Sizin Reklam Burada
Xəbər lenti
04-01-2025
03-01-2025
BÜTÜN XƏBƏRLƏR

Bələdiyyələrin 6 milyon manat borcu var: kim ödəyəcək?

Tarix: 03-01-2025 17:06     Baxış: 463 A- / A+

Yanvarın 29-u Azərbaycanda bələdiyyə seçkiləri keçiriləcək. Qeyd edək ki, budəfəki seçkidə bələdiyyələrin sayı 2 dəfədən çox azaldılıb. Səsvermə 685 bələdiyyə üzrə olacaq.

Yeni formalaşan bələdiyyələr əvvəlki bələdiyyələrin borclarını da üzərinə götürmüş olacaq. Onların borcunu kim ödəyəcək?

Manevr.az-ın məlumatına görə, modern.az mövzu ilə bağlı "Bələdiyyələrin fəaliyyətinin təbliği” ictimai birliyinin sədri Vüqar Tofiqli ilə həmsöhbət olub. 

Onun sözlərinə görə, bu gün ölkədə 685 bələdiyyənin formalaşdırılması nəzərdə tutulur:

"Yəni 1606 bələdiyyənin əvəzinə 685 bələdiyyə formalaşdırılacaq. Sözsüz ki, proses başa çatdıqdan sonra birləşdirmə komissiyaları formalaşdırılacaq. Bu komissiyalar bələdiyyələrdəki problemlərin, borcların, torpaq məsələlərinin qanuni şəkildə yoluna qoyulması ilə bağlı ciddi addımlar atacaq. Bu gün Azərbaycanda 1000-ə yaxın bələdiyyənin Dövlət Sosial Müdafiə Fonduna 6 milyon manat ətrafında borcu var. Nəzərə alaq ki, burada əməkhaqqı borcu olan müəyyən bələdiyyələr də var. Əməkhaqqı borcları və digər borclar birləşdirmə nəticəsində formalaşacaq bələdiyyənin üzərinə düşür. Sözsüz ki, yeni yaranacaq bələdiyyənin bunun öhdəsindən gəlmək imkanı yoxdur. Çünki ilin əvvəlidir, müəyyən vergilərin yığılması və digər çətinliklər buna maneə olur. Nəticədə yeni yaranacaq 685 bələdiyyəni borclarla yüklədiyimiz üçün problemlərlə üz-üzə qoyuruq”.

V.Tofiqli bildirib ki, bu borcların silinməsi üçün müəyyən təkliflər hazırlanıb:

"Güman edirəm ki, bu borclarla bağlı dövlət müəyyən güzəştlər tətbiq edə bilər. Düşünürəm ki, dövlət tərəfindən də bununla bağlı müəyyən addımlar ata bilər. Arzu edərdim ki, yeni formalaşacaq bələdiyyələr borcsuz yaransın. Borclu şəkildə fəaliyyətə başlasalar bələdiyyələr kifayət qədər problemlə üz-üzə qalacaqlar. Növbəti proseslərdə hərhansı vətəndaşın problemi vaxtında həll edilməyə, qaldırılan məsələlərdə ləngimələr ola bilər. Bunların olmaması üçün güman edirəm ki, dövlət də öz tərəfindən hansısa güzəştlərin tətbiqini həyata keçirə bilər. Digər xırda məsələlər də var ki, onlar da formalaşdırmadan sonra yoluna qoyulacaq. Artıq bələdiyyələr üçün yeni dövr başlayır, birləşdirmə dövlətin bələdiyyələrə olan diqqəti və atılacaq addımların ilkidir. Düşünürəm ki, bundan sonra da addımlar atılmalıdır ki, bələdiyyə sistemi müəyyən inkişaf səviyyəsinə çatsın. Bələdiyyələr əhalinin inam və nüfuzunu qazanmalıdır, hansı ki, müəyyən bələdiyyələrdə bu var”.

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Yanvar 2025    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar