Sizin Reklam Burada
Xəbər lenti
08-11-2026
07-11-2026
06-11-2026
BÜTÜN XƏBƏRLƏR

Dilsuz Musanın şeirlər kitabı ingilis dilində çap olunub

Tarix: 24-05-2018 23:09     Baxış: 2386 A- / A+
Dilsuz Musanın şeirlər kitabı ingilis dilində çap olunub


Şair-publisist, tərcüməçi Dilsuz Musanın şeirlər kitabı ingilis dilində nəşr olunub. Kitabın “Ön söz” müəllifi professor Vaqif Qəmbər, redaktoru şair-publisist Dəyanət Osmanlıdır. Şeirləri ingiliscəyə Sevil Gültən tərcümə edib.


Manevr.az xəbər verir ki, “Elm və təhsil” nəşriyyatında işıq üzü görən “Roads follow” (“Yollar, izlər”) kitabında müəllifin müxtəlif illərdə yazdığı ictimai motivli Vətən, torpaq, unudulmaz yurdlar və təbiət, insan sevgisi mövzusunda poetik mətnləri yer alıb.

Qeyd edək ki, adı ədəbi ictimaiyyətə yaxşı bəlli olan şairin indiyədək 4 şeirlər kitabı çıxıb. Bundan əvvəl isə onun şeirləri Ukrayna, alman, rus, gürcü dillərinə də tərcümə olunub. Dilsuz Musa bir sıra gürcü, rus, Ukrayna, Belarus, qazax, özbək, türkmən, qırğız şairlərinin şeirlərini də dilimizə tərcümə edib.

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Noyabr 2026    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar