Sizin Reklam Burada
Xəbər lenti
22-02-2025
21-02-2025
BÜTÜN XƏBƏRLƏR

Putin Azərbaycanda olan iki rus kəndinin köçürülməsinə göstəriş verdi - 6 milyon manatdan artıq pul ayrıldı

Tarix: 10-01-2018 19:42     Baxış: 5443 A- / A+
Putin Azərbaycanda olan iki rus kəndinin köçürülməsinə göstəriş verdi


Rusiyanın Dağıstan Muxtar Respublikasının rəhbərliyi Azərbaycanın iki kəndinin - Xraxoba və Uryanoba kəndlərinin sakinlərinin muxtar respublikaya köçürülməsi məqsədilə 2018-ci ildə 210 milyon rubl (6 milyon 279 min manat) ayıracaq.

Bu barədə Dağıstanın İqtisadiyyat və Ərazi İnkişafı Nazirliyindən bildiriblər.

"2018-ci ildə Xraxoba və Uryanoba kəndlərinin sakinlərinin Azərbaycandan Dağıstan ərazisinə köçürülməsi məsələsinin tamamilə həll ediləcəyi gözlənilir. Bu məqsədlə 2018-ci ildə 210,5 milyon rubl məbləğində vəsait nəzərdə tutulub ki, bunun da 200 min rublu federal büdcədən ayrılacaq", - Nazirlikdən qeyd ediblər.

2017-ci ildə Xraxoba və Uryanoba kəndlərinin 370-dən çox sakini mənzil almaq üçün birdəfəlik ödənişlər vasitəsilə köçmək istəyini bildiriblər. Siyahıda Xraxoba kəndinin 366 (135 ailə) və Uryanoba kəndinin isə 11 sakini (3 ailə) yer alıb.

Qeyd edək ki, Xraxoba və Uryanoba kəndləri Azərbaycanın ərazisində, Rusiya ilə sərhəddən 60 km məsafədə yerləşirlər. Kəndlərin salındığı ərazi XX əsrin ortalarında otlaq ərazi kimi Dağıstan MSSR-ə icarəyə verilib. İcarə müddəti 2004-cü ildə sona çatıb, ancaq Rusiyanın rəsmi vətəndaşları olan sərhəd kəndlərinin sakinləri oranı tərk etmək istəməyib.

2010-cu ilin sentyabr ayında Rusiya və Azərbaycan ərazilərin mənsubiyyəti ilə bağlı bütün məsələlər üzrə razılığa gələrək dövlət sərhədi haqqında saziş imzalayıblar. 2013-cü ilin avqust ayında isə Rusiya prezidenti Vladimir Putin Azərbaycanda yaşayan həmin Rusiya vətəndaşlarının köçürülməsinə dair tapşırıq verib.tass


Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Fevral 2025    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
2425262728 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar