Sizin Reklam Burada
Xəbər lenti
07-05-2024
06-05-2024
BÜTÜN XƏBƏRLƏR

Bizə iki nazirin sülhü lazım deyil - Sabiq nazirdən ETİRAZ

Tarix: 05-02-2018 10:29     Baxış: 3362 A- / A+
Bizə iki nazirin sülhü lazım deyil - Sabiq nazirdən ETİRAZ


Gərək Elmar Məmmədyarov parlamentə getsin və qapalı iclasda vəziyyətlə bağlı məruzə etsin, suallara cavab versin.

Manevr.az xəbər verir ki, bu sözləri Azərbaycanın keçmiş xarici işlər naziri Tofiq Zülfüqarov Qarabağla bağlı ATƏT-in müşahidə missiyasının sayının artırılmasının yaratdığı narahatlıq, Rusiyanın bu məsələni xüsusilə təbliğ etməsi və sairlə bağlı “Yeni Müsavat”a geniş müshibəsində deyib.

T.Zülfüqarov bildirib ki, Aprel döyüşlərindən sonra iki məsələ gündəmdə idi:

“Birincisi, ermənilərin iddia etdiyi təhlükəsizlik məsələləri. Yəni atəşkəs rejiminin bu və ya digər şəkildə güclənməsi. Bu mövqeyi vasitəçi dövlətlər də təbliğ edirdilər və dəstəkləyirdilər. İkinci məsələni isə Azərbaycan qoyurdu. Bəzi vasitəçilər buna cavab olaraq deyirdilər ki, aktual məsələdir. Yəni real və substantiv danışıqlar. Danışıqların o səpkidə qurulması ki, sonda nəticə əldə olunsun. O halda isə hamı başa düşürdü ki, ən yaxşı variantda torpaqların bir qismi ilkin mərhələdə azad olunmalıdır. Bir azdan iki il olacaq ki, bu müzakirələr gedir. Nəticəsi ondan ibarətdir ki, heç bir real danışıqlar olmadı, siyasi vəziyyət dəyişmədi. Ermənistanın siyasi elitasının mövqeyi daha da sərtləşdi. Demək olmaz ki, onların istədiyi tam şəkildə reallaşdı. Sadəcə, bir qismini həyata keçirirlər və bu missiyanı genişləndirirlər”.

Sabiq nazirin fikrincə, XİN başçısı E.Məmmədyarov bir çox məsələlərə aydınlıq gətirməlidir:


“ATƏT sədrinin şəxsi nümayəndəsi Anjey Kaspşiki mən 20 ildən çoxdur ki, tanıyıram. Evimə də gəlir, 3-4 aydan bir görüşürük, müzakirələr aparırıq. Təbii ki, mən xidməti məsələlərlə bağlı suallar vermirəm. Amma başa düşdüyüm kimi, mandat köhnədir, 20 il bundan qabaq qəbul olunub, bunun hazırlanmasında mən də iştirak etmişəm, ona görə də incəliklərindən xəbərdaram. Təzə sənədlər ki, deyirlər, o da şübhə doğurur, məsələn, Lavrovun, ya Papovun bəyanatları. Lakin çox məsələlər var ki, gərək Elmar Məmmədyarov parlamentə getsin və qapalı iclasda vəziyyətlə bağlı məruzə etsin, suallara cavab versin.

Heç səfirlərin yanında da bu barədə məlumat vermir. Mən iclaslarda bir səfir kimi iştirak etmişəm, amma kimsə vəziyyət barədə soruşanda deyilib ki, bir nazir kimi, özündən başqa heç kəs bilmir. Bu məxfilik kimə lazımdır? Şəxsən mən buna etiraz edirəm. Yaxşı diplomat, yaxşı vətəndaşdır, öz yerində. Amma nəzarət olmalıdır”.

Sabiq nazirin fikrincə müşahidəçilərin sayının artırılması Azərbaycanın əl-qolunu bağlaya bilməz. Ermənilər ayrı bir nəzarət sisteminin tətbiq olunmasını istəyirdilər, ancaq alınmadı:

“Deyirdilər ki, xüsusi cihazlarla təminat lazımdır və s. Təbii ki, alınmadı və Azərbaycan tərəfi onu qəbul etmədi. Yəni onların ən aşağı səviyyədə “nailiyyəti” 7 nəfərin artırılmasıdır. Açığını deyim ki, bu, onların istəyini ciddi şəkildə, tam təmin edən məsələ deyil. Sadəcə olaraq, onlar elə bilirlər ki, nəsə alıblar. Biz isə heç nə almamışıq. Əgər almışıqsa, Məmmədyarov ən azı qapalı iclasda deputatlara çatdırsın.

Mən ermənilərin hansısa real danışıqlara hazırlığını görmürəm. Ən yaxşı yol ondan ibarətdir ki, nazir getsin Milli Məclisə, desin vəziyyət belədir. Ondan sonra baxaq, görək ictimaiyyət nə deyir. İstəyirlər qapalı olsun, istəyirlər açıq. Gördünüz ki, Ziyafət Əsgərov müşahidəçi məsələsinə çox mənfi fikir bildirib. Digər belə mövqelər də eşitmişəm. Heç olmasa izah etsinlər ki, 7 nəfər müşahidəçinin artırılmasına razılıq vermişiksə, bunun əvəzinə nə alacağıq? Əslinə qalsa, bizə Məmmədyarovla Nalbəndyan arasındakı sülh lazım deyil. Bizə iki ölkə, iki xalq arasında sülh lazımdır və ona nail olmaq istəyirik”./axar.az

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    May 2024    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar