Xəbər lenti
"Futbol İntellektual oyundur :futbolçunun hansı düşüncə daşıyıcısi olduğunu bilmək çox vacibdir"
Futbolda vəziyyəti düzəltmək üçün ona baxış dəyişməli və fəaliyyət prinsipləri yenilənməlidir. Futbol çox mürəkkəb oyundur. Çünki, halət (vəziyyət) zamandan asılı olaraq hər an dəyişir. Futbolda realist olmaq lazımdır. Metafizik motivasiyalar heç nə verməz, hər oyunçuya 100 min pul mükafatını 10 qat artırsan belə.
Bu oyuna mürəkkəb sistemlər nəzəriyyəsinin işığında baxmaq lazımdır. Zəruri bəzi məqamları vurğulamaq istəyirəm.
1. Futbol gənclərin sıradan arzusu yox, gəncin missiyası olmalıdır. Futbol üçün doğulan gəncdən futbolçu olar. Başqa sözlə, gənc yuxuda da futbol oynamalıdır.
2. Fiziki çəhətdən futbolçuların bütün standartlara cavab verdiyini qəbul etsək belə, uğur qazanmaq üçün fütbolçulardan bir sıra intelektual və psixoloji keyfiyyətlər də tələb olunur. Futbolda psixoloji trinerə ehtiyac var. Çünki hər bir futbolçu insandır, futbol isə intellektual oyundur.
3. Futbolçuların fərdi –psixoloji durumu müəyyən edilməlidi. Hər bir futbolçunun şəxsi və ya ictimai mənafe daşyıcısi olduğu dəqiq müəyyən edilməlidir. Bu parametr ölçülə bilən kəmiyyətdir. Komandada həm eqoist, həm də alturist xasiyyətli futbolçuların olmasına ehtiyac vardır.
4. Himayədarlıq prinsipinə “yox” demək lazımdır. Akademik oğlundan yaxşı alim alınmadığı kimi, futbolçu oğlundan da yaxşı futbolçu alınmaz. Məncə, bu sənət irslə ötürülmür. “Obama sindromunu” yadda saxlamaq lazımdır. Amerka subut etdi ki, atasını tanımadığımız qara dərili insandan da prezident olar. Atasını tanımadığımız uşaqdan da yaxşı futbolçu olar.
5. Sinerqetik yaxınlaşma. Futbolçunun hansı düşüncə daşıyıcısi olduğunu bilmək çox vacibdir. Bu yaxınlaşmaya görə futbolda idmançının psixoloji fərdililiyi (özəlliyi) nəzərə alınmalıdır. Professionallıq dərəcəsi (indeksi) 0,85 və 0,95 olan iki hücumçudan isə professionallıq indeksi 0,90 olan iki futbolçu dueti yaxşıdır. Və ya: Özünə məhəbbəti (eqoizmi) yüksək və uğur indeksi yüksək (0,95) olan iki hücümçudan isə, bu göstəricisi 0,90 olan iki alturist hücumçu daha məqbuldur.
6. Legionçuluq milli ruhu öldürür. Futbolçu Əhməd futbolçu Məmmədin uğuruna sevinər, ancaq nə Əhməd, nə də Məmməd Robertin uğuruna sevinməz. Əksinə, ruh düşgünlüyü yaradar ki, biz qüsurlu millətik. Yaponu yapon edən yapon ruhudur. Elə gürcünü gürcü edən də milli ruhdur. Bizim futbolda dalbadal uduzmağımız gənclərdə milli ruhu öldürür. Milli təəssübkeşliyi azaldır. Biz milli ruhu yüksəldən, milli hislərini artıra bilən İDMAN növlərinə üstünlük verməliyik. Milli ruhu öldürən idman növünə “yox” deməyi bacarmalıyıq.
7. Oyunçuların fərdi hazırlıqları diqqət mərkəzində olmalıdır. Misal üçün, hücumçular üçün volibol (və ya baskitbol) oyunu, müdafiəçilər üçün isə şahmat ( boks, güləş) kimi oyunlar öyrədilməlidir. Niyəsi aydındır. Çünki, bu oyunlar birisi “məni”, birisi isə “bizi” tərbiyə edir.
Bu deyilənlərdən belə nəticə çıxarmaq lazımdır ki, klublar işlərini elmi əsaslarla qurmalıdır. Futbola pulun çox xərclənməsi qələbə üçün zəruridir, ancaq kafi deyildir.
Kafi şərt bu gözəl oyuna idda ilə yox, elmlə yanaşmaq lazımdır. Keçmişdə bizdə gözəl futbol olub, indi də ola bilər. İndi də milli qürur mənbəyi olan futbolçular yetişdirmək mümkündür. Çalışmaq lazımdır ki, futbol kefimizə kədər yox, kef qatsın. Qarabağ kədəri bəsimizdir.
Prof. Şahlar ƏSGƏROV
Manevr.az

Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər
Axtarış
Reklam
İqtisadiyyat
Yazarlar
Sevinc QƏRİB
KƏRAMƏT
KƏRAMƏT
Emil Rasimoğlu
KƏRAMƏT
Aydın Canıyev
Aydan Ay
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar