə yaralandığı zaman ölüm yatağında ikən oğullarına etdiyi vəsiyyətdə qonşu haqqını da diqqətdən kənarda qoymayıb. Bu vəsiyyət yalnız İmamın oğullarına deyil, bütün müsəlman ümmətinə ünvanlanıb. Həzrət Əli (ə) öz vəsiyyətində əvvəlcə təqvalı olmağı və bir-biri ilə xoş davranmağı, sonra yetimlərə diqqət yetirməyi tövsiyə edir, dərhal bunun ardınca qonşu haqqını bəyan edir. Qonşu haqqı İmamın nəzərində o qədər əhəmiyyətli idi ki, bu məsələni namaz, həcc, cihad, Quran, əmr bil-məruf kimi mövzulardan da ön plana çəkir: "Siz Allah, siz Allah, qonşularınıza diqqətli olun; bu, Peyğəmbərinizin sifarişidir. O həzrət, qonşuya yaxşılıq barədə o qədər tapşırdı ki, elə güman etdik, qonşuları bir-biri üçün vərəsə qərar verəcək" (Nəhc əl-bəlağə, 47-ci məktub). Əlbəttə, aydın məsələdir ki, qonşular bir-birinin irsinə varis olmazlar; şəriətdə belə bir qayda nəzərdə tutulmayıb. İmam Əlinin (ə) bu sözündə bir mübaliğə var, o həzrət bununla qonşu haqqının nə qədər böyük və ciddi olduğunu çatdırmaq istəyib.

İmam Həsən (ə) buyurub ki, anam Fatimə (ə) gecələr sübh açılana kimi namaz qılardı. Hər namazda mömin kişi və qadınların adlarını çəkib onlardan ötrü dua edərdi, amma özü üçün Allahdan bir şey istəməzdi. Bir dəfə anamdan soruşdum: "Niyə başqaları üçün dua etdiyin kimi özündən ötrü dua etmirsən?" Cavab verdi: "Oğlum, əvvəl qonşu, sonra ev (ailə üzvləri)" (Şeyx Səduq. İləl-əl-şərai, 1-ci cild, səh. 180).

Qonşu haqqı o qədər ciddidir ki, Allah-Təala Qurani-Kərimdə bu mövzuya dəfələrlə toxunur. Məsələn, "Maun" surəsində namaza saymazyana münasibət bəsləyənlər, riyakarlıq edənlər məzəmmət olunur. "Vay olsun o namaz qılanların halına ki" ifadəsi ilə davam edən 7-ci ayədə buyurulur: "Və maunu qadağan edərlər" (Maun, 7). Ayənin təfsirində yazırlar ki, burada nə isə istəyərək qapıya gəlmiş qonşunu əliboş geri qaytaran şəxslər və başqalarını bu hərəkətə təhrik edən kəslər nəzərdə tutulur. Məsələn, evdə çörək çatışmayanda və çörək almağa imkan olmayanda adam qonşunun üstünə gedər. Yaxud hər hansı qab-qacaq üçün qonşuya üz tutarlar. Görün nə qədər mühüm məsələdir ki, bunu əsirgəyən adam haqqında "vay olsun onun halına" buyurulub!..milli.az

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Noyabr 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar