Sizin Reklam Burada
Xəbər lenti
27-11-2024
26-11-2024
BÜTÜN XƏBƏRLƏR

"Ucar rayonunda vəzifəli şəxslər korrupsiya şəbəkəsi yaradıb" - ŞİKAYƏT

Tarix: 20-08-2019 12:18     Baxış: 2314 A- / A+
"Ucar rayonunda vəzifəli şəxslər korrupsiya şəbəkəsi yaradıb" - ŞİKAYƏT


Bir qrup Ucar rayon sakini tərəfindən Manevr.az-ın elektron ünvanına şikayət məktubu göndərilib. Məmur özbaşınalığının ictimailəşdirilməsini, qaldırılan problemin ciddiliyini zəruri hesab edərək, sözügedən şikayət məktubunu təqdim edirik:

"Ucar rayonunda rəhbər vəzifəli şəxslər korrupsiya şəbəkəsi yaradıb. "DOST" İş Mərkəzi MMC-nin xətti ilə adları məlum olmayan şəxslərin adlarını idarə və müəssisələrə işə yazdırıb, maaş kartlarını ciblərinə qoyub, dövlətin vəsaitini talan edirlər. Nəticədə də biz işsiz qalmışıq. Aclığa, yoxsulluğa məhkum olunmuşuq.
Ölkədə işsizliyin aradan qaldırılması üçün Cənab Prezident İlham Əliyev sərəncamlar imzalayır, müvafiq tapşırıqlar verir. Bunlardan biri də “DOST” İş Mərkəzinin yaradılması oldu. Prezident İlham Əliyev “DOST” İş Mərkəzi MMC-ni ona görə yaratdı ki, yerlərlə işsiz əhali işlə təmin olunsunlar, əmək haqqı alıb ailələrini dolandırsınlar. Ancaq Ucar rayonunda rəhbər vəzifəli şəxslər bundan sui-istifadə edib saxtakarlıqlar edib, talançılıqla məşul olub, vətəndaşlarda kütləvi narazılıqlar yaradırlar. Ucar rayonunda rəhbər vəzifəli şəxslər öz maddi maraqlarına görə saxtakarlıqlar edib "DOST" İş Mərkəzi MMC-ni kasıb işsiz insanlara düşmən ediblər.
“DOST” İş Mərkəzi MMC-nin xətti ilə Ucar rayon Kommunal Müəssisələri Kombinatına bu il 540 nəfər, digər idarə və müəssisələrə isə 300 nəfər işə qəbul olunub.
Onlardan yalnız 30-40 nəfər havadarı olmayan zəhmətkeş işçi gündəlik Kommunal Müəssisələri Kombinatına işə gəlsə də, qalan 500 nəfəri işə gəlməyib, hər ay aldıqları əmək haqqının 100 manatını vəzifəli şəxslərə haqq verirlər. Hətta, həmin işçilərin əksəriyyəti bir neçə aydır Azərbaycan respublikasından kənarda, Rusiyada və digər xarici ölkələrdə yaşasalar da, onlara hər ay əmək haqqı yazılır və həmin əmək haqqının yarısı rəhbərliyə verilir. Bu isə qanunda nəzərdə tutulmuş korrupsiya cinayət əməlidir. Bunu isə subut etmək çox sadədir. Belə ki, “DOST” İş Mərkəzi MMC-nin xətti ilə Ucar rayon Kommunal Müəssisələri Kombinatında işlə təmin olunmuş şəxslərin adları olan siyahı Dövlət Sərhəd Xidməti vasitəsi ilə yoxlanılır. Həmin zaman tam subut olunacaq ki, “DOST” İş Mərkəzi MMC-nin xətti ilə Ucar rayon Kommunal Müəssisələri Kombinatında işlə təmin olunmuş şəxslərin əksəriyyəti respublikadan kənardadırlar, ancaq onların adı işdə gedir onlara hər ay maaş yazılır. Həmin şəxslərin hansı tarixdən Azərbaycan Respublikasını tərk etmələri və həmin tarixlərdə əmək haqqı almaları obyektiv yoxlanılmalıdır. Bundan sonra isə adı işdə gedən, özləri isə respublikadan kənarda olan şəxslərin “Kapital” Bank ASC-nin bankomatı vasitəsi ilə hər ay maaş aldıqları yoxlanılsın. Belə olan halda dövlət büdcəsini talan edən vəzifəli şəxslərin cinayət əməlləri tam subut olunacaq.
Həmçinin qalan 300 nəfər işçini isə heç kəs tanımır, onların adları işçi kimi qeyd edilib, ancaq maaş kartları yuxarı vəzifəli şəxslərin cibindədir. Bunu Ucar rayonunda idarə müəssisə rəhbərləri əlbir olub ediblər. Bu işdə onlara şərait yaradan rəhbər vəzifəli şəxslər də var ki, bu yolla talan edilən küllü miqdarda vəsait onların arasında bölünür.

Bu talançılıq cinayətinin kökündə rəhbər vəzifəli şəxslər dayanır. Hətta “DOST” İş Mərkəzi MMC-nin direktoru Niyazi Rəhimovun da bundan məlumatı var. Talançılıq yolu ilə əldə olunan vəsaitin müəyyən hissəsi ona ötürülür deyə, o bu barədə heç bir tədbir görmək istəmir.

Onuda qeyd edək ki, “DOST” İş Mərkəzi MMC-nin xətti ilə Ucar rayon Kommunal Müəssisələri Kombinatına 540 nəfər şəxsin kimliyinin yoxlanılmadan adının işə yazılmasında Ucar rayon Məşğulluq Mərkəzinin böyük rolu var. Hansı ki, uzun müddət adı iş axtaran kimi Ucar rayon Məşğulluq Mərkəzində qeydiyyata alınan şəxslər işlə təmin olunmadı, ancaq adı iş axtaran kimi qeydiyyata alınmayan şəxslər isə bir zənglə dərhal işlə təmin olundular. Bunu isə rəhbər vəzifəli şəxslər edib həmin şəxslərin maaş kartlarını alıb ciblərinə qoydular. Hətda “DOST” MMC-nin xətti ilə “DOST” İş Mərkəzi MMC-nin xətti ilə Ucar rayon Kommunal Müəssisələri Kombinatına bir imkanlı ailənin 4 üzvü işə qəbul olunub ki, həmin ailənin üzvüləri bir gündə olsun işə gəlməyiblər ancaq maaş alırlar. Belə faktlar çoxlu saydadır ki, yoxlanılmasına zərurət var.

Rayon sakinləri çox istəyirlər ki, “DOST” İş Mərkəzi MMC-nin xətti ilə Ucar rayon Kommunal Müəssisələri Kombinatına və digər idarələrə işə qəbul olunan şəxslərin adları açıqlansın, siyahı ictimailəşsin. Bunu isə rəhbər vəzifəli şəxslər istəmirlər, ona görə ki, həmin adlar açıqlanarsa biabırçlıq olacaq. Çünki yuxarıda qeyd etdiyimiz kimi həmin şəxslər rəhbər vəzifəli şəxslərin yaxın-uzaq qohumları, qonşuları, tanışlarıdır. Həmin şəxslərin çoxu heç tanımır ki, Ucar rayon Kommunal Müəssisələri Kombinatı və ya adı işdə gedən idarə harada yerləşir, onun işinin adı nədir. Sadəcə iş stajı yazılması ilə razılaşıb adları işdə, özləri işə gəlmirlər və maaş kartları həmin rəhbər vəzifəli şəxslərin cibindədir.
Bu korrupsiya cinayətidir ki, obyektiv araşdırılıb təcili və ciddi tədbirlər görülməsinə zərurət var.

Biz işsiz olan və illərlədi iş axtaran Ucar rayon sakinləri mətbuat vasitəsi ilə cənab prezidentdən xahiş edirik ki, bu müraciətmizdə qeyd etdiyimiz korrupsiya faktlarının obyektiv yoxlanılıb, korrupsiya cinayəti törədən vəzifəli şəxslərin barəsində qanunu və ciddi tədbirlər görülməsinə tapşırıq versin.
Bu korrupsiya faktının obyektiv yoxlanılmasına Azərbaycan Respublikasının Baş Prokurorluğu yanında Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsinin rəisi cənab Kamran Əliyevin, Əmək və Əhalinin Sosil Müdafisə Naziri cənab Sahil Babayevin, “DOST” İş Mərkəzi MMC-nin direktoru Niyazi Rəhimovun fəallıq göstərmələrinə zərurət var.
Ucar rayonunda rəhbər vəzifəli şəxslər öz maddi maraqlarına görə “DOST” İş Mərkəzi MMC-ni iş axtaran işsiz zəhmətkeş ucarlılara düşmən ediblər."

İmza; bir qrup Ucar rayon sakini:

Əliyev Kənan Kərim oğlu 051 496-47-82

Məmmədov Ramazan Fəttah oğlu

Quliyeva Səmayə İsa qızı

Qədirova Məleykə Nazim qızı

Abdullayev Vaqif Nüsrət oğlu

Əliyeva Könül Usub qızı

Məmmədov Xasay Akim oğlu

Cəbrayılova Dünya Kamil qızı

Tağıyeva Ofeliya Mahmud qızı

Orucov Tahir Paşa oğlu

Hüseynov Fariz Əlimusa oğlu

Kərimova Fatimə Qulu qızı

Paşayev Hüseyn Babaəli oğlu

Gülalıyev Lazım Nazim oğlu

Məmmədov Səxavət Yaqub oğlu

İsmayılov Bəşir Qurban oğlu

İbrahimxəlilov İntiqam Oruc oğlu

Hüseynova Nisə Xəlil qızı

Ələkbərova İradə Məmməd qızı

Rəhimov Böyükağa Abdulla oğlu

Vəliyeva Təranə Fətəli qızı

Səmədov Şahin Mənsim oğlu

Kamilov Cəlil Mahir oğlu

Qasımov Cavid Gülağa oğlu

Əliyeva Sədaqət Mirağa qızı


Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Noyabr 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar