Sizin Reklam Burada
Xəbər lenti
19-01-2025
18-01-2025
BÜTÜN XƏBƏRLƏR

"Sabir Yusifoğlu! Sən yüzlərlə şairlərimizdən adicə biri, ortabab bir qələm əhlisən" -Məmməd NAMAZ

Tarix: 20-09-2016 15:42     Baxış: 41 267 A- / A+
Sabir Yusifoğlunun “Dünya ilə heç-heçəyəm” kitabi haqqında ötəri qeydlər

"Sabir Yusifoğlu! Sən yüzlərlə şairlərimizdən adicə biri, ortabab bir qələm əhlisən"

Sabir, təzə kitabını təbrik edirəm. Çoxundan yaxşı şairsən, gözəl şeirlərin çoxdur. Amma kitaba son söz yazmış Əli Baxışın yazdığı kimi yox. O yazır: “Sabir Yusifoğlunun günüdür. Şeiri sevən, şeiri gündəlik tələbat: hava kimi, su kimi, qida kimi qəbul edən hər kəs onu tanıyır. (Doğurdanmı?) yazdığı şeirlər tanıyanların arasında dillər əzbəri (?) olsa da özünü heç zaman “boğmayıb” (?). Çünki gələcəyin şeirlərini (?) yazıb...
Daha da davam edir: “məni neynirsən ay ana, doğulub-itən balanam” kimi şeirləri anamızın dili yaşadıqca yaşayacağına inamım şübhəsizdir.

Bu böyük təriflər insafsızcasına davam edir: “elimin-obamın böyük şairi (?) fikir adamı, qələmi namusu bilib satmayan (?) ...Vətənin nadir istedadlarından biri- əziz qardaşım Sabir Yusifoğlu!... dünyada sən doğulmasaydın milli poeziyamız yetim qalardı. (Allah sən saxla! bu qədər də tərif olar?)

Xəbərimiz yox imiş milli poeziyamizi yetim qoymayan bir dahi ilə bir şəhərdə, bir əsrdə yaşayırmışıq!

Bu təriflərə necə dözdün, 2014-cü ildə yazılmış bu tərifnaməni bugün nəşr olunan kitabına necə daxil etdin, şair?!

Sabir! Sən yüzlərlə şairlərimizdən adicə bir sıra nəfərisən, bəlkə də ortabab bir qələm ehlisən. Sənin vətən, Qarabağ haqqında yazdığın aşağıdakı misralarsa buna haqq vermir

Necə yəni:

Saatlar, günlər çıxılır (?)
Ayaqlar yolda yıxılır (?)
Ürəyim tez-tez sıxılır (?)
Əlimi dilənçi kimi (yəni ürəyi)
Açır Qarabağa tərəf.


Elə bax bu quru, vətənə yaraşmayan misraların heysiyyatıma toxundu və tənqidə əsas oldu.

Necə yəni ürəyin əllərini dilənçi kimi Qarabağa tərəf açır? Niyə ürəyin əlində qılınc olmasın, sabir! Sən aprel döyüşlərini unutmusanmı, dilənçi kimi əllərini qabağa tərəf uzadan şair milli poeziyamızın yaradıcısıdırmı?

Bir şeirində də yazırsan:

Bilmirsiz nə vaxt çəkilib
Vətənin xatirə şəkli?
Dağları boynu bükülü (?!)

Oğlu mənəm,
Anam deyil (?)


Vətənin dağlarını boynu bükülü görürsən, ey milli poeziyamızın davamçısı? Vətən dağları bizim kimi yüz şairdən vüqarlı və qeyrətlidir!!!

Ana haqda da sönük yazmısan:

Çöldə qış, ürəkdə çovğun
Hansı dildə deyim “ovun” (?)
...Anam dəmləyən plovun
Qarşısından soyuq keçir.


Heç ana dəmləyən plovun da arasında soyuq keçərmi? O xörəyə ki, ana əlləri dəyib, şair...

Bir şeirində də deyirsən:

Götürəndə yoxdur boyatı (?)

Nəyin boyatı? Sən demə xanımları nəzərdə tutursan...

Bir şeirində də yazırsan:

Bəxtim bir yol gətiribmiş,
İndi daha itiribmiş
Vətənəm sənsiz...


Ey milli poeziyamızın davamçısı! İtirilmiş vətən olur mu?!

...Bəlkə nə vaxtsa bitdim,
Əkildim bu qadına.


Bu nə deməkdir Sabir?

Bir şeirində də deyirsən:

Bu vətənin günçıxanı,
Günbatana qarışıb
Dərddən dərələri çöküb,
Dağların alnı qarışıb..


Bu- hansı vətəndir, ey istedadlı, milli poeziyamızın davamçısı?!

Vətəni sevməyən ol kəsdə
Vicdan olmaz...


Böyük Abbas Səhhət.

“Boynuna ip keçən yurdun” ifadəsi nə deməkdir, şair... yurdu, vətəni ancaq sevmək və tərənnüm etmək gərəkdir!

Sizi yordum. Xislətimdə çox uzun yazmaq və danışmaq yoxdur. Sən məcbur etdin:

Bir də yazırsan ki:

Mən salam verdiyim ağacların da
ya boynu vurulur,
ya da boynundan
günahsız birini asırlar, bala...


Yəni sən o qədərmi inqilabçı bir şairsən Sabir Yusifoğlu? Tarixdə az-az şairləri asırlar. Elə şairlərsə... yüz illərdə bir doğulur. Sumqayitfakt.Az

"Sabir Yusifoğlu! Sən yüzlərlə şairlərimizdən adicə biri, ortabab bir qələm əhlisən"






Məmməd Namaz

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Yanvar 2025    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar