Sizin Reklam Burada
Xəbər lenti
24-11-2024
23-11-2024
BÜTÜN XƏBƏRLƏR

Azərbaycanda kişi avtomobil almaq üçün böyrəyini satdı

Tarix: 27-11-2017 11:14     Baxış: 6460 A- / A+
Azərbaycanda kişi avtomobil almaq üçün böyrəyini satdı
Azərbaycanda son illər insan alverinə qarşı ciddi mübarizə aparılır. Dövlət səviyyəsində görülən maarifləndirici işlərə baxmayaraq, hələ də insan alverinin qurbanına çevrilən şəxslər mövcuddur. Onların arasında qadınlar və kişilərlə yanaşı, azyaşlılar da var. Kimi pula görə, kimi də bilmədən qurbana çevrilir. İnsan alveri qurbanları və potensial qurbanlar kimlərdir? Onlar bu yola necə düşürlər?

Manevr.az xəbər verir ki, azvision.az-ın bu sualını Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi (ƏƏSMN) yanında İnsan Alveri Qurbanlarına Yardım Mərkəzinin direktoru Nəzakət Balabəyova cavablandırıb.

- İnsan alverçiləri kimlədir? Onları bu yola əl atmağa vadar edən amillər nədir?

- Keçən il penitensiar müəssisələrdə insan alverçiləri ilə görüşmək istədiyimizi bildirdik. Qarşımıza çıxan insan alverçiləri gəlin-baldız, iki bacı, ana və qız idi. Sual verəndə ki, niyə insanların həyatını puç edirsiniz, deyirlər ki, ağılları olsun, getməsinlər. Özlərində günah görmürlər. Onlar nəinki həbsdən çıxandan sonra, elə həbsdə olanda da bu işlə məşğul olurlar. İnsan özü insan alveri qurbanına çevrilmir. Onu kimsə yönləndirir, kimsə aparır.

Bizdə elə insan var idi ki, avtomobil almaq üçün başqa ölkəyə gedib, öz böyrəyini satıb. Həmin şəxs kişidir. Əlbəttə, bu, cinayətdir. Orqan transplantasiyası pulsuz deyil, pul ödəyirlər. Lakin əvvəl tutaq ki, 5 manat deyirlərsə, bunu tam vermirlər. Xarici ölkədə heç kəs yanında yoxdur. Orqanını satdığını deyə bilmirsən, çünki cinayətdir. Bu, statistik deyil, çünki deyilmir. Biz bunları kimlərdənsə eşitmişik. O insanın elə olur ki, digər böyrəyi sıradan çıxır, aldığını satıb dializə gedir. Bu, zəncirvarı yoldur və sonu yoxdur.

İnsan alveri qurbanına çevrilən şəxslər, deyək ki, qadınlar avtomobil, ev, qır-qızıl almaq üçün bu işin dalınca gedirlər. Çox vaxt öz istəkləri ilə gedirlər, bəzən də məcbur edilirlər. Onlar pul qazanandan sonra səhhətlərində o qədər problemlər çıxır ki, məsələn, qadınlıq orqanları sıradan çıxır və ya psixoterapevtə cəlb olunur. Beləliklə, qazandığını yenidən özünə sərf edir.

Məsələn, təsəvvür edin ki, başqa ölkədəsiniz, sənədləriniz əlinizdən alınıb və günə 40 nəfər qəbul etməlisiniz. Sizə heç bir məbləğ ödənilmir. Pul istəyəndə isə bilet, qalma yerin, qidan hesablanır. Deyirlər ki, kirayəni, qidanı ödə, ondan sonra pul tələb et. Bu da canını qurtarmaq üçün ölkəyə gəlib, öz yerinə başqasını göndərir.

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Noyabr 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar