Xəbər lenti
Yağan yağış nəticəsində baş verən bədbəxt hadisələrə görə kimlər həbs olunmalıdır? - AÇIQLAMA
Hüquqşünas Əsabəli Mustafayev bildirib ki, belə fəlakətlər nəticəsində zərərçəkmiş hər kəsə mütəxəsis rəyi əldə olunduqdan sonra məhkəməyə müraciət edə bilər:
"Təbii fəlakətlər baş verdikdə dövlət onun müəyyən hissəsinin konpensasiya olunması üçün əhaliyə yardım göstərir. Bunun üçün hökumət tərəfindən xüsusi fond yaradılır, orada zərərçəkmiş şəxslərə ya tam ya da müəyyən qədər zərərini qarşılayır. Bəzən bu fəlakətlər nəticəsində insalar xəsarət alır, hətta həlak olurlar. Bu zaman insanların səhhətinə zərər vuran, ölümünə səbəb olan nədir?! Ola bilsin ki, burada dövlət qurumlarının günahı var, amma olmaya da bilər. Məsələn, kimisə meşədə ildırım vurur, ya da sel gəlir çayın kənarında olan adamı aparır. Belə hallarda aydın məsələdir ki, dövlət qurumları heçnə edə bilməz. Ancaq əvvəlcədən tədbirlərin görülməməsi nəticəsində və ya kommunal təsərüfatının düzgün qurulmaması nəticəsində insanlara xəsarət ala bilir. Bu halda əlbəttə ki, müvafiq vəzifəli şəxslər məsuliyyət daşıyırlar. Yollarda olan kanalizasiya quyuları düzgün istismar olunmur, yararsızdır, uzun müddət onların boruları dəyişilmir və ya qəza vəziyyətinədir. Bu zaman yağış yağdıqda həmin ərazilərə güclü su dolur. Həmin gölməçələr daha da böyüyərək insanların əmlakını, avtomaşınlarını vəs. sıradan çıxardır. Bu zaman müvafiq dövlət qurumları məsuliyyat daşıyır. Belə hallarda məhkəmələrə şikayət verib konpensasiyaları tələb etmək mümkündür. Digər çətinlik var ki, bunun üçün ekspertiza aparılmalıdır, çünki mütəxəsis rəyi lazımdır. Onlar təsdiq etsin ki, kanalizasiya xətləri istismara yararsız idi və bu səbəbdən işləməyib. Nəticədə əmlak və insan itkisi baş verib. Burada çətinlik ondan ibarətdir ki, bizdə müstəqil ekspertiza idarələri demək olar ki, yoxdur. Müstəqil ekspertizadan da rəy almaq demək olar ki, mümkün olmayacaq. Adətən təbii fəlakətlərdən sonra müraciətlər olunarsa, bu zaman daha çox rəy verən FHN-dir. Təbii fəlakətlər baş verdiyi zaman daha az zərərlə qarşılaşmaq üçün müəyyən addımlar atan da elə FHN-dir.
Məhkəmədə iddia qaldırmaq asantdır, amma udmaq çətin ola bilər. Çünki ekspertiza rəyi bir çox hallarda iddiyaçının zərərinə olur. Bu problmlər barədə kütləvi informasiya vasitələrində çağırışlar edilməlidir ki, insanlar məhkəmələrdə öz hüuqlarını tələb edə bilsinlər. Əgər vəzifəli şəxslər nöqsanlara yol veribsə onların məsuliyyətə cəlb olunması üçün cəhdlər etsinlər".
Manevr.az
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər
Axtarış
Reklam
İqtisadiyyat
Yazarlar
Sevinc QƏRİB
KƏRAMƏT
KƏRAMƏT
Emil Rasimoğlu
KƏRAMƏT
Aydın Canıyev
Aydan Ay
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar