Sizin Reklam Burada
Xəbər lenti
23-11-2024
22-11-2024
BÜTÜN XƏBƏRLƏR

9 uşaqlı bu ailə Bakıda parkda yaşayır - HƏYAT DRAMI - VİDEO

Tarix: 12-09-2017 21:27     Baxış: 6439 A- / A+
9 uşaqlı bu ailə Bakıda parkda yaşayır
Heç qarşınıza çıxıbmı skamyalarda, daşın-kötüyün üzərində, lap elə küncdə-bucaqda yerdən oturub dizlərini qucaqlayaraq yatan azyaşlı?
Gələcəyi müəmmalı olan uşağının yanında boynubükük dayanan, əli heç nəyə və heç kimə çatmayan ata-ana necə, gördünüzmü? Bəzən ağır yük daşıyan yaşlı bir insanın ora-bura vurnuxmağından getməyə ünvanı olmadığını, enində-sonunda yükünü harasa bir kənara qoyub çöldə qalacağını görür, ancaq bütün bunları sadəcə seyr etməklə kifayətlənirik. Bəzilərimizsə belə kimsəsiz və çarəsiz insanlar gördükdə uzun-uzadı düşünür, təəssüflənirik. Bu hisslər əlbəttə ki, kömək etmək imkanımız olmayanda içimizdə baş qaldırır. İmkanımız daxilində yardım etdiyimiz də olur heç şübhəsiz ki. Amma bu yardım həmin insanların həyatını yox, sadəcə gününü dəyişə bilər. O da çox yox. Bəlkə də bir neçə saatlıq. Çünki həyatda elə çətin, ağır durumlar var ki, onları sadə insanların yox, yalnız imkanlı adamların dəstəyi ilə dəyişmək mümkün olur. Belə durumları adətən evsizlik, yuvasızlıq, kimsəsizlik də adlandırmaq olur. Əlbəttə ki, bu həyatı insan özü seçmir. İnsanın bu vəziyyətə düşməsinin müxtəlif səbəbləri olur. Bəzən nəticə o qədər ağır olur ki, insan onu bu vəziyyətə gətirən səbəbkara nifrət etməkdən daha çox, onu normal həyata qaytara biləcək xilaskara, xeyirxaha ümid etməyə üstünlük verir...
Həftələrdir ki, 9 uşaqlı bir ailə həmin o skamyalara, daş döşəmələrə sığınıb ümidlə yaşayır... Ümid edir ki, nə zamansa başı üzərində doğma bir dam olacaq. Ailə iki həftəyə yaxındır 28 may metrosunun yaxınlığında, parkların birinə sığınıb. Vəziyyətləri bu insanları hansısa bir xeyirxahın tapılacağı ümidi ilə yaşamağa vadar edir. Ata və ana Bakıya 5 azyaşlı uşağı ilə gəlib... Bura çarəsizlikdən, səslərini hamıya eşitdirmək üçün üz tutublar. Biz çəkilişə gedərkən uşaqlarından biri skamyada uzanıb yatmışdı. Ata və ana əllərindən gəldiyi qədər qalan uşaqların qayğısını çəkirdilər. Hazırda çöldə qalan bu ailədə 9 uşaq var. Ailənin başçısı Natiq Hacıyev 1969-cu ildə Gəncə şəhərində doğulub. Anasını körpəykən itirib, nənəsinin himayəsində böyüyüb. Sonra əsgər gedib. 1992-93-cü illərdə Şuşanın müdafiəsində döyüşüb, yaralanıb, Qarabağ əlilidir. Natiq xanımı və 5 uşağı ilə birgə Gəncədən Bakıya gəlib. Artıq kirayə pulunu çatdıra bilmədikləri üçün dövlətdən sığınacaq istəmək olub məqsədləri. Valideynlər sığınacağı özlərindən çox bu körpələri üçün istəyirlər.

9 uşaq anası Zemfira İbrahimova 1973-cü ildə Xudatda doğulub. 1997-ci ildə Natiqlə ailə qurub. Orta təhsil alıb. 20 ildir evsizdir gördüyünüz bu çoxuşaqlı ailə. 8 ilədək Xaçmazda kirayə qalan ailə, sonra Şəmkirin Qərəcəmil kəndinə köçüb. Elə orada da kirayədə yaşayıb bu körpələr. Həmin kənddə ailənin iki qızı ərə gedib. Biri 18, biri 17 yaşında. 2015-ci ildə Gəncəyə köçən ailənin artıq kirayədə yaşamaq imkanı da olmayıb. Şəhərin parklarında, Dəmiryol Vağzalında, qohum evlərində qalıblar. Amma bu cür yaşamaq elə də asan olmayın. Ümidlərini Bakıya bağlayıblar. Paytaxtdır, nə qədər olmasa səfillikləri, sərgərdanlıqları daha yüngül keçər-düşünüb Bakıya gəliblər. Bakıda da Dəmiryol Vağzalında gecələyirlər. Gecələri vağzalda, gündüzləri bu parkda keçir.

Ailənin böyük uşağı 21, kiçiyi isə 3 yaşındadır. Zemfira xanım deyir ki, bu Vətən üçün 5 əsgər böyüdür. Özü də bunu qürurla, baş ucalığı ilə edir. Çünki Azərbaycana, torpağına və insanlarına bağlıdır.

Natiq Gəncədə orta məktəbi və aktyorluq dərnəyini bitirib. Deyir, həyatın ailəsi və övladları üçün bu qədər çətin olacağını bilməzdi. Əslində onun ev tikməyə gücü də olmayıb heç vaxt. Gecə-gündüz xanımı ilə istixanalarda günəmuzd çalışıb. Yalnız uşaqlarının gündəlik ərzağını ödəyə biliblər, vəssalam. Bir də illərlə davam edən kirayə haqqını. Subay vaxtı Natiq 3 il Cəfər Cabbarlı adına Gəncə Dövlət Dram Teatrında aktyor kimi çalışıb. Deyir bir çox tamaşalarda rol alıb və bu sənəti sevib. Amma davamsız problemlər onu sıxıb deyə sonradan baş götürüb qazanc arxasınca Rusiyaya gedib.

Zemfira İbrahimova deyir ki, onların problemi 20 ildir davam edir: “Cənab prezidentdən xahiş edirəm çoxuşaqlı ana kimi bizə bir otaqlı yataqxana da olsa versinlər. Heç olmasa bu uşaqlarımın başını salmağa yerləri olsun. Düzdür, öz zəhmətimizlə işləriyik parnikdə, çöllərdə yenə də dolanışığımız çətindir. Uşaqları kirayədə saxlamaq çox çətindir”.

Danışdıqca bir ana kimi ürəyində qalan arzuları da bölüşürdü Zemfira xanım. Kasıbçılıqdan uşaqlarının heç birinin orta təhsili belə yoxdur. Deyir, ailə quran hər iki qızının təhsil almaq arzusu ürəyində qalıb. Böyük oğulları istixanada işləyir deyə Bakıya gələ bilməyiblər. Ana bu beş balasının heç olmasa orta təhsil almasını arzulayır. Bunun üçün də o, sığınacaq istəyir, həm uşaqların təhsil alması, həm də başları üstündə bir damın olması üçün: “Bircə ümidim Allahdır, bir də prezidentimizdir”. Natiq camaatdan razılıq edir. Deyir onlara laqeyd deyil insanlar.

Əslində Zemfira xanım çoxuşaqlı ana olmasından heç də narazı deyil. Əksinə, deyir bu çox yaxşıdır. Sadəcə maddi çətinlik imkan vermir ki, Tanrının bəxş etdiyi bu əvəzsiz nemətin dadını çıxarda bilsinlər.


Ailə ümidini hər şeydən üzməyib. Belə çətin, sonu bəlli olmayan bir durumda da hələ ki, möcüzənin baş verəcəyinə inanır Natiqlə Zemfira. İmkanlı şəxslərdən kömək gözləyirlər. Əsas ümidlərini isə dövlətə bağlayıblar: “Azərbaycan Respublikasının prezidenti cənab İlham Əliyevdən xahiş edirəm ailəmə yaşamaq üçün sığınacaq versin. Çox-çox xahiş edirəm”.

Qeyd: Natiq Hacıyevlə əlaqə saxlamaq üçün telefon nömrəsini diqqətinizə çatdırırıq: 050-384-78-17lent.az

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Noyabr 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar