Yeni il ərəfəsində Qırğızıstan parlamenti şəxsiyyət vəsiqələrində milliyyət qrafasının bərpasını və soyad sonluqlarının milli soy-kökə uyğun dəyişdirilməsini nəzərdə tutan qanun layihəsini müzakirəyə çıxarıb.
Layihənin müəllifi Qırğızıstan parlamentinin spikeri Nurlanbek Şakiyevdir. Yeni qanun layihəsi barədə məlumat verən spiker bildirib ki, qırğız xalqı nəhayət, öz milli soyad sonluğuna keçməlidir. O, yeni ildən etibarən, öz soyadını Nurlan Turqunbek uulu (oğlu) kimi rəsmiləşdirəcəyini də bəyan edib.
Qırğız Respublikası Joqorku Keneşinin (Qırğıstan Parlamentinin) sədri Nurlanbek Şakiyev tarixi soy-kökə qayıdışın, milli dəyərlərin fəal təbliğatçısı kimi tanınır. Şakiyev siyasi karyerası boyu rus imperializminə qarşı çıxıb, ölkəsində rus dilinin ikinci dil səviyyəsinə qaldırılmasını daim tənqid edib.
Siyasətçi həmçinin qırğız uşaqlarının öz ana dilində təlim-tərbiyə edilməsini vacib sayaraq uşaqlar üçün yayımlanan animasiya filmlərinin rus dilində dublyajının əleyhinə çıxıb.
“Ov”, “yev” soyad sonluqları ilə vidalaşmağın zamanı gəldiyini söyləyən spiker parlamentin tribunasından deyib: “Beləliklə, yeni ildən sonra mən Nurlan Turqunbekoviç deyil, Nurlan Turqunbek uulu olacağam”.
Soyad sonluqları ilə bağlı qanun layihəsində ilkin olaraq dörd variant təklif edilib. Belə ki, vətəndaşlara rus soyad sonluğu olmayan, ata və baba adları daxil olmaqla, ənənəvi “uulu” (kişilər üçün) və “kızı” (qadınlar üçün) elementləri əlavə edilməklə soyadlar seçmək imkanı müzakirə olunub. Lakin müzakirələr zamanı deputatlar qərara gəlib ki, bir neçə variantın təklifi insanları çaşbaş duruma sala bilər. Çaşqınlıq yaranmasın deyə, parlament vahid variant üzərində dayanmağa qərar verib.
Beləliklə, 2025-ci ildə Qırğızıstan soyad sonluqları ilə bağlı vahid qanun qəbulunu reallaşdıracaq.
Yeri gəlmişkən, bu qanun layihəsi Nurlanbek Şakiyevin ilk qanunverici təşəbbüsü deyil.
Onun indiyədək parlamentə təqdim etdiyi qanun layihələri arasında 1918-1953-cü illərdə siyasi repressiyaya məruz qalmış insanların reabilitasiyası, dövlət bayrağının və himninə dəyişikliklər edilməsi təşəbbüsləri də var. Şakiyev həmçinin, sovetdənqalma təhsil ənənəsinə qarşı çıxıb. O, tədricən, Avropa təhsil sisteminə keçilməsini və təhsildə yeni innovasiyaların tətbiqini təklif edib. Spiker 12 illik orta məktəb təhsil modelinə keçid təşəbbüsü ilə də dəfələrlə çıxış edib.
Bu arada sosial şəbəkələrin rus seqmentində və Rusiyanın bir sıra media orqanlarında Nurlanbek Şakiyevə qarşı qara piar başladılıb. Onun “ov”-“yev” sonluqlarından imtina edərək milli soyada keçmək təşəbbüsünü Rusiya mediasında “kürəyə saplanmış bıçaq” adlandıranlar da olub.
Xəbər lenti
Axtarış
Reklam
Şou-biznes
Yazarlar
İttifaq MİRZƏBƏYLİ
Emil Rasimoğlu
Sevinc QƏRİB
KƏRAMƏT
KƏRAMƏT
Emil Rasimoğlu
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar