Sizin Reklam Burada
Xəbər lenti
22-11-2024
21-11-2024
BÜTÜN XƏBƏRLƏR

Evimizə girən oğrunu öldürə bilərikmi?..

Tarix: 30-03-2017 09:42     Baxış: 5835 A- / A+
Evimizə girən oğrunu öldürə bilərikmi?..


Mahmud Hacıyev: “Affekt halında, zəruri müdafiə həddini aşmadan qətl, cinayət törədilməsi çox incə məsələdir - bu, diqqətlə araşdırılmalıdır”


Milli Məclisin Aqrar siyasət komitəsinin üzvü, deputat Tahir Süleymanovun Şabrandakı dəbdəbəli imarətinə oğru girməsi haqda xəbərlər maraqlı bir sualı aktuallaşdırıb. Əgər vətəndaş evinə girmiş oğrunu öldürsə, ona ağır xəsarət yetirsə, buna görə cinayət məsuliyyəti daşıyırmı?


Bu sualla keçmiş polis rəisi, Elmi-Praktik Hüquq Mərkəzinin rəhbəri Mahmud Hacıyevə müraciət etdik. Mahmud Hacıyev bildirdi ki, dünyanın son 50-100 illik tarixinə və məhkəmə psixoloqları, kriminalistlərin yazdıqlarına baxdıqda, hədəf bir məsələnin üzərində cəmləşir: “Onlar yazırlar ki, hansı ölkədə sosial-iqtisadi durum ağırlaşırsa, işsizlik, narkomaniya artırsa, birinci növbədə tamah motivi ilə olan cinayətlərin sayı da artır. Tamah motivi ilə olan cinayətlər isə oğurluq, quldurluq, soyğunçuluq və nəticədə adam öldürməkdir. Yəni polis gücləndirilmiş rejimdə işləsə də, bunlar baş verir. Cinayət qanunvericiliyində bu halla əlaqəli 2 maddə var - zəruri müdafiə həddini aşma və son zərurət. Zəruri müdafiə həddini aşmaqla kiməsə bədən xəsarəti yetirilirsə, öldürülürsə və yaxud son zərurət həddində kiməsə bədən xəsarəti yetirilirsə, həmin şəxs dünyasını dəyişirsə, hər 2 halda vətəndaşa qarşı təhlükə real olmalıdır. Vətəndaşa qarşı elə bir təhlükə yaranmalıdır ki, onun qarşıdakı şəxsə vurduğu ziyan ölümlə nəticələnən xəsarətə bərabər olsun.


Qanunvericilik belə bir halda evinə oğru girmiş şəxsin ruhi-həyəcan vəziyyətini nəzərə almır?

Evimizə girən oğrunu öldürə bilərikmi?..

Gecəyarısı evindəki səsə yuxudan ayılan şəxs qarşısında maskalı, əlində silah qismində gəzdirdiyi əşya olan birinə qarşı addım atarkən adekvat halda düşünə bilərmi” sualına onun cavabı belə oldu: “Bu hal affekt durumunda törədilən olay kimi qiymətləndirilir. İstintaq və məhkəmə orqanları buna müvafiq qiymət verməlidirlər. Şəxsin affekt vəziyyətində olub-olmadığını müəyyən etməlidirlər. Şəxs gecə vaxtı yuxudan oyanıbsa, evində maskalı şəxs görürsə, əlində küt alət varsa, düşünə bilər ki, maskalı onu öldürə bilər, bu hal affekt vəziyyətdir. Şəxs patoloji affekt və ya fizioloji affekt durumunda ola və qətl törədə bilər. Hər 2 halda istintaq və məhkəmə orqanları araşdırır ki, həmin vəziyyətdə şəxsin patoloji affekt və ya fizioloji affekt durumu yaranıbmı? Yarana bilərdimi? Cavab müsbətdirsə, bu, artıq affekt vəziyyətində kiməsə xəsarət yetirmək, öldürməkdir.


Zəruri müdafiə həddini aşmaqla adam öldürmək və ya son zərurət kimi adam öldürmək ayrı-ayrı maddələrin təsiri altına düşür. Məhkəmə və istintaq orqanları belə hallarda çox diqqətlə araşdırma aparmalı, uyğun qiymət verməlidirlər".


M.Hacıyev bildirdi ki, “yaxşı” oğrular bir yeri obyekt kimi seçirlərsə, əvvəlcə obyekt sahibinin imkanlarını, oğurladığı obyektə giriş və çıxış imkanlarını, bir çox amilləri diqqətlə öyrənir: “Oğru bir evə girirsə, artıq risk edir. Ona görə də ”yaxşı" oğrular evə girməzdən əvvəl müəyyən edirlər ki, evə risk edib girməyə dəyərmi? Ev sahibi, onun gəlirləri haqda informasiya toplayırlar. Evə risk edib girəcəksə, oradan 1000-2000 min manat aparacaqsa, belə bir riskə çox vaxt getmirlər. Yetim-yesirin evinə girməkdən çox vaxt çəkinirlər. “Yaxşı” oğrular çalışırlar ki, obyektə orada heç kim olmadığı bir vaxtda girsinlər. Deputat Tahir Süleymanovun evinə oğru girməsi xəbəri bu baxımdan təəccüblü olmamalıdır. Tahir Süleymanov kasib adam deyil ki".


M.Hacıyev bəzi şəxslərin evinə oğru girdiyi halda bunu gizlətməyə çalışmalarının arxasında dayanan məqamlara da toxundu: “Bəzi vətəndaşlar var ki, evlərinə oğru girib pul-paralarını aparsa belə, şikayət etmirlər. Düşünürlər ki, oğurlanan əmlakın onun üçün bir o qədər də dəyəri yoxdur. Sahə inspektoruna, əraziyə nəzarət edən əməliyyat müvəkkilinə müraciət edir. Get-gəl məsələsi vətəndaşı bezdirir. Ona görə də çox vaxt vətəndaşlar evlərinə oğru girəndə belə bu haqda müvafiq orqanlara şikayət verməkdən çəkinirlər. Belə hallar az deyil. Amma bu düzgün yanaşma deyil. Cəmiyyətimizdə hüquqi maarifləndirmə çox zəifdir. İnsanlar evlərindən az və ya çox mal aparılmasına əhəmiyyət vermirlər. Bununla da növbəti oğurluqlara yol açmış olmalarının fərqinə varmırlar. Oğru görür ki, kiminsə evinə girib, onun pul-parasını aparıb, amma hüquq-mühafizə orqanları onu axtarmır. Buna görə də növbəti cinayətə gedir. Ona görə də vətəndaş az və ya çox pul-parasının, qızıl-zinət əşyalarının oğurlanmasına baxmayaraq şikayət etməli, oğrunun cəzaya çatdırılmasına nail olmaldır. Oğru psixologiyası belədir ki, polis onu axtarmırsa, növbəti oğurluğa gedir”.


M.Hacıyev Azərbaycan məhkəmələrində affekt durumunda törədilən qətllərlə bağlı məhkəmə praktikası haqda bunları dedi: “Affekt halında qətl törədilməsi çox incə məsələdir - bu, diqqətlə araşdırılmalıdır. İbtidai istintaq zamanı istintaqçı hərtərəfli araşdırma aparmalı, ittiham aktını tərtib edəndə isə durumu çox gözəl təsvir etməlidir ki, sonradan məhkəmə istintaq zamanı əmələ düzgün qiymət versin. Hakim təqsirləndirilən şəxsin - yəni evinə girmiş oğrunu öldürmüş ev sahibinin affekt durumunda olub-olmamasını ittiham aktında yazılanlardan müəyyən edə bilməlidir. Sovetlər birliyi dönəmində belə hallar baş verəndə məsələ çox diqqətlə araşdırılırdı. Məhkəmə-istintaq təcrübəsində belə işlər çox olmurdu. Amma bununla belə, yenə də səhvlər də olurdu. Bu gün də belə səhvlərin olması istisna deyil. Peşəkar müstəntiqlər, peşəkar olmayan müstəntiqlər də, savadlı və ya savadsız hakimlər də var”.


M.Hacıyev evinə girmiş oğrunu yaralamış və dünyadan köçməsinə səbəb olan xəsarət yetirmiş şəxsə cəza təyini məsələsinə də toxundu: “Belə hallar məhkəmədə araşdırılarkən, cəza təyini zamanı adətən aşağı hədd seçilir. Qəsdən adam öldürməyə görə 7 ildən 15 ilə qədər azadlqıdan məhrum etmə və ya ömürlük həbs cəza ilə cəzalandırılır. Azərbaycan qanunvericiliyi ilə hakimlərə çox böyük səlahiyyətlər verilir. Hakim özünün hüquq düşüncəsinə uyğun olaraq cəza təyin edə bilər. Hakimin sərbəst hüquqi fikrinə də əhəmiyyət verilir. Sabah prokuror protest verə bilər ki, niyə filan işdə cəzanı 9 il deyil, 6 il təyin etdin. Bu halda hakim deyə bilər ki, bunu özünün hüquq düşüncəsinə görə edib. Təəssüf ki, hakimlərimizin əksəriyyəti onlara qanunla verilən səlahiyyətlərdən istifadə etmirlər”.


E.MƏMMƏDƏLİYEV

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Noyabr 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar