Xəbər lenti
Yeniyetmələrə siqaret necə satılır? (FOTO, VİDEO)
Monitorinqlər acınacaqlı nəticələr ortaya çıxardı
Azərbaycanda Vətəndaş Cəmiyyətinin İnkişafına Yardım Assosiasiyasının İnsan Hüquqları XX əsr-Azərbaycan Fondu ilə birgə “Uşaqlara siqaret satmaq qadağandır!” ümumrespublika kampaniyası keçirilib.
Manevr.az-ınxəbərinə görə, İnsan Hüquqları XXI əsr Azərbaycan Fondunun rəhbəri Şahin Camalov Fondun “ELS” Araşdırma Mərkəzi ilə birgə Bakı şəhərinin siqaret satılan ticarət obyektlərində tütün məmulatlarının ticarətdə qanunauyğunluğunu müəyyənləşdirmək məqsədilə aparılan monitorinq və rəy sorğusunun nəticələri haqqında danışıb. O bildirib ki, sorğu 2017-ci il mart ayının 9-dan 11-dək Bakı şəhərinin Nizami, Xətai, Səbail, Yasamal, Binəzədi, Nəsimi rayonlarındakı ticarət obyektlərində “Face to face” metodologiyası ilə keçirilib və sorğunun anonimliyi təmin olunub. Monitorinq nəticəsində müəyyən olunub ki, ticarət obyektlərinin 82,8%-də 18 yaşa çatmayanlara siqaret satışının qadağan olunmasına dair elan yoxdur. Yeniyetmələrə siqaretin satışı ilə bağlı qadağa haqqında satıcıların yalnız 3,4%-nin məlumatı yoxdur, satıcıların 6,9 %-i isə ədədlə siqaret satışının mümkün olduğunu qeyd edib. Satıcıların 96,6 %-ı siqaret almaq üçün müraciət edən yeniyetmələrin yaşını gözəyarı müəyyən edir. Ş.Camalov bildirib ki, “Tütün məmulatı haqqında” Azərbaycan Respublikası Qanununda “siqaret, papiros və siqarların” ədədlə satışı qadağan olunsa da, monitorinqin əhatə etdiyi bütün obyektlərdə siqaretin ədədlə satılması müəyyən edilib. Rəyi soruşulanlar vergi orqanları, Ticarət və Xidmət Departamenti, Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidməti, icra hakimiyyəti və digər orqanların siqaret satışına nəzarəti həyata keçirdiyini bildiriblər.
Təhsil Nazirliyinin nümayəndəsi Firudin Həmzəyev belə atual məsələyə reaksiya göstərdiyinə görə, AVCİYA-nın rəhbərliyinə təşəkkürünü bildirib. Nazirliyin nümayəndəsi qanunvericiliklə qadağan olunmasına rəğmən məktəblərin və təhsil müəssisələrinin yaxınlığında tütün məmulatları satan satış obyektlərini böyük problem kimi dəyərləndirib. Natiq bu halların qarşısını almaq üçün aidiyyatı orqanların, qeyri-hökumət təşkilatlarının və ictimaiyyətin yardımının lazım olduğunu vurğulayıb.
Daxili İşlər Nazirliyinin nümayəndəsi Əkbər Əkbərov qeyd edib ki, müzakirə olunan məsələ ilə bağlı DİN Təhsil Nazirliyi ilə birgə yalnız bu ilin birinci yarısında 325 tədbir keçirib. Yetkinlik yaşına çatmayanlara tütün məhsullarının satılmaması üçün sanksiyaların sərtləşdirildiyi bildirilib və bu məsələdə valideynlərin məsuliyyəti məsələsi önə çəkilib. Əkbər Əkbərov xüsusilə yetkinlik yaşına çatmayanlara ədədlə siqaret satılmasını böyük problem kimi səciyyələndirib.
Ticarət və Xidmət Departamentinin nümayəndəsi Salman Məmmədli müzakirə edilən problemlə bağlı təmsil etdiyi qurumun fəaliyyəti ilə bağlı danışıb. O, tütün məmulatlarının ədədlə satışının qarşısının alınacağı təqdirdə yeniyetmələrin siqaret almaq imkanlarının xeyli məhdudlaşacağına diqqəti yönəldib.
Səhiyyə Nazirliyinin nümayəndəsi Tofiq Musayev bildirdi ki, tütün tüstüsü həm siqaret çəkənlər, həm də çəkməyənlər üçün böyük problemdir. O, yeniyetmələrin 7 %-nin, qadınların 1 %-nin siqaret çəkdiyini qeyd edib, lakin adı çəkilən qrupların 49 %-nin öz evlərində tütün tüstüsünün qoxusuna məruz qaldığını qeyd edib. Nazirlik nümayəndəsi tütün məhsulları üçün aksiz vergisinin qaldırılmasının və ictimai yerlərdə siqaret çəkilməsinin qadağan edilməsinin vacibliyini vurğulayıb.
Müzakirələrə yekun vuran Elçin Salmanov növbəti mərhələdə Cəlilabad, Xaçmaz, Şamaxı, Şəki rayonlarında, Gəncə və Mingəçevir şəhərlərində rayon polis şöbələrinin yetkinlik yaşına çatmayanlarla profilaktik işin təşkili bölməsinin əməkdaşlarının, rayon təhsil şöbələri və icra hakimiyyəti nümayəndələrinin iştirakı ilə seminarların keçiriləcəyini bildirib.istipress
Manevr.az
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər
Axtarış
Reklam
İqtisadiyyat
Ədəbiyyat
Şou-biznes
Yazarlar
KƏRAMƏT
KƏRAMƏT
Emil Rasimoğlu
KƏRAMƏT
Aydın Canıyev
Aydan Ay
Emil Rasimoğlu
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar