Sizin Reklam Burada
Xəbər lenti
24-11-2024
23-11-2024
BÜTÜN XƏBƏRLƏR

"Köhnə qapı, həmən daban, mən deyən oldu, olmadı?"-Şahlar Əsgərov YAZIR

Tarix: 12-12-2017 11:06     Baxış: 11 502 A- / A+
"Köhnə qapı, həmən daban, mən deyən oldu, olmadı?"-Şahlar Əsgərov YAZIR


Oxucular ilə bölüşmək istədiyim bu yazını təqribən bir ay sonra, yəni ABŞ prezidenti Donald Trampın prezidentliyinin bir ilində paylaşmaq istəyirdim. Ancaq onun Qüdslə bağlı 06.12.17 tarixli acıqlaması: “Mən qərar vermişəm ki, Yerusəlimi rəsmən İsrailin paytaxtı olaraq tanımağın vaxtı gəlib çatıb...Mən bunun ABŞ-ın, eləcə də İsrail və fələstinlilər arasında sülhün axtarışı üçün ən yaxşı qərar olduğu qənaətinə gəlmişəm”, məni fikrimdən çəkindirdi və bu yazını vaxtından qabaq yazdım.

Donald Trampın iş adamı olduğunu, gözəllik yarışmalarında təşkilatçılığını nəzərə alaraq 2017-ci ilin fevral ayının 1-də Manevr.az saytında "Donald Trampın düşüncəsində pul, gözəl xanımlar əsas yer tutur" adlı məqalədə onun gələcək gözlənilən fəaliyyətindən yazmışdım. Yazmışdım ki, onun fəaliyyətindən qlobal mənada yaxşı heç nə gözləmirəm. Çünki, bu insan ömrü boyu şəxsi mənafenin daşıyıcısı olub. Onun tərcümeyi-halında ictimai mənafe ilə bağlı nümünələr tapmaq mümkün deyil. Xeyriyyə işləri və ya Fondu da məncə, yoxdur. Düşüncəsində pul, gözəl xanımlar əsas yer tutur…”

Mənim belə bir qənaətə gəlməyimin əsas səbəbi nədir?

Son illərin tədqiqtlarından aldığım və güvəndiyim elmi nəticə - kamillik əmsalını elmə gətirməyimdir. Bu əmsal ictimai mənafenin şəxsi mənafeyə olan nisbətini göstərir və 0 ilə ∞ (sonsuzluq) arasında dəyişir. Təzə doğulan uşaq üçün kamillik əmsalı - sfır, Allahın kamilliyi isə sonsuzdur. O, hər şeyi bilən və hər şeyi görəndir.

"Köhnə qapı, həmən daban, mən deyən oldu, olmadı?"-Şahlar Əsgərov YAZIR


Bu əmsalın işığında D.Trampın kamilliyinə baxsaq, dünya üçün yaxşı heç nə görünmür. Tərifə görə, kamillik əmsalı, sürətində ictimai mənafe, məxrəcində isə şəxsi məmafe olan bir kəsirdi. Bu adam üçün kəsrin sürəti (ictimai mənafe) çox kiçik, məxrəci isə (şəxsi mənafe) çox boyükdür, yəni insanın kamillik çox kiçikdir.

Həmin məqalədə müqayisə üçün, Hacı Zeynalabdin Tağıyevin də kamillik əmsalından söhbət getmişdi və göstərilmişdir ki, onun həyatında pul qazanmaqla bərabər, yüzlərlə gəncə xaricdə təhsil vermək, Bakıda ilk qız məktəbinin açmaq kimi şərəfli işlər da var. Onun həm də xeyriyyə Fondu olub. Bu səbəbdən onun kamillik əmsalı isə çox böyükdür.
Siyasətlə məşğul olan insanların fəaliyyətinin ana xətti ictimai (partiya, dövlət, cəmiyyət) mənafeni qorumaqdır. Bu baxımdan rəhmətlik Hacı daha yüksək siyası düşüncəyə malik imiş.
Bu əmsalın işığında D.Tramp İ, Stalinə də uduzur. Belə ki, Stalin üçün də bu əmsal çox böyükdür. Çünki, o, bir siyasətçi və dövlət adamı kimi ictimai mənafe daşıyıcısı idi. İ.Stalinlə bağlı hekayələrin birində deyilir ki, müharibənin sonu ilə bağlı İ.Stalinin yanında vəziyyət müzkirə olunur. Bir general -leytinatın məruzəsindən Stalin razı qalır və deyir: əlavə sözünüz varmı? General deyir ki, şəxsi xahişim var. Cəbhədən qayıdanda xoşuma gələn bir neçə şeyi nəzarət məntəqəsində saxladılar, istərdim ki, onlar qaytarılsın. Raport yaz, üstün yazaram-deyir Stalin. Generalın əvvəlcədən yazdığı raportun üstünü Stalin yazır: Polkovnikin zir- zibilini özünə qaytarın. İ.Stalin. General deyir ki, yoldaş Stalin, mən polkovnik deyiləm, general polkovnikəm. Stalin deyir: orda hər şey düz yazılıbdı.
Hekayətdən görünür ki, Stalin generalın-leytinatın şəxsi mənafe daşıyıcısı olduğunu dərhal təyin etmiş və onun maddi istəyini təmin etsə də, mənəvi cəhətdən ciddi cəzalandırmışdı.

Manevr.az –da çap olunan məqalə belə bir cümlə ilə bitmişdi:“Amma D.Tramp, qeyri-standart düşüncəli insandır. Gələcəkdə qeyri-standart qərarları çox ola bilər”.

Onun Qüdslə bağlı verdiyi qərar qeyri- standart düşüncənin məhsuludur. Allah gələcək nəsilləri belə bəd qərarlardan qorusun.
Bu yerdə məqaləyə rəhmətlik Sabirin sözü ilə son verirəm: "Köhnə qapı, həmən daban, mən deyən oldu, olmadı?"


Prof. Şahlar ƏSGƏROV,
Əməkdar elm xadimi.

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Noyabr 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar