Sizin Reklam Burada
Xəbər lenti
15-07-2025
14-07-2025
BÜTÜN XƏBƏRLƏR

Faciələr silsiləsinin daha bir səhifəsi

Tarix: 15-07-2025 13:54     Baxış: 343 A- / A+
Yeni nəşrin təqdimatı

 Azərbaycan Mətbuat Şurasında“Başlıbel: yaranışdan işğaladək” kitabının təqdimatı keçirildi
 
“Qarabağ Azərbaycandır!”
Bu nida cümləsi bizi 30 illik işğal tarixindən ağlaya-ağlaya yazılan yurdlarımıza qaytarmağın rəmzi olmaqla yanaşı, həm də   iki əsrlik təcavüzkarlıq siyasətinin ifşasıdır! Doğma Qarabağa Böyük Qayıdışdır!
2020-ci ilin 8 noyabrından bugünədək işğaldan azad edilmiş tarixi torpaqlarımızda görülən yenidənqurma, inkişafa stimul verən işlər, həyata keçirilən yol infrastrukturları, qarabağlıların ata-baba yurdlarına dönüş xalqımızın və müstəqil Azərbaycanın yeni eraya  qədəm basması deməkdir.
Bütün bunlarla yanaşı, biz tariximizin qanlı-qadalı səhifələrini də unutmamalıyıq.  Ermənistanın və onun təcavüzkarlığını dəstəkləyən, əslində, qızışdırıb üstümüzə salan havadarlarının xalqımıza, dövlətimizə vurduğu maddi-mənəvi  ziyanın (oxu: yaralar) qaysaq tutması mümkün deyil. Qarabağda  ermənilərin törətdiyi faciələr bir deyil-beş deyil.
Həmin qanlı terrorların yaddaşlardan silinib getməmiş tarixləşdirilməsi  qələm əhlinin üzərinə düşdü. Nə yaxşı ki, qədirbilən qələm adamlarımız var idi. Konkret olaraq deyim ki, Kəlbəcərimizin 35 illik işğal tarixini öyrənmək üçün son illər buraxılan kitabları oxumaq lazımdır. Təəssüf ki, həmin kitablar da barmaqla sayılacaq qədər az tirajla nəşçr edilir. Çünki müəlliflər, necə deyərəl, “balalarının boğazından kəsib” əldə etdiyi məbləğ 50-100 kitabın buraxılmasına ancaq yetir. 
Nə isə, bunlar başqa mövzunun söhbətidir.
Bu günlərdə təqdimatı keçirilən “Başlıbel:  yaranışdan işğaladək” kitabı da Kəlbəcər rayonunun Başlıbel kəndinin 1993-cü ilin aprel ayından sonra erməni vandallarının orada törətdiyi qətliamlara həsr edilən 3  nəşrdən biridir.  
Tədbiri açan Azərbaycan Mətbuat Şurasının sədri, “525-ci qəzet”in baş redaktoru Rəşad Məcid kitab və onun müəllifi haqqında fikirlərini yığcam şəkildə bildirdikdən sonra sözü jurnalsitika sahəsində dəst-xəttilə seçilən professor Qulu Məhərrəmliyə verdi. 
Özünün də doğulduğu Zəngilan rayonu Ermənistanın təcavüzünə məruz qalandan el-obasının didərgin həyatı yaşamasını yaxşı bilən professor  bu faciələrin qələmə alınmasının vacibliyini qeyd etdi və   kitabın müəllifi Elxan Salahlının çox böyük əziyyətinin bəhrəsini yüksək dəyərləndirdi.
Belə mühüm tədbirlərdən qalmayan Beynəlxalq Avrasya Mətbuat Fondunun sədri Umud  Mirzəyev, Milli Məclisin üzvlərindən, Əməkdar jurnalist Sevil xanım Mikayılova,  Rizvan Nəbiyev, əslən başlıbelli millət vəkili Mircəlil Qasımlı, Elxan Salahlının da son vaxtlar çalışdığı “Vətən səsi” qəzetinin baş redaktoru Elşən Əliyev, həmçinin Kəlbəcər rayonunun Sarıdaş kəndində dünyaya göz açan, “Modern.az” saytının   qurucusu və rəhbəri, Əməkdar jurnalist Elşad Eyvazlı, Kəlbəcərin Zülfüqarlı kəndindən olan jurnalist Fərqanə Allahverdiqızı, mətbuatda bir-birindən dəyərli yazıları ilə tanınmış  Rey Kərimoğlunun fikirləri dinlənildikdən sonra söz Kəlbəcərin tarixini, ədəbi dünyasını, faciələrini ilk qələmə alan Məhəmməd Nərimanoğluna  verildi.

Jurnalist həmkarını yeni kitabının çıxması ilə bağlı təbrik edən Məhəmməd Nərimanoğlu belə tədbirlərin vacibliyini  vurğuladı. Jurnalist həmkarımız illər öncəyə, daha doğrusu, 1996-cı ildə Ulu öndərimiz Heydər Əliyevin bir qrup kəlbəcərli ziyalılarla olan görüşünü xatırlatdı.  Həmin dövrdə M. Nərimanoğlu “Yeni Azərbaycan” qəzetinin məsul katibi imiş. Kəlbəcərdən  didərgin düşüb, Bakıda müvəqqəti olaraq fəhlə yataqxanasında məskunlaşmasına baxmayaraq, o, hər ilə bir kitab yazaraq, Kəlbəcərin qanlı-qadalı tarixini, Birinci Qarabağ döyüşlərində, ümumiyyətlə isə Kəlbəcərin beş illik mühasirəsində canlarını doğma yurdun müdafiəsinə həsr edib, şəhidlik zirvəsinə ucalanların şərəfli ömür və döyüş yollarını tarixləşdiribmiş: “...Həmin görüşdə mənim iki (“Dağların sinə dağı” və “Yurd göynərtisi”) kitablarımın  Azərbaycan Prezidenti Heydər Əliyevin masası üstündə olması (ikinci kitabın girişində Kəlbəcərin mühasirə illəri barədə əsaslı faktlar və məlumatlar verilir) mənim üçün həm qürurverici idi, həm də daxilimdə bir həyacan vardı. Ümummilli liderimiz dərin məzmunlu  çıxışında bildirdi ki, Kəlbəcərin təkcə torpağı, təbiəti deyil, insanları da sərvətdir. Baxın, aranızda bütün sahələrin mütəxəssisləri var: şairlər, jurnalistlər, hüquqşünaslar, gedin Kəlbəcərin tarixini yazın, həm də kənd-kənd, məhəllə-məhələ. Çünki zaman-zaman xalqımızın tarixi yazılmayıb. Müxtəlif imperiyalar buna imkan verməyib. Bəli, bundan sonra mən Kəlbəcərin bütün sahələrdə tarixini  arxivlərdə araşdırdım və nəticədə 28 kitab ortaya qoydum. Məhz Ülu öndərimizin tövsiyə və tapşırıqlarına görə. Bu gün sevinirəm ki, nəhayət,  daha bir həmkarım öz kəndinin faciəsini və el-obasının tarixini yazmaqla, bu sahədə qələm çalanlar sırasına adını  yazdırıb. Başlıbelin ilk şəhidi haqqında da mən hələ Kəlbəcərdəikən  yazmışam...”
Tədbirin sonunda müəllif dəvəti qəbul edib gələn  millət  vəkillərinə, QHT təmsilçilərinə, eləcə də  jurnalist həmkarlarına təşəkkürünü bildirdi.
Tədbirdə Başlıbel faciəsinə həsr edilən sənədli filmdən fraqmentlər də göstərildi ki, bu da Dəlidağın ətəyindəki qanlı kahalarda baş verən qətliamların ağrı-acısının heç vaxt unudulmayacağını  təsdiqləyirdi.
Faciələrimiz heç vaxt yaddan çıxmayacaq. Lakin bu günlərdə eşitdiyimiz xəbər biz kəlbəcərliləri daha çox sevindirdi.  Murovdağın altından keçən Toğana-Kəlbəcər tunelinin bir tərəfinin (Yanşaq-Toğana) şəkildə açılması doğma ata-baba yurdlarımıza dönüşü bir qədər də tezləşdirəcək. O gün isə, inşallah, uzaqda deyil. Bu il Kəlbəcərə ilk köç karvanı yola düşəcək. Qoy həmişə yazılarımız da bundan sonra nikbin notlarla sona çatsın.
 

Nigar İmamverdiqızı (Qaybalıyeva),
“Yenilik-press” qəzetinin redaktor müavini


Manevr.az










Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    İyul 2025    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
28293031 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar