Sizin Reklam Burada
Xəbər lenti
23-11-2024
22-11-2024
BÜTÜN XƏBƏRLƏR

Saxta tarix yaradanların sonu həmişə faciə ilə bitib -erməni yalanlarının ifşası

Tarix: 06-09-2017 08:54     Baxış: 4788 A- / A+
Saxta tarix yaradanların sonu həmişə faciə ilə bitib
Afifə Dəmirtaş Ankarada doğulsa da ömrünü, taleyini Antalya ilə bağlayıb. Tanınmış jurnalistdir. 2002- 2004 cü illərdə Antalya Jurnalistlər Cəmiyyətinin təşkil etdiyi yarışmada 2 dəfə “İlin jurnalisti” mükafatını almışdır.
“Osmanlı Aslan ”, Ləman Əbə “adlı tarixi romanları Amerikanın Dük, Stanford , Ohai, Portland kimi universitetlərinin kitabxanalarında yer alıb. Ağdəniz universitetində dərslik kimi istifadə olunur.
Antalya Gülcə Ədəbiyyat Dərnəyi idarə heyyətinin üzvüdür. “Darmadağın düşüncələrim “ şeirlər kitabı da çapdan çıxıb.
Radio və televiziyalarda, sayt və qəzetlərdə aktual mövzularda daima maraqlı yazılarıyla çıxış edir.
Afifə xanımın qələmə aldığı “Erməni inkar qanunu” yazısı əsrlərlə ağlayıb, sızlayan, yalançı iddialarla haray – həşir qopardan ermənilərə çox sərt və dəqiq cavabdır. Bu yazını oxuyan hər bir erməni dədə-babalarının necə riyakar, satqın və ikiüzlü olduğunu görüb, nəticə çıxartsa, bu günkü yalançı iddialarından əl çəkib tövbə etsə, bir millət olaraq türk toplumun içində yenə də firavan yaşayacaq. Yox, əgər bu günkü nəsil də bu cür yalanlara aludə olsa məhv olacaqlar. Çünki saxta tarix yaradanların, xəyanətkarların sonu həmişə faciə ilə bitib.

Manevr.az Afifə Dəmirtaş-ın (Antalya) yazısının aktuallığını nəzərə alıb oxuculara təqdim edir:

“Erməni soyqırımı“ inkar qanunu
(Giriş)


12 oktyabr 2006-cı ildə beş yüz yetmiş nəfərlik Fransız Alt Məclisinin çox az hissəsinin iştirakı ilə təsdiqlənən "Erməni soyqırımı rəddinin pul və həbslə cəzalandırılması" ilə əlaqədar qanun, mənə heç, heç təsir etmədi. Çünki başda Amerika olmaqla Fransa, İngiltərə, Rusiya, Avstriya, 1878- ci il Osmanlı Rus müharibəsindən bu yana, Osmanlı İmperatorluğundan qoparmaq istədikləri hər tükdən əvvəl, “təmcit” plovu kimi önümüzə ilkin olaraq erməni problemlərini çıxarmış, onun səbəb olduğu qərarsızlığımızdan və davranış biçimlərimizdən faydalanaraq , tük qopartmaqla kifayətlənməyib qanad qırmağa yönəlmişlər. Artıq “erməni” gündəmindən sonra gələcək istəklərə daha çox diqqət etməliyik. (Məsələn ; Kipr və Şimali İraqda qurmaq istədikləri federativ Kürd Dövləti). Çıxarılan qanun, qüvvəyə minə bilməyəcək. Bu layihə, avropalılar və Amerikanın bizə təkidlə təsdiqlətmək istədiklərinə "hə" dəyənə qədər də, Demoklın Qılıncı kimi təpəmizdə dayanacaq. AB prosesi və Yeni Orta Şərq layihəsinin reallaşmasında edilən bazarlıqlarda ən böyük kozr olacaq. Avstriya, İtaliya, Fransanın katolik, Rusiyanın pravoslav , İngiltərə və Amerikanın protestant ermənilərini qoruma altına almaları prosesinin ardından, Türkiyə ilə əlaqələri həmişə belə inkişaf etmişdir. Eynilə də gedəcək. Bu ölkələr heç bir zaman erməni və digər azlıqlarla təkbətək əlaqələrimizə icazə verməmiş, masalarda qruplar yerinə həmişə özləri oturmuşlar. Çünki 1878-ci ildə tutdurduğumuz ayağımızı hələ qurtara bilmədik və davamlı kündələnməkdəyik..

Yaxşı, nə etməliyik:

Dişə diş, ya da qisasa qisas hərəkətlər, mövzuya çarə olur mu? Sanmıram. Tarixdə bunu dəfələrlə sınadıq, nəticə həmişə daha pis oldu. Hər şeydən əvvəl tarixi məlumatları çox az olan cəmiyyətimizin, xüsusilə gənc nəsillərin, məlumatlandırılması prioritet. Vəzifə bizlərin. Təəssüf ki, bu mövzularda aydınlarımızın bəzilərinin da məlumatları yoxdur, açıq şəkildə görünür. Onların bu vəziyyətlərindən yararlanan xarici mərkəzlər, özlərinə Nobel mükafatı verərək "yolun budur, davam et" deyirlər. Hər şeydən əvvəl Türklüyümüzlə gururlanmalıyıq. İntellektual seqmentlərin dillərindən düşürmədiyi "Dünya vətəndaşlığı" və "Globallaşma" anlayışının baş aktyorları yenə eyni dövlətlərdir. Milliyyətçilik duyğuları yüksək olan az inkişaf etmiş ölkələri daha çox istismar etmək üçün izlədikləri bir uyutma proyektidir bunlar. Sizlər bir ingilisin, amerikalının, fransızın, almanın , mən dünya vətəndaşıyam- dediyini eşitdinizmi heç? İngilislərin "Əvvəl mən, sonra itim, sonra digər millətlər" sözünə əməl edərək, güzəşt etmədən, dəyişən dünya kontingenti ilə necə ayaqlaşdığını görürük. Əslində dünyanı idarə etməyə çalışan dövlətlərin yenidən "kapitalizmi" təsirli etmək üçün dünya iqtisadiyyatı üzərində qurmaq istədikləri təsirin adıdır -"Globallaşma." Bir "Dünya vətəndaşlığı" sözüdür. Bu anlayışların nə anlama gəldiyini tam bilə bilmək və aktual hadisələri şərh etmək üçün, ilkin öz tariximizi, sonra da coğrafiyamızda yerləşən o biri ölkələrin tarixləri haqqında məlumat toplamalıyıq . Ziyalıların təcrübələrini və şərhlərini yalnız elmi yığıncaqlarla, mübahisələrlə məhdudlaşdırmayaraq, ədəbi abidələrlə da ortaya qoymalarının lazımlı olduğuna inanıram. Bu məzmunun başlanğıc olaraq və aktual olması gerçəyini göz qarşısında saxlayaraq, erməni problemi nədir, nə deyil suallarına cavab

vermək adına, bu gündən başlayan bir sıra maqaləmlə üzərimə düşən vəzifəni yerinə yetirməyə çalışacağam.

“Erməni”inkar qanunu (1)

Sevgili oxucularım, Osmanlı dövlət arxivlərindəki ermənilərlə əlaqədar sənədlərin türkçə tərcümələri, Türk Tarix Qurumu yayınları, Erməni Məsələsi Araşdırma Komissiyası başçısı cənab. Prof. Yusuf Halaçoğlu'nun, Prof. Dr. Kamal Çiçəyin məqalələri, erməni problemləriylə əlaqədar araşdırmaları, təxminən on gün davam edəcək ardıcıl yazılarımda yol xəritəmi təyin edən qaynaqlar oldu.

Ermənilərin Türklərlə əlaqələri 851-852 illərində Abbasilərin bu torpaqlara suverenlik qazanması ilə, Bizans dövründə 882- ci ildə Aşot Bin Smbat Anidəki Krallığını -siyasi və inzibati baxımdan qubernatorluqdan fərqi yox idi- elan etməsindən sonra, Çağrı bəyin başçılığıyla türklərin bölgəyə etdiyi hücumlarla başlamışdır.

Sonralar Abbasilərin içindəki qarışıqlıqlardan faydalanaraq Kral Aşot, öz istəyiylə 1021- ci ildə rəhbərliyi Bizansa təhvil verir. 1045- ci ildə Bizans İmperatoru IX Konstantin Anini ələ keçirərək Aşotun krallığına son verir. 1064- cü ildə Sultan Alpaslan Anini aldıqdan sonra ermənilər Sivas və onun ətrafına köç etməyə başlayırlar. 1071- ci ildə Malazgirt zəfərinin ardından türklərin suverenlik qazanmasıyla Maraş- Adana arasındakı bölgəyə gəlirlər. Bu bölgədə I səlib yürüşləri sonrası krallıqlarını yenidən qurub, monqolların və Bizansın himayədarlığı altnda yaşayırlar. 1375-ci ildə da Məmluklular tərəfindən tarix səhnəsindən silinirlər. Bu tarixdən etibarən, Türk boylarının köçləri nəticəsində bu bölgələrdə əhali tarazlıqları dəyişməyə başlamış, beləcə ermənilər Səlcuq Dövlətinin xalqlarından biri olmuşlar. Osmanlı dövründə Fatih Sultan Mehmet 1461-ci ildə erməniləri bir birlik olaraq tanımış, bütün azlıqları siyasi və sosial, iqtisadi hüquqlar la təmin etmişdir. Bu qərarların nəticəsində Osmanlı Bəylərinin və Boylarının dövlət rəhbərliyindəki gücləri də azalmışdır. Buna qarşı çıxan bəylər və boylar da sürgün olunmuşlar. Osmanlı İmperatorluğu müddətində ermənilər çox dinc bir dövr yaşamışlar, əhəmiyyətli xidmətlər etmişlər. Buna görə "millət-i Sadıka" sifətiylə ödülləndirilmişlər. Bu dövrələrdə ermənilərin tərcüməçi, vergi toplayıcısı, memar, iş adamları, xazinədar və hətta başçı olaraq hər cür vəzifəyə təyin edildiklərini öyrənmək olar. Həmin dövrdə bir çox erməninin, nazirlik səviyyəsinə qədər yüksələrək

Osmanlı İmperatorluğunu xarici ölkələrdə təmsil etdiklərini görürük. Osmanlı torpaqlarında yaşayan ermənilər, təhsil və ticarət baxımından da sərbəst buraxılmışlar. Həm aralarındakı ixtilaflarda , həm də özlərinə zərər verənlərə qarşı həmişə Osmanlı qanunlarıyla qorunmuşlar. Əsgəri xidmətə belə çağrılmamaşlar. Bütün kommersiya sahələrində böyük maddi sərvətlər əldə etmişlər. Davamlı olaraq başqalarının himayəsində yaşamış, tarixləri ərzində "Milli Vətən" i olmamış, itaət və xidmət etdikləri dövlətlərin maraqlarına uyğun torpaqlarda, onlara sadiq qaldıqları müddətdə xoşbəxt yaşayan ermənilər, zaman- zaman Avropa dövlətlərinin və Amerikanın qızışdırmasıyla "Milli Vətən" əldə etmək üçün səy göstərmişlər, lakin özlərini dəstəkləyənlər, mənfəətlərinə uyğun gəlmədiyi zamanlarda erməniləri üzüstə qoyduqlarından bu istəklərini gerçəkləştirə bilməmişlər.

İndi Fransa incə hesablar arxasında. Əlbəttə ki, bu rəftarında tək deyil. Onu ürəkləndirənlərin kənardan bizə hirsləri, xainlikləri, gözlərinin torpaqlarımızda olduğu gerçəyi danılmazdır. 1789-cu ildən yayılan milliyyətçilik hərəkatlərı, sonra qurulan missioner təşkilatlar, Osmanlı torpaqları üzərində arnavutları, serbləri, xorvatları, bolqarları, yunanları, romalıları, erməniləri və kürdləri bir millət damı altında toplamışdır.

Söhbətimiz bu an üçün ermənilər olduğundan, o biri xalqlardan bəhs etməyəcəm. Amerikan və İngilis protestant missionerləri 1850- ci ildə "Protestant Erməni Milləti" qurmaq üçün padşahdan fərman alaraq əməllərinə çatmışlar. Beləcə provaslav və az sayda katolik erməni camaatlarına, protestantlar da qatılmışlar. Bunun nəticəsində Osmanlı millət sisteminin həssas tarazlıqları pozulmuşdur. Bu hərəkətlər qısa zaman içərisində həm fərqli məzhəblərdəki erməniləri bir-birlərindən uzaqlaşdırmış, həm də müsəlmanlarla toqquşmasına uyğun mühit hazırlanmışdır.

Erməni inkar qanunu (2)

Fransız qiyamının nəticəsi olan xalqçılıq hərəkatları, qərb təhsili görmüş zabitləri da təsiri altına almış, "Gənctürk" hərəkatının doğulmasına səbəb olmuşdur. Onun nəticəsi olaraq da II Əbdülhəmid Avropa dövlətlərinin də təzyiqi ilə 1876-cı ildə I Hökuməti elan etmək məcburiyyətində qalmışdır. Birinci Məşrutiyyət Osmanlı parlamentində ana dili türkçə olan millət

vəkillərinin sayı 50 %-dən az idi. Rum, bolqar, roma, erməni, yəhudi, serb kimi qeyri müsəlman millət vəkilləri olduğu kimi, müsəlman, lakin türk olmayan separatçı millət vəkilləri də var idi. Bunlardan rum, erməni patriarxı Narses, Rus çarına müraciət edərək, Şərqi Anadoluda müstəqil bir Ermənistan dövlətinin qurulması üçün kömək edilməsini istəmişdi. Dövlətinin qurulması üçün kömək edilməsini istəyəbiləcək qədər irəli getmişdi. Türk millət vəkilləri də müsbət bir hərəkat ortaya qoya bilmirdilər.

Rusiya Əflak və Buğdanı və şərq vilayətlərimizi işğal edərək Osmanlıya qarşı 1877- ci ildə döyüşə başlamışdır. Bu döyüş “93 gün hərbi” kimi tanınır. Döyüş 31.01.1878- ci də əldə olunan Ədirnə Müqaviləsiylə bitmişdir. 3 Mart 1878-ci ildə ruslarla çox ağır şərtlərlə Ayastefonos razılaşması əldə olunmuşdu. Bundan sonra II Əbdülhəmid xan, 13 Fevral 1878-ci ildə Məclis-i Məbusanini müddətsiz olaraq tətilə göndərdi. Lakin Doxsan üç Konstitusiyası qaldırılmadı. Beləliklə, II Əbdülhəmid yenidən bütün səlahiyyətləri əlində topladı. Ayastefonos razılaşması ilə rusların Osmanlı üzərindəki suverenliyini qırmaq üçün Kipri İngilislərə kirayəyə verərək, Ayastefonos müqaviləsinin ağır şərtlərini yüngülləşdirmək üçün Berlində (13 iyul 1878) yeni bir razılaşmanın əldə olunmasını təmin edərək, Osmanlının Balkanlarda suverenliyini bir az da uzada bilmişdi. II Əbdülhəmidin “Gənc türklər”ə qarşı tətbiq etdiyi sərt tədbirlər, onların Avropaya qaçmalarına və oralarda separatçı qruplarla hərəkatlarını davam etdirmələrinə səbəb olmuşdur. Berlin müqaviləsinin 61- ci maddəsiylə yalnız ermənilər deyil, bütün azlıqlar haqqında islahatlar edilməsi qərara alınmışdı. II Əbdulhəmid bu maddəni uzun bir müddət yerinə yetirmədi. Çünki xristian ünsürlərin xaricində İslam ünsürləri olaraq kürdlərlə çərkəzləriin də boş dayanmayıb, baş qaldıracaqlarına inanırdı. 1877-1878- ci illər Osmanlı Rus müharibəsindən sonra Rusiyanın Anadolunun bəzi şəhərlərini işğal edərək, buralardakı ermənilərə müstəqillik məqsədiylə Osmanlıya qarşı qızışdırması və üsyan etdirmələri, Osmanlı ilə erməni icması arasındakı bağların zəifləməsinə səbəb olmuşdu. 1887-ci ildə ermənilər Hınçak Komitəsini yaratdılar. Məqsədləri əvvəl Türkiyəyə qarşı çıxaraq, qırğınlarla ölkəni dəhşət içində buraxıb, Qərb ölkələrinin köməkliyiylə Ermənistanı qurmaq idi. Yenə eyni illərdə Qafqazda Erməni federasiya mənasını verən Daşnaksutyun komitəsi yaradıldı. Məqsəd, Erməni təşkilatlarını birləşdirmək və Türkiyədəki şəbəkələrinə kömək etmək idi. Komitənin əsas prinsipi türklərlə kürdlərin hər göründükləri yerdə vurulmaları, xainlərin, əhdindən dönənlərin və erməni xəfiyyələrinin öldürülmələriydi. Ayrıca zənginlərin və din adamlarının kifayət qədər maraq göstərmədiklərini

şikayətlənərək, keşişlər və tacirlər əleyhinə araqarışdırmaqdan da qalmırdılar. İlk təşkilatlarını İstanbul, Van və Trabzonda qurdular. Əhəmiyyətli yerlərə Qafqaz və Rus ermənilərini yerləşdirdilər. Təbliğat mərkəzlərindən biri də Parisdə idi. Hər bir vasitə ilə qərb dövlətlərini aldadaraq, özlərinə qatılmayan ermənilərə qarşı da terror törədirdilər. Ermənistanda qiyam hərəkatlarinı idarə edən tək erməni partiyasının, Hınçak Qiyam partiyasının. - mərkəzi Afinada olan bu partiyanın kəndlər də daxil olmaqla hər yerdə şöbəsi vardı.

Ayrıca, ermənilərin olduğu bütün xarici ölkələrdə də büroları vardı. Maliyyə olaraq da Rusiya dəstəkləməkdəydi. Göründüyü kimi bu illərdə qurulan Erməni komitələri, mərkəzi nüfuzdan məhrum və bir-birindən uzaq yerlərdə fərqli adlarla çalışmaqdaydılar. Hamısının ortaq məqsədi; Müstəqil Ermənistan utopiyası uğruna, Qərbə arxalanaraq, öz irqlərini və Osmanlını aldadaraq önlərinə kim çıxarsa çıxsın, hamısını yox etməyi gözə alaraq mübarizə etmək idi.

Erməni inkar qanunu (3)

Hamidiyə alaylarının qurulması da bu mərhələlərə təsadüf edir (1890). Çıxarılan bir Qanunnamə ilə; O günə qədər əsgəri xidmət üçün , tayfalardan paltar, heyvan, tüfəng və sursatı də dövlətin qarşılaması şərtiilə alaylar qurulmağa başlanır. Kiçik tayfaların alay qurmaq və təhsil üçün bir araya gəlməsi "yasaq" lanır, yalnız döyüş halında mərkəzi hökumətin və ya ordu komandirinin ehtiyac gördüyü halda birləşmələrinə icazə verilir. Bu alayları meydana gətirəcək kişilər üç hissəyə ayrılır. 17-20 yaş arası "ibtidaiyə" ,20-32 yaş arası "Nizamiyə", 32-40 yaş arası "rədif"- deyə adlandırılırdı. Hər alaydan iki çavuş Orduda Hümayun mərkəzinə göndərilərək "Məktəb Alayı" nda öyrədilib, sonra İstanbul və ya başqa yerdə iki il xidmət etdikdən sonra , öz alaylarına göndərilirdi. Ayrıca hər alaydan bir əsgər seçilərək, İstanbulda "Süvari Məktəbində" təhsil aldıqdan sonra mülazım "leytenant" rütbəsi ilə alayına dönürdü. Beləcə, alayların zabit heyətləri yaradılırdı.

1891-ci ildə Mirliva (general) Mahmud Paşa Van, Malazgirt və Hınısda, alayların təşkilatlanmasına başlamışdı. Viranşəhərdəki Milli, Malazgirtdəki Husnanlı (Hasenan) tayfaları , Haydəranlı tayfası yeddi alayla ən güclü tayfalar olaraq diqqət çəkirdi. Bu alayların vəzifələri: Düşmən süvarisinin nizamını"kıtaatını" dağıtmaq, düşməni çaşdırmaq, aldatmaq, basqın etmək və düşməni izləməkdən ibarət idi. Bu vaxt ermənilər, 20 İyun 1890-cı ildə

Ərzurumda, 15 İyul 1890- cı ildə Qumqapısında , 6 yanvar 1893-cü ildə Merzifon, Kayseri və Yozgatda qiyam qaldırdılar. II Əbdülhəmid 1893- cü də ermənilər üçün ali əfv elan etməsinə baxmayaraq, üsyanlar, cinayətlər, yol kəsib adam boğazlamalar bitmək bilmirdi. 28 Avqust 1894- cü ildə Siirt şəhərinin Sason mahalında erməni komitəciləri, gerçək mənada Avropanın diqqətini ermənilər üzərinə çəkmək üçün böyük bir terror aktı törətdilər.

28 Sentyabr 1895-ci ildə Patrik Aşikyanın yerinə seçilən İzmirliyanın səyləriylə ermənilər, guya türk və kürdlərin onları yox etmələrinə, etiraz etmək səbəbiylə Babiəlidə beş min nəfərlik bir qrupla nümayiş etdilər. 3 İyun 1896-cı ildə Van üsyanında; Qafqaz və İran sərhədinə yaxın olmasına görə erməni üsyançılarının silah və sursatı həm daha çox, həm də digər üsyanlara görə daha mütəşəkkil və güclü idilər. Sason üsyanı qədər olmasa da bu qanlı üsyan da dəf edildi. 25 Avqust 1896-cı ildə ermənilər İstanbulda Osmanlı Bankına hücum edərək,120 məmuru girov götürdülər. Sultan Əbdülhəmid iyirmi yeddi komitəçinin bankdan çıxıb yurd xaricinə getmələrinə icazə verdi. Bu hadisədən sonra İstanbul bir xeyli qorxulu günlər keçirdi. Ermənilərin evlərdən xalqın üzərinə bombalar atması ilə əlaqədar padşah, Ədirnədən gətirdiyi əsgərlərlə vəziyyəti nəzarət altına aldı. 1896-ci ilin sonlarında II Əbdülhəmid Fransız elçisinə aşağıdakı tədbirləri təcili olaraq görəcəyini bildirir:

1- Haqqlarında heç bir günahlandırma səbəbi və dəlili olmayan məhbuslar sərbəst buraxılacaq.

2- Islahat Fərmanı dərhal nəşr olunacaq.

3- Erməni Millət Məclisi dərhal yığıncağa çağırılacaq və patrik seçimi ediləcək.

4- Diyarbakır valisi Enis Paşa vəzifəsindən uzaqlaştırılacaqtır.

5 – Üsyanlarla, qarışıqlıqların hökumət tərəfindən dərhal qarşısının alınması üçün bütün Valilərə təlimat veriləcək.

Verilən fərman nə erməniləri, nə də Qərb dövlətlərini məmnun etməmişdi.

Erməni İnkar Aktı (4)

1878-ci ildə bağlanılan “Məclis-i məbusa”nın yenidən toplanması üçün ilk hərəkat, “İttihadi Osmani” adıyla bir neçə adam arasında qurulan bir cəmiyyət tərəfindən başladıldı. Bu cəmiyyət daha sonra “İttihad və Tərəqqi” adını aldı. 1885-ci ildə adını rəsmiləşdirən cəmiyyətin fikirləri; Mülküyə, Hərbiyə və Tıbbiyə tələbələri arasında yayıldı. Hökumətə və padşaha muxâlif olan bu hərəkat genişləndi. Möhkəm şəkildə izlənilməyə başlanınca cəmiyyət üzvlərinin böyük bir qismi xaricə qaçdı. Paris, Neapol, Cenevrə və Londonda çıxan qəzet və jurnallarda hökumət əleyhinə, məşrutiyətin lehinə yazılar yazıb, onları gizlicə yurda sızdırdılar.

“İttihad və Tərəqqi” Cəmiyyəti ilk konqresini 1902- ci ildə Parisdə keçirtdi. Konfransda” İttihad və Tərəqqi” üzvləri Şahzadə Səbahaddîn və tərəfdarları, Serb, Bolqar və Erməni komitəçi rəisləri iştirak ediblər. Almaniya 1898-ci ildən etibarən Hökumət idarəsi üçün “İttihad və Tərəqqi” hərəkatına gizlicə kömək etdi. Ittifadçılar öz aralarında İngilis və Alman tərəfdarı olaraq, ikiyə ayrılmağa başladılar. Lakin bu ixtilaf, hökumətə əhəmiyyətli bir problem olmadı. Sultan II Əbdülhəmid xan sarayında bir heyət quraraq, Türklərin suverenliyində olan bir məclis quruluşuna uyğun yeni bir konstitusiya hazırlatdırmağı düşünürdü. Ancaq buna ehtiyac qalmadan üçüncü ordu zabitlərindən, Ənvər və Niyazi Bəylərin başlatdığı hərəkat nəticəsində Ferizovik, Selanik və Manastırda 20 İyul 1908-ci ildə Məşrutə elan edildi. Bunun üzərinə Sultan Əbdülhəmid xan 23 İyul 1908-ci ildə Qanuni əsasnaməni yenidən qüvvəyə qoymaq məcburiyyətində qaldı. Dekabr 1908-ci ildə toplanan Məclis-i Məbûsandakı azlıq təşkil edən millət vəkillərinin əksəriyyəti məclisdə oldu. Birinci Məşrutiyyət məclisi azlıqların mübarizə meydanına çevrildi. Balkanlarda, Osmanlı Dövlətinə qarşı üsyan edən Bolqar şəbəkə rəisi, Sandaski də daxil olmaq üzrə millət vəkili seçildi. Sason üsyanı təşkilatçıları Erməni Komitəsi rəisi Hamporsam Boyacıyan və Damadyan, Kozan millət vəkili oldular. 266 deputatdan yalnız 137- si Türk idi. 31 Mart tarixində II. Əbdülhəmid taxtdan endirilib Selanikə göndərilərkən, Qanuni əsasnamədə çox böyük dəyişikliklər edilərək, padşah qanunvericilik və icra səlahiyyətləri əhəmiyyətli dərəcədə genişləndirildi. Veto səlahiyyəti qaldırılaraq, nazirlər parlamentdə məsul vəziyyətə gətirildi. Bundan sonra padşahlıq, xilafət və səltənətin qaldırılışına qədər simvolik səlahiyyətləri olan bir mövqe halına gəldi. Sultan Beşinci Məhməd Rəşad, hökumət rejimi içində taxta keçib, yenə bu dövrdə ayrılan tək padsah oldu. “İttihad və Tərəqqi “firqəsinin rəhbərliyi fəaliyyətə başlayandan sonra İttihadçı zabitlərin nüfuzlarını hiss etdirmək üçün bəzi tayfa başçılarının həbsi, erməniləri xoş tutmaq üçün kürd əhalisini

silahsızlandırarkən, ermənilərin sərbəst silah daşımalarına icazə vermələri nəticəsində müdafiəsiz insanların faili məchul qurban getmə hadisələri artdı.

1908-ci ilin sonunda toplanan Osmanlı Məbusan Məclisinin Hamidiyə alaylarının quruluşu və adını dəyişdirərək, (Aşiret süvariləri) ordu sıralarına yazılması qərarına, tayfa rəisi yaxşı baxmadı. 1909-cu ildə Hamidiyə Alayları yavaş yavaş silahsızlandırılmağa başlandı. Haydaranlı tayfa rəisi Kor Hüseyn Paşanın həbs olunması, alaylarla “İttihadvə Tərəqqi”rejimini qarşı-qarşıya gətirdi. Hüseyn Paşa həbsxanadan çıxdıqdan sonra bütün əsgərlərini alıb İrana köç etdi. 1913-ci ildə Mosul bölgəsində Aşirət süvarilərinin başçılıq etdiyi Kürd üsyanı baş verdi.

1914-cü ildə də Bitlisdə Molla Səlimin başçılığı ilə bir üsyan da oldu. “İttihad və Tərəqqi”nin azadlıq sərxoşluğu içində olduğu sıralarda, erməni komitələri də bu mühitdən istifadə edərək bu dövrdə təşkilat mərkəzlərini gücləndirmiş, xalqı silahlandırmış və toplu müdafiə tədbirlərini inkişaf etdirmişdilər, həm öz xalqlarına, həm də müsəlmanlara qarşı qırğınlara başlamışdılar. Trablusgərb və Balkan savaşlarının Osmanlı İmperatorluğunu zəiflətməsi də onların məkrli planlarını asanlaşdırdı.

Erməni İnkar Aktı (5)

Ermənilərin bu terror hərəkətləri bütün şiddəti ilə davam edərkən; Sentyabr 1913- cü illə, fevral 1914- cü il tarixləri müddətində Rus və Osmanlı nümayəndələri arasında aparılan danışıqlar, 8 Fevral 1914-cü ildə Səit Həlim Paşa ilə Rus məşvərətçisi Gülkeviç ilə birlikdə qərarlaşdırılan islahat layihəsi ilə son nəticəsini tapmışdır. “Yeniköy Andiçilməsi” olaraq , bilinən bu andlaşma (ya da tərəflərin böyük dövlətlərə nota olaraq verdikləri və orijinal adıyla "İtilafnamə"), tətbiq olunduğu təqdirdə ermənilərin sıx olaraq yaşadığı Ərzurum,

Sivas, Trabzon, Van, Bitlis, Harput və Diyarbəkirin Osmanlı suverenliyindən çıxmasını çox asanlaşdıracaqdı.

“İtilâfnamə”; ermənilərin müstəqillik üçün ilk addımı atmasının və Osmanlı ermenilərini dövlətdən qoparan prosesin başlanğıcı olmuşdur. Buna görə” İttihad və Tərəqqi”, itilâfnamənin tətbiq olunmasını qeyri-mümkün hala gətirmək üçün tədbirlər düşünürdü. Bu vaxt “müstəqil Ermənistan”ın ordusu da Ruslar tərəfindən qurulmuşdu. Bu hissələrdə elan edilən səfərbərliyə qarşı çıxan qaçaqçılar da ermənilərin yanında yerləşdilər. Birliklərdən birinin komandiri, Osmanlı Parlamentinin köhnə bir erməni üzvü idi. Bu arada Tələt Paşanın Rusiyanı devrəxarici buraxaraq, islahatları öz içində etmək üzrə Türk erməniləri ilə apardığı danışıqlar də nəticəsiz qalınca “İtilafnamə”ni tətbiq etməkdən başqa çarə də qalmamışdı.

Elə bu dövrdə I Dünya Müharibəsi alovlandı. Döyüş bölgələrində ermənilərin düşmənlə əməkdaşlıq etmələri, ermənilərin döyüşdə kimin yanında olacağını açıqlayırdı. Ermənilərin daha I Dünya Müharibəsi başlamadan Rusiya tərəfinə keçməsi və 30 avqust 1914-cü ildə Zeytundan başlatdıqları üsyanları Maraş, Kayseri, Van, Bitlis, Talori, Muş və Ərzurumda davam etdirmələri radikal tədbirlər alınmasının vacibliyini ortaya qoydu.

Heç bir ölkə cəbhədə döyüşə girərkən arxasında düşmənin müttəfiqini buraxa bilməz. Bu səbəbdən döyüş bölgələrindən ermənilərin çıxarılması çox lazımlı bir hərbi tədbirlər idi. Üstəlik bu tədbirin daha çox gecikdirilməməsinin lazım olduğu, ermənilərin Çanaqqalada İttifaq dövlətlərinin qarmaq atdığı tarixlərdə çıxardıqları üsyanlar və 15 Aprel 1915 – ci ildə Vanda məmur və jandarmaları öldürmələriylə daha açıq bir şəkildə aydın oldu. 16-17 Mayda Vanın ruslara erməni qabaqcılları tərəfindən təslim edilməsi ermənilərin o zamana qədər icra etdikləri hərəkətlər və öz ölkələrinə qarşı olan xarici güclərlə əməkdaşlıq etmələri, (Osmanlı ordularının Çanaqqala, Qafqaz və Suriya cəbhələrində döyüşdüyü bir sırada, döyüş sahəsi olan bu üç bölgəni bir-xəttlə bir-birinə bağladığımızda, üçbucaq içərisində qalan bölgədə Erməni təşkilatları Osmanlıların Qafqaz ordusu və Suriya ordularının vacib yollarını basır və göndərilən yardım konvoylarını vururdu) köç qərarını məcburi vəziyyətə gətirdi.

Buna qarşı daha köç qərarı alınar alınmaz Osmanlı Dövləti ilə döyüş halında olan İttifaq dövlətlərinin bir bəyannamə (bildiriş) nəşretdirərək, Osmanlı Dövlətini günahkar elan etdikləri aydın görünür. Osmanlı İmperatorluğundan ediləcək bu hərəkətdən doğulacaq bütün zərər və

ziyanlarının özlərinə ödənməsini tələb etdilər. İşdə köç bu şərtlərdə başlamışdır. 24 Aprel 1915-ci ildə vilayət və “mutasarrıflıklara "tələsik və gizli" qeydi ilə bir təlimat göndərildi. Bu təlimatda, erməni komitə mərkəzlərinin bağlanılması, mallarına əl qoyulması və komitə başçılarının həbs olunması bildirildi.

Bundan sonra, "bu gün ermənilərin soyqırım günü" olaraq xarakterizə etdikləri həbslər reallaşdı. Həbs olunan ermənilərin "Müttəfiq ordularına xidmət edən erməni könüllülər və ya müsəlman qırğını səbəbkarı " olduğu, İstanbuldakı İngilis Ali Komissarlığına şifrə teleqraflarla da bildirildi. Həbs olunanlar 25 Aprel 1915-ci ildə Ayaş və Çankırı həbsxanalarına göndərildilər. Buna qarşı üsyanların davam etməsi üzərinə, Almaniyanın da təlqiniylə ermənilərin döyüş sahəsi xaricində olan Suriyaya nəqli qərarlaşdırıldı. Köç, Çanaqqala, Qafqaz və Fələstində döyüşən Osmanlı ordularının dəstək göstərə biləcəyi yerlərdəki ermənilər ilə təşkilatlara dəstək verən bütün erməniləri əhatə etmişdir. Məcburi köçə tabe edilən Daxili və Şərq Anadoludakı ermənilərin, döyüş sahəsindən uzaq olan Suriya bölgəsinə yerləşdirilməsi qərarlaşdırıldı. Nəqlin asanlıqla reallaşdırılması üçün ana yollar və qatar yolları seçildi . Beş mərkəz sahəsi təyin olundu. Hərəkət hazırlığı etmələri üçün, konsul hesabatlarında da yer aldığı kimi ortalama bir həftə müddət verildi. Köç əmri verilən ermənilər, 2000 nəfərlik kavran olaraq göndərildilər. Karvanların qorunması üçün, döyüş əsgərlərindən imkan daxilində qoruma verildi. Məcburi köç əsnasında fövqəladə çətinliklər yaşandı, minlərlə adam epidemiya xəstəliklərindən həyatını itirdi.

Ancaq bu itkilər dövlətin döyüş şərtləri səbəbiylə baş verən hadisələrdir. Çünki bütün yoxsulluğa rəğmən ermənilərin məcburi köçü üçün dövlət milyonlarla manat xərcləməkdən çəkinməmişdir. Bu görülən tədbirlər sayəsində qismən itkilərə baxmayaraq məcburi köç etdirmə 03/02/1916 tarixində müvəffəqiyyət ilə nəticələnmişdir.

22 Dekabr 1918 – ci ildə günü çıxarılan dönüş Fərmanı ilə geri dönüş xərclərinin dövlət tərəfindən qarşılanacağı bildirilərək ermənilərin evlərinə dönmələrinə icazə verilmişdir. Tələt Paşanın geri dönüşü asanlaşdırmaq üçün 2.000.000 lirəlik təcizat ayırdığı da məlumdur. 1918- ci il dekabr ayından etibarən dönüşlər artdığı üçün təcizat miqdarı da artmış, fevral 1919 – cu il tarixində xərclənən pul 120.000.000 lirəyə yüksəlmişdir.

Erməni İnkar Aktı (6)

30 oktyabr / 1918-ci ildə Mondros atəşkəs razılaşmasının imzalanmasından sonra ermənilər Rus Kazak əsgərlərinin qoruması altında, Şərq Anadoluda bəzi yerləri işğal edərək yerli xalqa qarşı qırğınlar başlatdılar. Bu hərəkətlər artdığında 09 İyun 1920 – ci il tarixində Şərqi Anadoluda səfərbərlik elan edildi. Ermənilər Oltuda yerli Türk rəhbərliyi üzərinə gedərək o bölgəni də ələ keçirincə; Xarici işləri Nazirliyi tərəfindən 07 İyul 1920-ci ildə qəti davamlı bir xəbərdarlıq verildi. 29 Sentyabr 1920 – ci ilin səhəri ermənilərin əlinə keçən Qars, 30 oktyabrda geri alındı. 7 Noyabrda Arpaçay və Gümrü şəhərləri də geri alındı. Çarəsiz qalan Erməni daşnak hökuməti sülh bağlamaq üçün Milli Hökumətimizə müraciət etdilər.

26 Noyabrda 15- ci Kolonya Komandiri Kazım Karabəkirin başçılığı ilə danışıqlar başlandı.. 2 Dekabr -1920-ci ildə Gömrü müqaviləsi imzalandı. Milli Hökumətimizin etdiyi bu ilk anlaşmada Osmanlı Dövlətinin 1877 – ci il döyüşündə itirmiş olduğu torpaqlar təkrar geri alındı. Ermənilər Şərqi Anadoluda onlara bir miqdar torpaq verən Sevr anlaşmasını (10 / Avqust / 1920) yox saydıqlarını və Türkiyə içində ermənilərin çoxluq təşkil etdiyi heç bir bölgənin olmadığını qəbul etdilər.

Müqavilənin imzalanmasından bir gün sonra Qızıl Ordu tərəfindən Ermənistanda Sovet hökuməti qurulduğu üçün Gömrü müqaviləsi təsdiqlənmədi.

İstiqlal Savaşı və arxasından imzalanan Lozanna Anlaşmasıyla birlikdə Erməni mövzusu bütün dövlətlərin xarici siyasətlərindən çıxarılmış kimi göründüyü vaxt 1970-ci illərdə "Asala" terror təşkilatı ilə Türk Dövlət adamlarına və diplomatlarına yönəldilən qırğınlarla təkrar alovlandı; Bu tarixdən sonra və bu gün də başda Amerika olmaqla Fransanın hamiliyini siyasi platformaya daşıdılar.

Fransanı qiymətləndirərkən Osmanlıya qarşı etdiyi siyasətin qısa bir xülasəsini də vermək qərarına gəldim. Qanuni Sultan Süleymanın bir lütf olaraq 1535- ci ildə tanıdığı kapitulyasiya imtiyazı, iki ölkə arasında ilk ciddi və dostluq əlaqəsinin başlanğıcıdır. Bu kommersiya və siyasi münasibət; 1683- cü il tarixində Fransa Avstriyaya kömək edərək, Osmanlıya gerçək bir dost ola bilməyəcəyini ortaya qoymuşdu. 1740- cı il kapitülasyonlarıyla

genişləndirilərək davam etmişdir. Daha sonra Napoleon Bonapartın ilk məğlubiyyətə uğradığı Misir səfəri xəyanətlərinin davamı olmuşdur. Ancaq Rusiya ilə döyüşləri əsnasında Osmanlıyla dost görünməyə çalışan Fransa, 1807-ci ildə Rusiya ilə anlaşınca, yenidən Osmanlı dostluğuna xəyanət etmişdir. 1830-cu ildə Əlcəzairi işğal edərək, əldə etdiyi torpaqları tam bir kölə dövləti zehniyyətiylə idarə edərək, həm Osmanlılara, həm də cəzayirlilərə xəyanət edərək, Afrikada müstəmləkəçiliyinə davam etmişdir. Kavalalı Məhmət Əli Paşanın üsyanında onu dəstəklədiyi halda, Krım müharibəsi zamanı Osmanlı Dövləti ilə birlikdə hərəkət etmişdir. 1870- ci də Almaniyaya məğlub olduğu üçün bir müddət siyasi manevr etmə və digər dövlətlərə təsir etməkdən məhrum qalan Fransa, Berlin konqresinə qatılmasına baxmayaraq, təsirli ola bilməmişdir. Ancaq yenidən elan edilən Cumhuriyətlə birlikdə köhnə rolunu əldə edən Fransa, müxtəlif qrupların siyasi mübarizələrini dəstəkləməyə və onların sığınacaq mərkəzləri olmağa başlamışdır. Bu arada Osmanlı Dövlətindəki Katoliklərin də himayədarlığını almış və Krım müharibəsinin bitməsinə səbəb olan Müqəddəs Yerlər məsələsində əhəmiyyətli rol oynamışdır. Almaniyaya qarşı məğlubiyyəti həzm edə bilməyən Fransa, Rusiya ilə yaxınlaşmağa başlamış, İngiltərə ilə də fikir ayrılıqlarını həll etdikdən sonra Osmanlı dövlətinin parçalanması və bölüşdürülməsi üçün xeyli aktiv rolu boynuna götürmüşdür. 1830-cu ildə 1921-ci ilə qədər Orta-Şərq və Aralıq dənizindəki tarazlıqları, “Erməni Məsələsi” kimi süni bir xəstəlik olaraq ortaya atmağa çalışan, Anadolunun işğalını və bu torpaqlarda öz siyasi nüfuzunu təmin etməyə çalışan Fransa, Xüsusilə Mondros Atəşkəsindən sonra ermənilərlə əlaqələrini inkişaf etdirmiş, erməni təşkilatlarının türk millətinə qarşı girişdikləri qırğınlara dəstək vermişdir.

Erməni İnkar Aktı (7)

Nəticə:

Uzun illər Erməni diasporunun apardığı səmərəli təbliğat səbəbiylə, bu gün dünyada geniş bir kütlə, erməni soyqırım iddialarını mənimsəməkdədir. Erməni diasporunun təbliğatı nəticəsində, "soyqırım” edildiyini qəbul etməsi və

hətta bəzi ölkələrin tarix dərs kitablarına “soyqırımın”ın daxil olması, gələcəkdə daha geniş kütlənin, qarşımızda iştirak etməsinə gətirib çıxaracaq.

Ermənilərlə elmi sahədə qurulmaq istənən dialoq da, xüsusilə ermənilərin elmi müzakirəni qəbul etməməsi səbəbiylə gerçəkləşməməktədir. Ermənilər daxil, heç kimin soyqırım olduğunu ortaya qoya biləcək bir sənədi də yoxdur. Onsuz da bu günə qədər belə bir sənədin nəşr olunmamış olması da bunu göstərir. Buna qarşılıq Osmanlı Arxivində nəşr olunan sənədlərdə, əslində türklərin qırğına uğradıqları ortaya çıxmaqdadır. Bu səbəblə dünyanı heyrətləndirəcək, dünya ictimaiyyətini düşünməyə yönəldəcək. Prof. Halaçoğlunun bu mövzudakı təklifini beləcə yekunlaşdıra bilərik: “Siyasi, hüquqi və diplomatiya baxımından yaxşı bir qiymətləndirmə edilib strategiya təyin olunduqdan sonra, TBMM-nin birbaşa BMT-yə, tərəf ölkələrin elm adamlarından (Türk, Erməni, Fransız, İngilis, Amerikalı, Rus və Alman) meydana gələcək bir komissiya qurulması və mövzunun, əlaqədar bütün arxivlərin də açılaraq bu komisyonda araşdırılması təklif edilə bilər. Təklif, hadisələrin 1915-ci ildə, yəni Türkiyə Respublikasının qurulmasından əvvəl meydana gəldiyi, bu səbəbdən dövlət olaraq iddiaların həmsöhbətinin Türkiyə ola bilməyəcəyi, ancaq o tarixlərdə reallaşan hadisələrin yalnız insani dəyərlərdə Türkiyəni maraqlandırdığı, ediləcək araşdırmanın, əsassız iddialarla bir cəmiyyəti qaralamağa çalışan və buna görə haqsız olaraq siyasi təzyiqlərə məruz qalan tərəf olması vurgulana bilər. Belə bir təklifin ehtimalla rədd edilməsi gözlənilir. Çünki arxivlərin açılması, başda Fransa olmaq üzrə, bir çox dövlətin Erməni problemilə günahını, onlarla gizli razılaşmalarını, yönləndirmələrini, silahla yardımlarını və hətta Osmanlı Dövlətinə qarşı icra etdikləri siyasətlərdə erməniləri öz maraqlarına necə alət etdiklərini də ortaya çıxaracaq . Təklifin rəddi halında Türkiyə, mövzunun artıq gündəmindən çıxdığını və bundan belə heç bir şəkildə bu cür iddialara həmsöhbət olmayacağını açıqlaya bilər. Təklifin qəbul edilməsi vəziyyətində isə, bu günə qədər müxtəlif parlamentlərdə təsdiq edilmiş "soyqırım" ittihamları, bilvasitə olaraq rədd edilmiş olacaq. Araşdırmalardan çıxacaq nəticə isə, hər iki tərəfin, döyüş mühiti içində bir-birlərini qətl etdikləri, dövlət tərəfindən planlanmış bir qırğının olmadığı, hüquqi ölçüdə hadisələrin soyqırım olaraq adlandırılmaması lazım olduğu, 1915-ci ildə ermənilərin və türklərin başlarına gələnlərdən ötəri kədər duyulduğu vurgulana bilər.”

Vəsiqə Qeyd: Aşağıdakı sənəd, bütün İttifaq Dövlətlərinin və Erməni təşkilatlarının prezident olaraq qəbul etdikləri köhnə bir Osmanlı paşası olan

Boghos Nubar Paşa tərəfindən Fransa xarici işlər nazirinə göndərilmişdir. Göndərildiyi tarix 30 noyabr 1918 – ci il tarixini daşıyır və I Dünya Müharibəsi ilə əlaqədar bir bildiriş! Bu sənəddə həm ermənilərin, həm də Fransa Respublikasının nələr etdikləri açıqca gözlər önünə sərilir. Fransa bu tarixlə üzləşə biləcəkmi? General Allenbay isə İngilis Fələstin ordu komandirı olmuşdur.

I Dünya Müharibəsi əsnasında ermənilərin günahsız olduqlarını iddia edənlərə göndərilir. SƏNƏD

Fransız Milli Arxivləri,

Şərq Serisi,

Ermənistan

2 – ci cild , Səhifə 47.

Xarici işlər

Qeydiyyat damğası

3 Dekabr 1918.

30 noyabr 1918

Erməni Milli Komitəsi
Hörmətli nazir,

Erməni Milli Komitəsi adından, bu xüsusları xatırladaraq aşağıdakı bəyanatı bildirməklə şərəf duyuram: Sizin də çox yaxşı bildiyiniz kimi, ən böyük fədakarlıqlar və davamlı ızdirabları bahasına, müharibənin əvvəlindən bəri İtilâf Ştatlarının qayəsinə sarsılmaz bağlılığımızın bir nişanəsi olaraq ermənilərin ümumi bir şəkildə döyüşən tərəf olduğunu; Fransada, ilk gündən etibarən xidmət edən könüllülərinin Fransız bayrağı altında Xarici Legyonunda zəfər əldə etdiklərini; Respublika hökumətinin tələbi üzərinə Erməni Milli Komitəsi tərəfindən silah altına alınan erməni könüllülərin Fələstində və Suriyada, Fransız birliklərinin dərhal yarısını təşkil etdiklərini və General Allenbayın zəfərində böyük payları olduğunu, bunun da Allenbay və Fransız komandirlər tərəfindən rəsmi olaraq bəyan edildiyini , Qafqazda, Rus imperiyasının ordusundakı 150.000 ermənidən

ibarət komandirləri Antranik və Nazarbekovun əmri altında, 40.000 çox könüllünün bir qisim Erməni vilayətlərinin qurtuluşuna iştirak etdiyini lütfən hörmətli nazir, üstün sayğılarımın təminatı olaraq qəbul edin.

Ekselans S. PICHON Xarici İşlər naziri Boghos Nubar Paris

İmza Xarici işlər qeydiyyat

damğası

3 Dekabr 1918

Türkcədən dilimizə Nazilə Gültac uyğunlaşdırıb

Xəbəri paylaş







Tarix: 6 sentyabr 2017 10:34
Çox sağ olun. sizə uğurlar arzu edirəm.
Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Noyabr 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar