Xəbər lenti
Əlizadənin İrəvandakı konserti ləğv edildi

Manevr.az publikaaz-a istinadla xəbər verir ki, bu barədə "Coca-Cola Fest"in təşkilatçıları məlumat yayıb.
“Bildiririk ki, Sevdaliza İrəvanda çıxış etməyəcək. İstəsəniz, alınan biletləri geri qaytara bilərsiniz”, - məlumatda bildirilib.
Qeyd edək ki, sosial şəbəkələrin erməni seqmentində Sevdalizanın İrəvanda konsert verəcəyi ilə bağlı xəbərlər tənqidlə qarşılanıb. İddia olunub ki, o, yaradıcılığında antixristian motivlərə yer verir. Etiraza məşhur bloqerlər də qoşulub. Təşkilatçılar buna görə konserti ləğv etmək məcburiyyətində qalıblar.
Sevdaliza kimi tanınan İran əsilli niderlandlı müğənni, bəstəkar və prodüser Sevda Əlizadə 1987-ci il sentyabrın 1-də Tehranda anadan olub. 5 yaşında ailəsi ilə birlikdə Niderlanda köçüb. Müğənni fars, holland, ingilis, fransız və portuqal dillərində sərbəst danışır.
Manevr.az
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər



Axtarış
Reklam

İqtisadiyyat
Kriminal
Şou-biznes
Yazarlar
Emil Rasimoğlu
Emil Rasimoğlu
Emil Rasimoğlu
Cahangir NAMAZOV
-Təranə Dəmir
- Sevil Nuriyeva
Emil Rasimoğlu
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar