Sizin Reklam Burada
Xəbər lenti
24-02-2025
23-02-2025
BÜTÜN XƏBƏRLƏR

Sumqayıtlı 3 yaşlı uşağın ölümü ilə bağlı yenidən ekspertiza keçiriləcək

Tarix: 15-11-2017 18:14     Baxış: 3358 A- / A+
Sumqayıtlı 3 yaşlı uşağın ölümü ilə bağlı yenidən ekspertiza keçiriləcək

Sumqayıtda 3 yaşlı uşağın ölümündə təqsirləndirilən Real Tibb Mərkəzinin həkim-anestezioloqu İsmayıl Qəmbərovun cinayət işi üzrə məhkəmə prosesi keçirilib.

Manevr.az-ın məlumatına görə, Sumqayıt Şəhər Məhkəməsində hakim Ruqiyyə Səmədovanın sədrliyi ilə baş tutan prosesdə şahid qismində Sumqayıt şəhər Məhkəmə Tibb Ekspertizasının eksperti Mənsur Məmmədov ifadə verib.
O bildirib ki, uşağın ekspertizaya təqdim edilən xəstəlik tarixçəsi sonradan saxtalaşdırılıb. Onun sözlərinə görə, xəstəlik tarixçəsi meyitlə birlikdə ekspertizaya təqdim edilib.

Mənsur Məmmədovun sözlərinə görə, xəstəlik tarixçəsində göstərilən qeydləri komissiya ekpertizasına qeyd edib: “Amma sonradan rəyi müstəntiq götürüb və əlavələr edib”.
Prosesdə çıxış edən təqsirləndirilən şəxs İsmayıl Qəmbərovun vəkili Əli Hüseynov vəsatət verib. O, təkrar ekspertizanın keçirilməsini istəyib. Məhkəmə növbəti prosesdə vəsatətə münasibət bildirəcək. Növbəti proses noyabrın 16-da davam edəcək.
Qeyd edək ki, Sumqayıt şəhər sakini, 2014-cü il təvəllüdlü Qurbanlı Arzu Sənan qızı 2016-cı il iyunun 16-da günorta saatlarında Sumqayıt şəhərindəki Real Tibb Mərkəzində boğazında damaq badamcıqlarının (qlanda) iltihabından əməliyyat olunub.
Həmin gün gecə saatlarında uşağın vəziyyəti pisləşib və o, dünyasını dəyişib. Meyit ekspertizaya göndəriləndən sonra uşağın boğulma nəticəsində dünyasını dəyişdiyi müəyyən edilib.
Faktla bağlı Cinayət Məcəlləsinin 124-cü (ehtiyatsızlıqdan adam öldürmə) və 320.1-ci (rəsmi sənədləri, dövlət təltiflərini, möhürləri, ştampları, blankları saxtalaşdırma) maddələri ilə cinayət işi başlanıb.
Real Tibb Mərkəzinin həkim-anestezioloqu İsmayıl Qəmbərov təqsirləndirilən şəxs qismində cəlb edilib.lent.az

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Fevral 2025    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
2425262728 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar