Xəbər lenti
HACI ƏHMƏD BƏYİN ŞAİR NƏVƏSİ SABİR SARVANI ANARKƏN
“NİYƏ AYRI DÜŞDÜN, İNDİ HARDASAN?”
Ağırdır, vallah. Dost-qardaş, doğma itkisindən yazmaq ağırdır. Elə ağırdır ki, nədən başlamağı da bilmirəm. Ürəyimdən daş asılıb elə bil. Altı aydır evimiz, elimiz , kəndimiz, dünyamız Sabirsizdir . Qəbristanlığımızda daşa-torpağa dönüb altı aydır Hacıəhməd bəyin şair nəvəsi Sabir Sarvan. Elə “məni kəndimizdə basdırarsınız- dədəmin babamın qəbrinə yaxın” vəsiyyətinə uyğun olaraq dədə-babasının yanında basdırılıb . Elə vəsiyyətində öləndən sonra da haqqında arxasınca dedi-qoduların, qeybətlərin kəsilməyəcəyini vurğulayıb. Amma adını ananda dostlarının utanmayacağına əminliyini də bildirib. İndi kimisi Bakı-Qazax yolunun Ağsudan keçən hissəsində Sabir Sarvana çatanda maşını saxladıb (qar)“daş” dostunu ziyarət edir, kimisi “köhnə vəzifə stolundan” danışır.
Sabir Sarvan baharda – martda dünyaya gəlmişdi, baharda – martda da dünyadan getdi. Elə neçə il idi “Bu dünya deyilən day mənlik deyil, gərəkdi urvatlı tez çıxım gedim” deyirdi. Sabirin atasının, bu sətirlərin yazarının anasının atası Hacı Əhməd bəy bizim bölgənin ən varlı adamı olub. İndi də çox yerlər hamının HacıƏhməd kişi dediyi babamızın adı ilə tanınır. Dünənəcən “HacıƏhməd dəyrmanının” qalıqları da dururdu. “Nikolay dönəmi” deyilən çağlarda HacıƏhməd kişi öz atı ilə ziyarətə gedib “hacı” adını qazanan bəlkə də yeganə şəxs olub. Altı il öncə dünyasını dəyişən anam Firuzəbəyim son çağların “sponsor ziyarətçilərini” görüb qürurla dədəsindən özgə hacı tanımadığını deyirdi. Onu da vurğulayım ki, Hacı Əhməd bəy və böyük oğlu İbrahim “Qaraqoyunlu üsyanı”nın təşkilatçısı kimi tutuqlanıb və taleyin hökmü ilə babamız özünün öncədən dediyi kimi evində, Milli Ordunun zabiti olan əmi-dayımız İbrahım bəy isə sürgündə dünyasını dəyişib. Sabiri anarkən dədə-babamızı anmaq soy-kökümüzün zənginliyini –bəyliyini vurğulamaqdan yanadır. Sabirin canında, ruhunda bəylik, mərdanəlik, qürurluq daim duyulurdu .Təkcə onu demək yetər ki, Sabir 61 illik ömründə bir yol da olsun sözə, qələmə xəyanət etmədi, bir yol da olsun rüşvətə əyilmədi. Həmişə başı dik, sözü bütov oldu. Onu rüşvətlə susdurmaq istəyi isə baş tutmadı. Nədən ona verilən “rüşvət şirinliyini” məmurun vəzifə stoluna tulazlamasıdı. Böyük Səməd Vurğunun Vaqifin dililə dediyi kimi ,”mən ellər bağında azad bir quşam, şöhrətə, mənsəbə satılmamışam” . Sabir Sarvan üçün vəzifə sözü, ədəbiyyatı yaşatmaq, inkişaf etdirmək amacı idi. Yovşanlı-biyanlı geniş çöllərə öyrəşmiş kənd uşağı dar vəzifə stoluna necə sığışa biərdi , bu stol yazıçı, söz stolu olsa belə şair Sabir Sarvana yad, yabançı olması bəyəm suçdur? Sabir çörəyi dizinin yox, gözünün üstə olan kişilərdəndi. Fikir verin, bizim Pirhəsənli kəndində doğulsa da, özünü boya –başa çatdığı Sarvan kəndinin adı ilə tanıdıb.
Bir-neçə il öncə Ağsuda Sabirin sazlı-sözlü yaradıcılıq gecəsi keçirilirdi. Hansı şəraitdə yaşamağın mümkünsüzlüyü haqqında suala şair Sabir Sarvanın cavabı ürəkdən gəldi: “Ən ağır durumda belə yaşaya bilərəm. Bircə Qarabağsız yaşaya bilmərəm!” Elə mənimlə ölümqabağı son söhbəti də Qarabağdan oldu. AYB Sumqayıt bölməsinin indiki sədri Gülnarə Cəmaləddin bu söhbətin canlı şahididir.
Altı ay öncə xəstəxanada görüşəndə söz adamlarından Əjdər Olun, Rəşad Məcidin, Ağalar Bayramovun ... hər gün maraqlandıqların dedi və vurğuladı ki, necə sədaqətli dostları varmış...Doğrudan da dost dar gündə tanınarmış. Bü gün də dostları “bahara aldanıb doğulan, bahara aldanıb gedən” şair Sabir Sarvanı unutmur , daim onu anırlar .Şair Ramiz Qusarçaylı isə hələ də Sabirin ölümünə inanmır, ya da inanmaq istəmir. Əməkdar artist Ağalar Bayramovun qəbrinin üstündə dediyi sözlər hələ də qulqlarımdadır:
“Niyə ayrı düşdün, indi hardasan?”
Məğrur Bədəlsoy
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər
Axtarış
Reklam
İqtisadiyyat
Şou-biznes
Yazarlar
Sevinc QƏRİB
KƏRAMƏT
KƏRAMƏT
Emil Rasimoğlu
KƏRAMƏT
Aydın Canıyev
Aydan Ay
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar