Xəbər lenti
Valideynlər bu xəbərdən niyə qorxur? – Ekspertlər
Son günlər yerli KİV-də uşaqların cinsi təcavüzə və zorakılığa məruz qalması xəbərləri cəmiyyətdə narahatlığa və müzakirələrə səbəb olub.
Məsələ ilə bağlı Axar.az-a açıqlamasında psixoloq Elnur Rüstəmov bildirib ki, ümumiyyətlə bu tip xəbərlərin tirajlanması doğru deyil. Onun sözlərinə görə, belə xəbərlər bu cür halların artmasına gətirib çıxarır:
“Belə xəbərlər yeniyetmə, azyaşlı uşaqları olan valideynlər üçün çox böyük psixoloji travmaların yaranması ilə nəticələnir. Bu da daha böyük prixoloji boşluğa yol açır. Evlərində kamera sistemi quraşdıran ailələrin çoxalması valideynlərin psixoloji gərginliyinin nəticəsidir. Ona görə də bu kimi hallarda KİV diqqətli olmalıdır”.
Psixoloq qeyd edib ki, uşaqların zorakılığa məruz qalması ilə bağlı yayılan xəbərlərin yaratdığı problem bununla məhdudlaşmır:
“Artıq cəmiyyətdə yaxınların, doğmaların bir-birindən uzaqlaşması müşahidə edilir. Çünki bu xəbərlər tək azyaşlı uşaqlara, yeniyetmələrə təsir etmir, valideynlər də bu problemdən əziyyət çəkir. Bu gün nə qədər valideyn doğmalarına inamsız münasaibətlə yanaşır, uşağını yaxınlarına etibar etməkdən çəkinir. Cəmiyyətdə təşviş, həyəcan pozuntusu yaşayan xanımlar, yaxud kişilərin sayında artım var”.
Psixoloqun sözlərinə görə, problemdən çıxış yolu cinsi maarifləndirmə işinin aparılmasıdır:
“Bu iş orta məktəbdən aparılmalıdır. Bu cür problemlər olduğu təqdirdə uşaq bilməlidir ki, nə etmək lazımdır. İlk növbədə hadisə barədə valideynə məlumat verməkdən çəkinməməlidir. Eyni zamanda, valideynlər arasında da maarifləndirmə işi aparılmalıdır ki, belə vəziyyətlə qarşı-qarşıya qaldıqda necə davranmalı olduqlarını bilsinlər. Eləcə də özündə cinsəl problemin hansısa bir formasını müşahidə edən şəxsin özü də müalicə almaqdan çəkinməməlidir. Media isə xəbərin özünü deyil, xəbərlə bağlı maarifləndirmə yazılarına üstünlük verməlidir”
Psixoloq Könül Cəfərova isə bu tip xəbərlərin cəmiyyətə çatdırılmasının normal olduğunu bildirib. Onun sözlərinə görə, normal olmayan bu tip xəbərləri gündəmin əsas hadisəsi kimi təqdim etmək, reytinq xatirinə tirajlamaqdır:
“Çünki insan beyni bir saniyə ərzində milyonlarla informasiya qəbul edə bilir. Bu gün artıq bu informasiyaların çox hissəsini KİV-də gedən xəbərlər təşkil edir. Bir şeyi qeyd etməliyəm ki, insana müsbət informasiyalardan çox mənfi hadisələr təsir edir. Buna görə də hər hansı bir şiddət, zorakılıq və yaxud problemli situasiyalarla bağlı yayılan xəbərlər insan beyni tərəfindən qəbul edilir və uzun müddət onların yaddaşında qalır. İkinci, cəmiyyətdəki insanların hamısının sağlam psixologiyaya malik olduğunu heç kim iddia edə bilməz. Bəzən elə məqamlar olur ki, bu tip xəbərlər sağlam psixologiyası olmayan insanların beyninə müəyyən informasiyaların daxil olmasına şərait yaradır, bu kimi hərəkətlərə onları da təhrik edir”.
Psixoloq vurğulayıb ki, belə informasiyaları yayımlayarkən jurnalist həddindən artıq diqqətli olmalıdır:
“Bu xəbərləri yayımlayarkən onu oxuyan hər kəsi nəzərə almaq lazımdır. Çünki belə xəbərlərin yayılması ətrafdakı sağlam olmayan insanlara təsir edə, yeni hadisələrin törədilməsinə səbəb ola bilər. İlk növbədə uşaqların zorakılığı ilə bağlı yayılan xəbərlərdə şok tipli başlıqlardan uzaq olmaq lazımdır. Çünki bu başlıqlar insanları bu xəbəri açıb oxumağa təşviq edir. İkinci növbədə isə bu tip xəbərlərin yayılması zamanı müəyyən yaş məhdudiyyəti tətbiq olunmalıdır. Ən əsası isə bu sahədə maarifləndirmə işlərinə çox ehtiyac var. Çünki bu hadisələri törədən insanlar əsasən uşaqlıqları ilə bağlı müəyyən travmalar almış şəxslərdir”.
Media eksperti, professor Qulu Məhərrəmlinin sözlərinə görə, uşaqların zorakılığı ilə bağlı xəbərlərin yayımı özəl yanaşma tələb edən mövzudur:
“Uşaq zorakılığı ilə bağlı xəbərləri seçərkən ilk növbədə bunun yayılmasının cəmiyyətə müsbət təsiri olub-olmamasını müəyyənləşdirmək lazımdır. Əgər müsbət təsiri varsa, bu tip xəbərləri yayımlamaq olar. Yox əgər heç bir faydası yoxdursa, onda belə xəbərlərin yayılmaması daha məqsədəuyğundur. Həmçinin, bu tip xəbərləri verərkən “Uşaqlar haqqında” qanunda verilən xüsusi müddəaları nəzərə almaq lazımdır. Yəni KİV-də hər hansı qəza şəraitində, yaxud zorakılığa məruz qalmış uşaqlarla bağlı xəbər hazırlayarkən aşağıdakı məqamlara xüsusi diqqət etmək vacibdir:
- həmin uşaqların adları verilməməlidir;
- şəkillərindən istifadə olunmamalıdır;
- uşaqdan müsahibə alınmamalıdır;
- uşağın rəyinə istinad olunmamalıdır.
Əgər jurnalist bu nüanslara diqqət etmirsə, deməli o, problemə qeyri-peşəkar yanaşır”.
Manevr.az
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər
Axtarış
Reklam
İqtisadiyyat
Şou-biznes
Yazarlar
Sevinc QƏRİB
KƏRAMƏT
KƏRAMƏT
Emil Rasimoğlu
KƏRAMƏT
Aydın Canıyev
Aydan Ay
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar