Xəbər lenti
Kağız pulların tarixi - Tut ağacı necə pula çevrildi?
Təxminən 750 il öncə Marko Polo adlı gənc bir venesiyalı Çinə etdiyi səyahətlər zamanı yaşadığı xatirələrindən ibarət kitab yazıb. “Dünyanın hekayəyə çevrilməsi - Xarüqələr kitabı” adlı bu toplu Markonun gördüyünü iddia etdiyi qəribə və yad ənənələrlə doludur. Lakin bunlar arasında bir hekayə özəlliklə Markonu çox həyəcanlandırıb.
Publika.az xəbər verir ki, o, bu hekayə haqqında “nə formada nağıl etsəm də, gerçək və məntiqli olmasından heç bir şəkildə məmnun qalmayacaqsınız” deyib. Bəs Markonu bu qədər həyəcanlandıran şey nə idi? Əlbəttə ki, modern iqtisadiyyatın təməlini ehtiva edən icad: kağız pul.
Xubilay Xanın təsdiqi
Təbii ki, əsas məsələ kağızda deyildi. Məsələn modern əskinaslar kağızdan deyil, pambıq liflərindən, yaxud plastikdən hazırlanır.
Markonu təsirləndirən bu kağız parçalarının ciddi əhəmiyyət daşıması idi.
İlk kağız pul qara tut ağacının qabığından əldə edilib. Bu pullar bir neçə səlahiyyətli şəxs tərəfindən imzalandıqdan və qırmızı bir damğa ilə möhürləndikdən sonra dövriyyəyə buraxılıb. Kağız pullar birbaşa olaraq Moğol imperatoru və Çindəki Yuan xanədanlığının qurucusu Xubilay xan tərəfindən təsdiq edilib.
Marko Polonun kitabındakı bu bölüm “Böyük Xan ağac qabıqlarından pul hazırlayıb ölkəsində pul kimi istifadə edilməsinə necə nail oldu?” başlığı altında verilib.
Etibarlı pul
Bu kağız pulların dəyəri qızıl və gümüş pul kimi hazırlandığı materialın dəyəri ilə ölçülməyib. Onun dəyəri hökumət tərəfindən təyin edilib.
Kağız pul bəzən “fiat pul”, yəni “etibarlı pul” kimi adlandırılıb. Fiat sözü latınca “elə et, elə olsun” anlamına gəlir. Xubilay xan da qara tut ağacı qabığının pul olduğunu elan edir və elə də olur.
Dəmir pullar
Qızıl və ya gümüş kimi dövriyyədəki kağız pullardan ibarət olan sistem Marko Polonu təəccübə uğratmışdı. Bəs dövriyyədə olmayan o qədər qızıl harada idi?
Həmin pulları imperator gizli və olduqca yaxşı bir formada qoruyurdu. Lakin M.Polo qara tut pullarından xəbərdar olan dövrdə bu pul yeni bir icad olmayıb. 1000-ci ildə Çinin Sicuan əyalətində istifadə olunan valyuta məhz kağızdan ibarət olub.
Sicuan yad və düşmən ölkələrlə əhatəli olduğu üçün çinli hökmdarlar dəyərli gümüş və qızıl pulların yadların əlinə keçməsini istəməyib və buna görə oradakı pulları sadə dəmirdən hazırlatdırıb. Ancaq dəmir pullar praktik deyildi. Çünki 50 qr ağırlığı olan gümüşlərlə dəyişdirildiyində insanın vücudu ağırlığında bir məbləğ alınırdı.
Mübadilə sənədləri dövriyyəyə girir
Vilyam Qotzman adlı alim “Pul hər şeyi dəyişir” adlı kitabında Sicuan tacirlərinin bu problemin öhdəsindən gəlmək üçün kəşf etdiyi alternativdən bəhs edib. Tacirlər bu ağırlığa alternativ olaraq “jiaozi” deyilən mübadilə sənədləri hazırlayıb.
Sicuanlılar çuvallarla dəmir pul daşımaq yerinə etibarlı bir tacir jiaozisi, müasir dillə desək, qəbz yazıb. Beləcə qəbzlər rahatlıqla əldən-ələ keçib.
Ancaq bir müddət sonra bu kəşfdən çinli rəhbərlər də faydalanmaq qərarına gəlib.
Öncə jiaozilərin çap olunmasını bir qayda olaraq qoyublar, ardınca isə özəl sektorun jiaozi çapı ilə məşğul olmasını qadağan edərək bu sahəni tamamilə monopoliyalarına keçiriblər.
Rəsmi jiaozilər böyük uğur qazanıb və həm ölkə daxilində, həm də beynəlxalq dövriyyəyə girib. İlk vaxtlar dəmir sikkələrə mübadilə edilən bu pullar daha sonra dəyişdirilməyib və beləliklə, əhəmiyyət qazanmağa başlayıb.
Bu olduqca modern addım olub. Hazırda da istifadə etdiyimiz pullar eyni prinsiplə hazırlanır: mərkəzi banklar pulları dövriyyəyə buraxır və köhnələr yenilərlə əvəzlənə bilir.
Zümrüd
Manevr.az
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər
Axtarış
Reklam
İqtisadiyyat
Şou-biznes
Yazarlar
Sevinc QƏRİB
KƏRAMƏT
KƏRAMƏT
Emil Rasimoğlu
KƏRAMƏT
Aydın Canıyev
Aydan Ay
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar