Sizin Reklam Burada
Xəbər lenti
16-10-2025
15-10-2025
BÜTÜN XƏBƏRLƏR

Roma Papasından Xocalıda soyqırımı törədən ermənilərə ŞOK MƏXFİ MƏKTUB: “İmkan olarsa...”

Tarix: 26-02-2018 15:42     Baxış: 2647 A- / A+
Roma Papasından Xocalıda soyqırımı törədən ermənilərə ŞOK MƏXFİ MƏKTUB: “İmkan olarsa...”


Keçmiş Roma Papası II İohan Pavel 1992-ci il Xocalı soyqırımından sonra bu qətlimı törədən ermənilərə məxfi məktub göndəribmiş.

Manevr.az publika.az-a istinadən xəbər verir ki, II İohan erməniləri yaratdığı Dağlıq Qarabağ özünümüdafiə dəstələri və rus qoşun birləşmələrinin generallarına məxfi məktubunda Xocalıda baş verənləri “din uğrunda savaş” adlandırır və yazır: “İmkan olarsa, Xocalıya gəlib orada həlak olan erməni qardaşlarımın ruhu qarşısında və döyüş məkanlarında baş əyəcəm”.

“Erməni terroru: Qarabağda müharibənin başlaması. hadisələr...faktlar...” kitabında qeyd edilir ki, Roma Papası “din uğrunda savaş” kimi qiymətləndirdiyi Xocalıda azərbaycanlıları qətlə yetirən ermənilərə və rus ordusunun əsgərlərinə dua edəcəyini məktubunda qeyd edir.

Məxfi məktubun göndərilməsindən 11 il sonra Papa İrəvana gəlir və Qarabağın işğalı zamanı öldürülən ermənilərin məzarlarına gül düzür. Halbuki İrəvana səfərindən bir il öncə Azərbaycana gəlmiş Papa eyni mövqeyi Bakıda sərgiləmir. Təkcə “bu ölkənin dözümlülük və qarşılıqlı anlaşma ruhu ilə fəxr etməmək olmur” ifadəsi ilə kifayətlənir.

II İohan Pavel: 18 may 1920-ci ildə Polşanın Vadovitse şəhərində doğulub. 1938-39-cu illərdə Karakovdakı Yagellon Universitetinin fəlsəfə fakültəsində oxuyub. Alman işğalı dövründə zavodda işləyib və gizli katolik seminariyasında oxuyub. 1946-cı ildə keşiş rütbəsi alıb. 1958-ci ildə yepiskop rütbəsinə yüksəlib. 1963-cü ildə Krakov arxiyepiskopu təyin edilib. II İohan Pavel 1523-cü ildən bəri qeyri-italyan mənşəli ilk Roma Papası olub. Ermənistana səfərindən iki il sonra – 2005-ci ilin 2 aprel tarixində Vatikanda vəfat edib.

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Oktyabr 2025    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar