Sizin Reklam Burada
Xəbər lenti
22-11-2024
BÜTÜN XƏBƏRLƏR

Oruc tutmağın faydaları

Tarix: 24-05-2017 07:24     Baxış: 4405 A- / A+
Oruc tutmağın faydaları
Əslində bəlkə də mən səhv edib belə bir başlıq qoyuram, çünki oruc tutmaq yalnız Allah rizası üçün olmalıdır və Allahın əmri olaraq tutulan orucun inşallah ki heç bir ziyanı olmaz. Siz Allahın əmri olaraq orucunuzu tutun.
Oruc bədənimizin və ruhumuzun təmizlənməyi deməkdir, əgər 30-50 il bundan əvvəl bütün dünya oruc tutmağa bir ikrah hissi ilə baxırdılarsa, indi bütün dünyada acqalma ilə müalicələr və aclıq mərkəzləri fəaliyyət göstərir.
İnsanın ən vacib orqanlarından biri qaraciyərdir, insan qaraciyərsiz 3 saniyədən artıq yaşaya bilməz. Qaraciyər üçün ən etibarlı effektiv müalicə üsullarından biri oruc tutmaqdır, qaraciyər enerji deposudur, oruc tutan zaman, yəni acqalmadan 6-7 saatdan sonra orqanizm qaraciyərdəki ehtiyyat enerjidən istifadə etməyə başlayır, bu zaman yüngül ürəkbulanma, halsızlıq ola bilər. Bu təbiidir, heç bir ziyanı yoxdur. Qaraciyər həm yenilənir, həm istirahət edir, həm də daxilindəki enerjini təzələyir. Aclıq zamanı xolesterin və triqliseridlərin səviyyəsi (damarların daxili divarını tutmuş yağlar) normallaşır.
Mədəaltı vəz xəstəliyindən (pankreatit) əziyyət çəkənlər üçün faydalıdır, çünki 6-7 saatdan sonra mədəmiz boş olduğundan fermentativ aktivlik aşağı düşür və demək olar ferment ifrazı olmur, bu zaman mədəaltı vəzi üçün özü-özünü bərpaetmə baş verir (çünki pankreatit zamanı mədəaltı vəzin öz şirəsi özünü yandırır). Aclıq zamanı mədəaltı vəzi istirahət edir, sonra isə daha yaxşı insulin ifrazına başlayır, şəkər xəstələri üçün bundan yaxşı nə ola bilər.

Orucluğun 10-cu günündən sonra insanın ağız suyu ifrazı artmağa başlayır və insan yeyəcəklərin dadını daha yaxşı bilir, yediyi yeməklərə bol ağız suyu qarışdığından mədə bağırsaq xəstəliklərinə daha az tutulur.

İnfart, Ateroskleroz kimi ürək xəstəliklərinin müalicəsi üçün oruc tutmaq əvəzolunmazdır. Oruclu olanda damarlarda qan həcmi azalır bu zaman ürək istirahət edir özünü yeniləyir, daha sonra hüceyrələr arası suyun azalması nəticəsində toxumaya təzyiq qüvvəsi aşağı düşür və sonda toxumalarımız təmizlənilir.

Oruc zamanı iftara yaxın bədənimizdə olan bütün enerji verən maddələr hamısı tükənir, sonunda damarların içindəki yağ toxuması parçalanmağa başlayır. Oruclu vaxtı ağızdan iy gəlməsinə baxmayaraq, orucdan sonrakı vaxtlarda ağız iyləri tamamilə yox olur, ağızdan iy gələnlər üçün oruc çox faydalıdır. Bəzən elə insanlar var ki dərilərindən çürümüş bir iy gəlir, belə insanlar üçün yeganə çıxış yolu oruc tutmaqdır.yenilk.az

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Noyabr 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar