Sizin Reklam Burada
Xəbər lenti
04-01-2025
03-01-2025
BÜTÜN XƏBƏRLƏR

Aliment borcu hansı hallarda silinir?

Tarix: 03-01-2025 09:50     Baxış: 463 A- / A+
Aliment borcu hansı hallarda silinir?
Ölkədə boşanmaların sayı artdığı kimi, alimentin verilməməsi ilə bağlı şikayətlər də bitib-tükənmir. Anlaşmalı boşana bilməyənlərin bir qismi keçmiş ərini, digərləri isə keçmiş xanımını bu maddi vəsait üzündən ittiham edir.

Sosial şəbəkələrdəki hüquq qruplarında, ailə-məişət məzmunlu paylaşımlarda daha çox qadınlar əks cinsin alimentdən yayınmasından, yaxud ödənməli aliment borcunun silinməsindən şikayətlənirlər.

Maraqlıdır, bəs, hansı halda şəxsin aliment borcu silinə bilər? Hüquq bu barədə nə deyir?

Manevr.az xəbər verir ki, mövzu ilə bağlı bizim.media-ya danışan hüquqşünas Ruslan Mustafazadənin sözlərinə görə, qanunvericilikdə borcun silinməsinə dair əsaslar var:

"Hazırda aliment borcu ilə bağlı məsələlər çox aktualdır. Qanunvericilikdə aliment borcunun silinməsinə dair əsaslar nəzərdə tutulub. Bu əsaslar nə ilə bağlıdır? İttiham olunan şəxsin aliment borcunun toplanmasından xəbərsiz olması, alimentlə bağlı qərarı bilməməsi, yaxud, bunun şəxsin günahı üzündən baş verməməsi və ya onu icra edə bilməsi halları var. Bu cür və ya digər məntiqli, əsaslı hallarla bağlı məhkəməyə müraciət edib həmin aliment borcunun silinməsini xahiş etmək olar.

Məhkəmə də öz növbəsində, bu arqumentləri araşdıracaq. Aydınlaşdıracaq ki, borcun toplanmasına səbəblər nədir, bunun əsası varmı?! Əgər irəli sürülən səbəblər əsaslı hesab edilərsə, həmin aliment borcunun tam və ya qismən silinməsinə qərar verilə bilər".


Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Yanvar 2025    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar