Ermənistandan İrana səfər edən təyyarə təyinat məntəqəsinə çatmamış məcburi eniş etmək məcburiyyətində qalıb.
"Azad İran" "Telegram" kanalının məlumatına görə, bu barədə Şərqi Azərbaycan vilayətinin Hava Limanları Baş İdarəsindən xəbər verilib.
Bildirilib ki, "Caspian Airlines" aviaşirkətinin İrəvandan Tehranın İmam Xomeyni adına Beynəlxalq Hava Limanına gedən 7950 saylı reysi texniki nasazlıq səbəbindən Təbriz hava limanına eniş etməli olub.
"Təyyarədə 92 sərnişin olub. Onlar özlərini yaxşı hiss edirlər və texniki nasazlıq aradan qaldırıldıqdan sonra uçuşun bərpa olunmasını gözləyirlər", - deyə məlumatda vurğulanıb.
Xəbər lenti
Axtarış
Reklam
Ədəbiyyat
Yazarlar
İttifaq MİRZƏBƏYLİ
Emil Rasimoğlu
Sevinc QƏRİB
KƏRAMƏT
KƏRAMƏT
Emil Rasimoğlu
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar