Sizin Reklam Burada
Xəbər lenti
18-01-2025
17-01-2025
BÜTÜN XƏBƏRLƏR

Elektrik enerjisinin qiymətinə futuristik baxış -Professorun yanaşması

Tarix: 07-12-2016 18:45     Baxış: 3647 A- / A+
Elektrik enerjisinin qiymətinə futuristik baxış


Tarif Şurasının qaz və elektrik enerjisinin qiymətini qaldırması ölkədə geniş müzakirə olunur. Yanaşmalar müxtəlifdir. Əks fikirlər söylənilir. Kimsi sadəcə bu qərarın düzgün olmadığını, kimsi bunun ölkədə kataklizmlərə yol açacağını, kimsi bahalaşma zəncirvari proses kimi hamını vuracağını deyir. Tarif şurasının qərarını müdafiə edənlər də var. Ancaq ortada akademik yanaşmaya yoxdur.

Kecən əsrin 60-cı illərində BMT sifarişi ilə aparılan araşdırmalarda göstərilmişdir ki, hər bir ölkədə adam başına istehsal olunan ümumi daxili məhsul, həmin ölkədə adam başına istehlak olunan enerji ilə düz mütənasibdir. Başqa sözlə hansı ölkədə adambaşına çox enerji istehlak olunursa, o ölkədə insanlar yaxşı yaşayırlar. Hamı üçün aşkar olan bu elmi nəticədən bu gün ancaq inkişaf etmiş dövlətlər istifadə edirlər. Digər ölkələr üçün bu nəticə hələ dərk edilmiş həqiqətdir. İnkişaf etmiş ölkələrdə enerji bolluğu yaradılıb ki, sahibkarlar da məhsul bolluğu yaratsınlar. Üstəlik qeyd edim ki, ABŞ –da 1900-ci ildən başlayaraq bu günə kimi enerjinin orta qiyməti hər il sürətlə azalır.

“Kamilləşən Düşüncə” (Bakı, 2013) adlı kitabımda 169 dövlətin makroiqtisadi göstəriciləri cədvəl şəkilində (səh 206) verilmişdir. Həmin cədvəldən bəzi dövlətlərin göstəriciləri aşağıda göstərilmişdir.
Elektrik enerjisinin qiymətinə futuristik baxış

Cədvəlin 2-ci sütununda ölkələrin BMT tərəfindən müəyyən edilmiş reytinqləri, 3-cü sütunda “kamillik faktoru” ( K- ictimai mənafenin şəxsi mənafeyə olan nisbətini göstərir), 4-cü sütunda adam başına düşən ümumi daxili məhsul, 5-cü sütinda adam başına istehlak olunan enerji göstərilmişdir. Cədvəldən görünür ki, adambaşına çox enerji istehlak edən dövlətlərin həm həyat səviyyəsi, həm keyfiyyət faktoru, həm də reytinqləri yüksəkdir.
Adı çəkilən kitabın 115 ci səhifəsində “tərəqqinin zəruri və kafi şərt” adlı xırda başlıq var. Orada göstərilmişdir ki, inkişaf etməkdə olan ölkədən inkişaf etmiş ölkələrin sırasına keçmək üçün adambaşına istehlak olunan enerji 5000 kV saat-dan çox olmalsı zəruri şərtdir. İnkişafın kafi şərt məmur seçimi ilə bağlıdır. Belə ki, vəzifələrə kamil insanlar cəlb edilməlidir. Kimin kamil insan olduğunu necə bilmək olar ?- sualına isə elmi cavab belədir: ictimai (dövləti, milli) mənafeni şəxsi mənafedən üstün tutan şəxs kamildir. Başqa sözlə K faktoru böyük olan insanlar kamil insanlardır.

Cədvəldə Azərbaycanla Türkiyənin göstəricilərini müqayisə etsək görərik ki, həqiqətən biz qardaş ölkələrik. Düşüncəmiz nə finlərin, nə də sinqapurların düşüncəsinə oxşar deyil.
Su və hava fərdlərə hansı dərəcədə (və ya səviyyədə) lazımdırsa, ölkəyə (topluma) də enerji (qaz və işıq) həmin səviyyədə (və ya dərəcədə) lazımdır.

BƏƏ göstəricilərinə əsaslanaraq deyə bilərik ki, əgər enerli bolluğu yaradılarsa, onda ölkədə biznes və istehsal artacaq (daxili və xarici investerlər tərəfindən), insanların aktiv fəaliyyəti (o cümlədən də sahibkarlıq) artacaq və yeni iş yerləri yaranacaq və dirçəliş başlayacaq. Əgər enerji baha və az olarsa, tərs proseslər gedəcəkdir.
Futuristik yanaşmaya görə enerji və su bolluğu yaratmaqla inkişafı təmin etmək mümkündür. Bizim yaxın və uzaq qonşularımız məhz bu yolla gedirlər. RF enerji siyasətini izləsək görəri ki, həm qazın, həm elektrikin, həm də suyun qiyməti Moskva ilə müqayisədə bağ evlərində (daçalarda) çox ucuzdur. Bu cür diferensial qiymətləndirmə inkişafa qulluq edir. Başqa bir misal. Akademik R.Z. Saqdayev ADA-da bu ilki mühazirəsində Çində hər həftə bir istilik elektrik stansiyası işə salındığını demişdi. İzahata ehtiyac yoxdur, niyəsi öz-özünə aydındır. Çünki əks yol uçruma gedən yoldur.

Bir daha qeyd etmək istəyirəm ki, əgər istəyiriksə ki, əhalimiz sağlam və güclü olsun onlara təmiz hava və suyu havayı (yəni maya dəyərinə), əgər istəyiriksə ki, dövlətimiz güclü olsun onda istehsalçılarımıza bol enerjini havayı verməliyik. Su, hava və enerji alver predmeti olmamalıdır. Enerjinin, suyun pulunu birbaşa yox, dolaysı ilə istehsal olmuş məhsuladan (və ya xidmətdən) almaq lazımdır.

Məqaləyə son vermək üçün Şeyx Əbdül Mahmudbəylinin fikrindən istifadə etmək istəyirəm: “Tarif Şurasının son qərarı qeyri-qanunidir, düz deyil. Ən azı ona görə ki, biz bunu istehsal edən ölkəyik, alan ölkə deyilik. Bu, birincisi. İkincisi, bunların bütün bu əməlləri mənə elə gəlir ki, planlı və düşünülmüş şəkildə şəxsən cənab preizdentə qarşıdır. Bir sənətkar olaraq 6-cı, 7-ci hissimlə bunu hiss edirəm ki, bunların bu məsələdə çox ciddi qərəzi var”. Hesab edirəm ki, cənab Ə. Mahmudbəylinin hisləri onu aldatmır.

Şahlar Əsgərov,
əməkdar elm xadimi.

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Yanvar 2025    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar