Xəbər lenti
Gələn il 62 rayon büdcədən dotasiya almayacaq
2025-ci ildə respublikanın şəhər və rayonlarından 62-si Laçın və Zəngilan rayonları əlavə olunmaqla xərclərini dövlət büdcəsindən maliyyə yardımı - dotasiya almadan öz gəlirləri hesabına təmin edəcəklər.
Manevr.az Maliyyə Nazirliyi tərəfindən 2025-ci ilin dövlət və icmal büdcələri ilə bağlı məlumatları özündə birləşdirən “Vətəndaşın büdcə bələdçisi”nə istinadən xəbər verir ki, qalan 5 rayona isə yerli gəlir və xərclərini tənzimləmək üçün dövlət büdcəsinin mərkəzləşdirilmiş xərclərindən 5,3 milyon manat maliyyə yardımının ayrılması nəzərdə tutulur.
Bu, 2024-cü illə müqayisədə 4,3 milyon manat və ya 44,8 faiz azdır.
Beləliklə, Azərbaycanda 67 şəhər və rayondan cəmi 5-i öz xərclərini ödəyə bilməyəcək. Həmin şəhər və rayonlar Cəbrayıl, Xocalı, Xocavənd, Kəlbəcər və Yardımlıdır.
Onların yerli gəlirlərini və xərclərini tənzimləmək üçün 2025-ci ilin büdcəsində 5,287 milyon manat vəsait nəzərdə tutulub.
Manevr.az
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər
Axtarış
Reklam
İqtisadiyyat
Yazarlar
İttifaq MİRZƏBƏYLİ
Emil Rasimoğlu
Sevinc QƏRİB
KƏRAMƏT
KƏRAMƏT
Emil Rasimoğlu
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar