Belarus Respublikasının Prezidenti Aleksandr Lukaşenko Prezident İlham Əliyevə başsağlığı məktubu ünvanlayıb.
Manevr.az xəbər verir ki, məktubda deyilir:
"Əziz İlham Heydər oğlu.
"AZAL" aviaşirkətinə məxsus sərnişin təyyarəsinin Qazaxıstanın Aktau şəhəri yaxınlığında qəzaya uğraması nəticəsində insanların faciəvi şəkildə həlak olması xəbərini Belarus Respublikasında dərin hüzn və kədərlə qarşıladılar.
Belaruslular Azərbaycan xalqına üz vermiş fəlakətin ağrı-acısını və əvəzolunmaz itkinin kədərini bölüşürlər.
Hörmətli İlham Heydər oğlu, belə bir ağır vaxtda Sizə, həlak olanların doğmalarına və yaxınlarına səmimi dəstək sözlərimi qəbul etməyinizi xahiş edir, xəsarət alanlara isə tezliklə sağalmalarını arzulayıram".
Xəbər lenti
Axtarış
Reklam
İqtisadiyyat
Yazarlar
İttifaq MİRZƏBƏYLİ
Emil Rasimoğlu
Sevinc QƏRİB
KƏRAMƏT
KƏRAMƏT
Emil Rasimoğlu
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar