Sizin Reklam Burada
Xəbər lenti
30-12-2024
BÜTÜN XƏBƏRLƏR

Öcalan Türkiyədən nələri istəyir? - Sensasion müraciət

Tarix: 29-12-2024 16:25     Baxış: 392 A- / A+
Öcalan Türkiyədən nələri istəyir? - Sensasion müraciət
Türkiyənin DEM Partiyasının millət vəkilləri Sırrı Sürəyya Öndər və Pərvin Buldan İmralı həbsxanasında PKK lideri Abdullah Öcalanla görüşüb.
Manevr.az xəbər verir ki, İmralı toplantısından sonra DEM Partiyası Öcalanın fikirlərini açıqlayıb:

- Türk-kürd qardaşlığının yenidən möhkəmləndirilməsi təkcə tarixi məsuliyyət deyil, həm də bütün xalqlar üçün taleyüklü əhəmiyyət və aktuallıq qazanıb;
- Prosesin uğuru üçün Türkiyədə bütün siyasi dairələrin dar düşüncələrə qapılmadan təşəbbüs göstərməsi, konstruktiv hərəkət etməsi və müsbət töhfələr verməsi vacibdir. Bu töhfələrin ən mühüm zəminlərindən biri də şübhəsiz ki, Türkiyə Böyük Millət Məclisi olacaqdır;
- Qəzza və Suriya hadisələri göstərdi ki, kənar müdaxilələrlə çıxılmaz hala gətirilən bu problemin həlli artıq təxirə salınmamalıdır. Bu məsələdə uğur qazanmaq üçün müxalifətin töhfələri və təklifləri də dəyərlidir;
- Hörmətli Baxçalı və cənab Ərdoğanın gücləndirdiyi yeni paradiqmaya lazımi müsbət töhfə vermək səlahiyyətinə və qətiyyətinə sahibəm;
- Nümayəndə heyəti bu yanaşmanı həm dövlət, həm də siyasi dairələrlə bölüşəcək. Bunlarla yanaşı, mən lazımi müsbət addımı atmağa və çağırış etməyə hazıram;
- Bütün bu səylərimiz həm ölkəni layiq olduğu səviyyəyə çatdıracaq, həm də demokratik dönüşüm üçün çox dəyərli addım olacaq;
- Bu dövr Türkiyə və region üçün sülh, demokratiya və qardaşlıq dövrüdür”.
Xatırladaq ki, daha əvvəl MHP lideri Dövlət Baxçalı Öcalanın təcridinin aradan qaldırılması ilə bağlı şərtlərini irəli sürmüşdü.


Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Yanvar 2025    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar